“Hindistan etnoqrafiyası” kitabı təqdim olundu
Oktyabrın 5-də Dillər Universitetində universitetin Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin Regionşünaslıq kafedrasının müəllimi, tarix üzrə fəlsəfə doktoru Bəhmən Əliyevin ikicildlik “Hindistan etnoqrafiyası” adlı dərs vəsaitinin təqdimat mərasimi keçirilib. Olaylarbildirirki, Regionşünaslıq kafedrasının müdiri, dosent Sevdagül Əliyeva etnoqrafiya sahəsinə dəyərli töhfə olan “Hindistan etnoqrafiyası” kitabının müəllifinə dərin minnətdarlığını bildirib.
5 Oktyabr 2017 16:30 SosialOktyabrın 5-də Dillər Universitetində universitetin Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin Regionşünaslıq kafedrasının müəllimi, tarix üzrə fəlsəfə doktoru Bəhmən Əliyevin ikicildlik "Hindistan etnoqrafiyası" adlı dərs vəsaitinin təqdimat mərasimi keçirilib. Olaylarbildirirki, Regionşünaslıq kafedrasının müdiri, dosent Sevdagül Əliyeva etnoqrafiya sahəsinə dəyərli töhfə olan "Hindistan etnoqrafiyası" kitabının müəllifinə dərin minnətdarlığını bildirib.
Daha sonra Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin dekanı, dosent Samir Həmidov çoxmiqyaslı təhlil və araşdırma mənbəyi olan "Hindistan etnoqrafiyası" kitabının Hindistanın maddi-mədəni zənginliyi, mürəkkəb tarixi təkamülü və coğrafi baxımdan öyrənilməsində əvəzolumaz rolunun olacağını vurğulayıb. Hindistanın ölkəmizdəki səfirliyinin əməkdaşı Norbu Neegi kitabın müxtəlif dil, din və mədəniyyətlərin qovşağı olan Hindistanın mədəni və mənəvi irsinin öyrənilməsində mühüm rolunun olduğunu söyləyib.
Sonda tədbirin təşkil olunmasına görə universitet rəhbərliyinə təşəkkürünü bildirən B.Əliyev kitab haqqında ətraflı məlumat verib.