Müstəqil dövlətin azad mətbuatı

Müstəqillik əldə etdikdən sonra bütün sahələrdə olduğu kimi media, kütləvi informasiya vasitələri ilə iş sahəsində də həyata keçirilən tədbirlər, görülən işlər, qazanılan uğur və nailiyyətlər bu gün Azərbaycan mediasının müstəqil şəkildə fəaliyyət göstərməsini şərtləndirən başlıca amillər olub. Məhz ötən illər ərzində bu istiqamətdə atılan məqsədyönlü addımların nəticəsidir ki, bu gün Azərbaycan mətbuatı, kütləvi informasiya vasitələri tam demokratik bir mühitdə fəaliyyət göstərir, ölkədə fikir və söz azadlığının təmin olunmasına öz töhfələrini verirlər.

Azərbaycan bu göstəriciyə görə lider ölkələrdən biridir

Müstəqillik əldə etdikdən sonra bütün sahələrdə olduğu kimi media, kütləvi informasiya vasitələri ilə iş sahəsində də həyata keçirilən tədbirlər, görülən işlər, qazanılan uğur və nailiyyətlər bu gün Azərbaycan mediasının müstəqil şəkildə fəaliyyət göstərməsini şərtləndirən başlıca amillər olub. Məhz ötən illər ərzində bu istiqamətdə atılan məqsədyönlü addımların nəticəsidir ki, bu gün Azərbaycan mətbuatı, kütləvi informasiya vasitələri tam demokratik bir mühitdə fəaliyyət göstərir, ölkədə fikir və söz azadlığının təmin olunmasına öz töhfələrini verirlər.

Əgər tarixə nəzər salsaq belə bir qənaətə gəlmək olar ki, bu günkü müstəqil mətbuatın, azad sözün əsası XIX əsrə gedib çıxır. Belə ki, XIX əsrin 20-ci illərindən başlayaraq "Tiflisskiye vedomosti", "Zakavkazski vestnik", "Kavkaz", "Novoye obozreniye" və başqa qəzetlərdə Azərbaycan xalqının ədəbi həyatına aid yazılar əhəmiyyətli yer tuturdu. 1832-ci ildə Tiflisdə Azərbaycan dilində nəşr olunan belə qəzetlərdən biri də "Tiflis əxbarı" qəzeti idi. Lakin çarizmin ideoloji-siyasi təsiri altında olan bu qəzetlərin mövcudluğu ilə barışmayan Azərbaycan xalqı özünün milli mətbuatını yaratmaq üçün uzun illər mübarizə aparmalı olmuşdu. Məhz bu mübarizənin nəticəsi olaraq da 1875-ci il iyulun 22-də görkəmli ədib və ziyalı Həsən bəy Zərdabinin təsisçiliyi və baş redaktorluğu ilə Azərbaycanın ilk mətbuat orqanı - "Əkinçi" qəzeti işıq üzü gördü. Zərdabi və onun silahdaşları Azərbaycan xalqını gerilikdən çıxarmaq, cəhalət və mövhumata ağır zərbə vurmaq, yeniliyi təbliğ etmək kimi çətin vəzifəni üzərlərinə götürmüşdülər. "Əkinçi"nin səhifələrində xalqa zülm edən bəylər, mülkədarlar kəskin tənqid edilir, insanların elm, təhsil, savad alması, maariflənməsinin vacibliyi geniş təbliğ edilirdi. Məhz buna görə də qəzet çarizmin aşkar təzyiq və təhdidləri ilə üzləşir, çapına ciddi maneələr törədilirdi. Bu təzyiqlərin şiddətlənməsi nəticəsində Həsən bəy Zərdabi 1877-ci ildə "Əkinçi"nin nəşrini dayandırmalı oldu. Görkəmli ziyalı 1905-ci ildə "Həyat" qəzetində çap etdirdiyi "Rusiyada əvvəlinci türk qəzeti" adlı məqaləsində "Əkinçi"ni nə məqsədlə nəşr etdiyini, qarşıya çıxan çətinlikləri, çar senzurasının təqiblərini açıb göstərmişdir. 
XIX əsrin sonları XX əsrin əvvəllərində Bakıda çap olunan "Kaspi", "Ziyayi-Qafqaziyyə", "Kəşkül", "Şərqi-Rus", "Bakinski listok", "Bakinskiye izvestiya", "Vozrojdeniye", "Hümmət", "Həyat", "Füyuzat", "Təzə həyat", "Şəlalə", "Açıq söz", "Dirilik", "Dəvət-Qoç" qəzetləri, habelə "Molla Nəsrəddin" jurnalı da Azərbaycanda mütərəqqi mətbuat ənənələrinin formalaşmasında, azad sözün, müstəqil düşüncənin inkişafında mühüm rol oynadı. XX əsrin əvvəllərində Azərbaycan jurnalistləri demokratik mətbuatın mütərəqqi ənənələrini böyük müvəffəqiyyətlə inkişaf etdirirdilər. C.Məmmədquluzadə, Ömər Faiq Nemanzadə, Seyid Hüseyn, Əli Nəzmi, Əliqulu Qəmküsar, Ü.Hacıbəyli, M.Şaxtaxtinski, M.S.Ordubadi və başqaları milli düşüncə və ideyaların təbliği, demokratik dəyərlərin möhkəmlənməsi yönümündə fəal təbliğat aparırdılar. 
Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq fəaliyyəti dövründə isə söz, mətbuat, sərbəst düşüncə azadlıqlarının inkişafı yönümündə müəyyən addımlar atıldı, "Mətbuat haqqında nizamnamə" qəbul edildi. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin rəsmi dövlət mətbuat orqanının yaranması müstəqil dövlətin əsas atributlarından birinə çevrildi. Məhz buna görə də 1918-ci il iyulun 3-də Azərbaycan Cümhuriyyəti hökuməti "Azərbaycan Cümhuriyyəti hökumətinin xəbərləri"nin nəşri haqqında qərar qəbul etdi. İyulun 27-də qəbul olunmuş digər qərarla bu orqanın nəşri işi Xalq Təhsil Nazirliyinə həvalə edildi. Həftədə iki dəfə buraxılması nəzərdə tutulan hökumət xəbərlərində əsasən Azərbaycan Cümhuriyyəti hökumətinin qərarları, ayrı-ayrı nazirliklərin qəbul etdiyi qərarlar, əmrlər, təlimatlar dərc edilirdi.
Milli hökumət, eyni zamanda, Azərbaycan ətrafında mövcud informasiya blokadasını yarmağa, respublikanı dünya miqyasında tanıtmağa, fəaliyyəti haqqında xalqı məlumatlandırmağa ciddi ehtiyac duyurdu. 1918-ci il sentyabrın 15-də Gəncədə rəsmi dövlət orqanı "Azərbaycan" qəzetinin ilk nömrəsinin çapdan çıxması da bu zərurətdən irəli gəlirdi. Qəzet həmin dövrə qədər çap olunan bir çox nəşrlərdən fərqli olaraq, tarixi bir missiyanı həyata keçirir, gənc, müstəqil Azərbaycan dövlətinin həyatında baş verən ictimai-siyasi və iqtisadi prosesləri işıqlandırır, hökumətin rəsmi mövqeyini ifadə edirdi. 
Qısa müddətdə böyük nüfuz və oxucu auditoriyası qazanmış "Azərbaycan" milli problemlərin səsləndirildiyi möhtəşəm tribunaya çevrilmiş, Üzeyir bəy Hacıbəyli, Məhəmməd Əmin Rəsulzadə, Mirzəbala Məmmədzadə, Xəlil İbrahim, Məhəmməd Hadi, Zülfüqar Hacıbəyov, Əhməd Cavad, Ömər Faiq Nemanzadə, Salman Mümtaz, Fərhad Ağazadə, Şəfiqə Əfəndizadə, Məhəmməd ağa Şaxtaxtlı, Firudin bəy Köçərli, Seyid Hüseyn, İbrahim Xəlilov, Cəfər Cabbarlı, Abdulla Şaiq, Qafur Rəşad Mirzəzadə, Şəfi bəy Rüstəmbəyov, Yusif Vəzir Çəmənzəminli və Azərbaycanın digər nüfuzlu ziyalıları, o cümlədən yazıçı-publisistləri qəzetdə müxtəlif mövzularda çıxış edirdilər. 1919-cu ilin əvvəllərindən 1920-ci ilin 27 aprelinədək - Xalq Cümhuriyyətinin süqutunadək qəzetə böyük Azərbaycan ziyalısı Üzeyir bəy Hacıbəyli rəhbərlik etmiş, bu müddətdə onun nüfuzunu və oxunaqlığını daha da artırmışdır. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan və Bakıda bolşevik hökumətinin qurulmasından sonra respublikada müstəqil və demokratik mətbuat ənənələrinə son qoyulmuş, Xalq Komissarları Soveti 27 oktyabr 1920-ci ildə "Mətbuat haqqında" Dekret imzalamış, mətbuata qarşı açıq repressiya xarakteri daşıyan bu sənədlə 2 ay ərzində 92 qəzet bağlanmışdı.

SSRİ-nin tənəzzülə uğraması prosesinin sürətlənməsi, "aşkarlıq", "yenidənqurma" tezislərinin ortaya atılması bütün postsovet respublikalarında olduğu kimi, Azərbaycanda da mətbuatın müstəqil, azad söz uğrunda mübarizəsinə stimul yaratmışdı.
Ermənistanın Azərbaycana təcavüzü, milli-azadlıq hərəkatının gedişi, SSRİ rəhbərliyinin respublikamıza laqeyd münasibəti, 20 Yanvar faciəsi ilə bağlı açıq, cəsarətli yazılar yeni yaranan qəzetlərdə işıq üzü görməyə başlamışdı. 
Bütövlükdə, keçmiş SSRİ-nin süqutu və Azərbaycanın dövlət müstəqilliyinin bərpası ilə bağlı proseslər ayrı-ayrı qəzet və jurnallarda geniş əksini tapırdı. 1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyinin bərpası isə respublikada müstəqil mətbuatın formalaşmasında yeni mərhələnin əsasını qoydu. Hələ Azərbaycan Xalq Cümhuriyyəti illərindən sonra rüşeym halında inkişafını dayandırmış proseslər yenidən dirçələrək demokratik mətbuatın inkişafına xidmət etməyə başladı.
Azərbaycan XX əsrin 90-cı illərində dövlət müstəqilliyini bərpa etdikdən sonra ictimai həyatın bir çox sahələrində olduğu kimi, mətbuatın inkişafında da ciddi dönüş yaranmış, siyasi plüralizmin, söz, məlumat azadlığının təmini istiqamətində mühüm tədbirlər həyata keçirildi. Nəticədə müstəqil respublikamız bu gün söz, fikir və mətbuat azadlığının maksimum səviyyədə təminatı baxımından MDB məkanında qabaqcıl yerlərdən birini tutur. Respublikada bu yönümdə həyata keçirilən mütərəqqi islahatlar, ilk növbədə, demokratik, hüquqi və dünyəvi inkişaf yolunu prioritet seçərək bu yolla inamla irəliləyən Azərbaycanda kütləvi informasiya vasitələrinin fəaliyyətinə verilən yüksək qiymətin ifadəsi sayılmalıdır.  Müstəqilliyin ilk illərində mətbuatın formalaşma və inkişaf yolu heç də rəvan olmamışdır. 1991-ci il 18 oktyabr tarixli "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı"nda vətəndaşların söz, fikir, mətbuat azadlıqları təsbit edilsə də, müstəqilliyin ilk illərində müəyyən obyektiv və subyektiv səbəblər üzündən ölkənin yeni formalaşan mətbuat orqanları ciddi məhrumiyyətlərlə, çətinliklərlə üzləşmişlər.
Həmin dövrdə ölkədə hökm sürən gərgin ictimai-siyasi vəziyyət, silahlı dəstələrə arxalanan müxtəlif siyasi qrupların məkrli iddialarını gerçəkləşdirmək üçün qeyri-qanuni cəhdlər göstərməsi, Ermənistanın hərbi təcavüzünün doğurduğu ağır sosial-iqtisadi və psixoloji durum söz, mətbuat, məlumat azadlıqlarının təmin edilməsinə, bu sahədə dövlətin və vətəndaşların mənafelərinin qorunmasına ciddi maneələr yaradırdı. Ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın istəyi ilə hakimiyyətə qayıdışından sonrakı dövrdə isə Azərbaycan mətbuatının inkişafında tamamilə yeni mərhələ başladı. Azərbaycan Respublikası 1993-cü ildən insan hüquqları, söz və mətbuat azadlığının təmin edilməsi ilə bağlı bir sıra beynəlxalq konvensiyalara, sazişlərə qoşuldu. 1995-ci ildə ümumxalq referendumu ilə qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsində hər kəsin informasiya əldə etmək hüququ təmin edildi.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31