Santa-Klausun məzarı tapıldı - VİDEO
Dünyanın Santa-Klaus kimi tanıdığı Müqəddəs Nikolayın dəfn olunduğu məkan aşkarlanıb. Türk arxeoloqlar ölkənin cənubundakı Demre şəhərində yerləşən kilsənin döşəməsinin altında indiyədək məlum olmayan boşluqlar tapıblar. Alimlərin fikrincə, bu boşluqlardan birində sonradan "Santa-Klaus" adlandırılan, xristianlıqda pərəstiş edilən Müqəddəs Nikolayın məzarı ola bilər.
5 Oktyabr 2017 17:25 DünyaDünyanın Santa-Klaus kimi tanıdığı Müqəddəs Nikolayın dəfn olunduğu məkan aşkarlanıb. Türk arxeoloqlar ölkənin cənubundakı Demre şəhərində yerləşən kilsənin döşəməsinin altında indiyədək məlum olmayan boşluqlar tapıblar. Alimlərin fikrincə, bu boşluqlardan birində sonradan "Santa-Klaus" adlandırılan, xristianlıqda pərəstiş edilən Müqəddəs Nikolayın məzarı ola bilər. Müqəddəs Nikolay 3-cü əsrdə Qədim Romanın Likiya vilayətində, Patara yunan koloniyasında, indiki Türkiyə ərazisində doğulub. O, 75 yaşında vəfat edib. Şəfqəti, səxavəti səbəbindən, xüsusilə də uşaqlara olan sevgisinə görə məşhurlaşan Müqəddəs Nikolay sonralar Miladda və Yeni İldə uşaqlara hədiyyələr gətirən Santa-Klausa çevrilib. Demredəki Müqəddəs Nikolay kilsəsindəki boşluqlar elektromaqnit radarla aşkarlanıb. İndiyədək hesab olunur ki, Müqəddəs Nikolayın qalıqları 11-ci əsrdə İtaliyanın Bari şəhərinə aparılıb və indi də orada saxlanır. Türk arxeoloqlarsa hesab edirlər ki, Bariyə Müqəddəs Nikolayın yox, adi keşişin qalıqları aparılıb. Milli.Az The Guardian-a istinadən xəbər verir.