Putinlə kralın görüşü başladı

Səudiyyə Ərəbistanı kralı Salman ibn Əbdüləziz əl-Səudla Rusiya prezidenti Vladimir Putinin görüşü başlayıb.m Kremlin Andreyevski zalında keçirilən görüş öncəsi Vladimir Putin Səudiyyə Ərəbistanı kralının səfərinin ikitərəfli münasibətlərin inkişafına təkan verəcəyini söyləyib.

Səudiyyə Ərəbistanı kralı Salman ibn Əbdüləziz əl-Səudla Rusiya prezidenti Vladimir Putinin görüşü başlayıb.m Kremlin Andreyevski zalında keçirilən görüş öncəsi Vladimir Putin Səudiyyə Ərəbistanı kralının səfərinin ikitərəfli münasibətlərin inkişafına təkan verəcəyini söyləyib. Putin dəvəti qəbul etdiyinə görə krala təşəkkür edib. "Bu, bizim münasibətlərimizin tarixində Səudiyyə Ərəbistanının kralının Rusiyaya birinci səfəridir. İki ölkənin münasibətləri böyük tarixə malikdir", - Rusiya prezidenti deyib. Kreml başçısı xatırladıb ki, 1926-cı ildə krallığını müstəqilliyini tanıyan ilk dövlət Sovet İttifaqı olub. Publika.az SİTA agentliyinə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31