"Blade Runner 2049" filmi Park Cinemada
Oktyabrın 5 - dən etibarən Park Cinema kinoteatrında 1:9:1 nisbətli xüsusi formatda təqdim olunan “Blade Runner” filmi nümayiş olunacaq. Olaylar bildirir ki, “Blade Runner 2049” filmi tamamilə IMAX® formatına çevrilib: görüntü və səs keyfiyyəti müasir IMAX DMR® sayəsində xüsusilə adaptasiya edilib. IMAX zalının dəqiq konturları ilə vəhdət təşkil edən kristal şəffaflığında görüntü və güclü rəqəmsal səs – bütün bunlar izləyicini hadisələrin bir hissəsinə çevirir.
5 Oktyabr 2017 18:15 Teatr və kinoOktyabrın 5 - dən etibarən Park Cinema kinoteatrında 1:9:1 nisbətli xüsusi formatda təqdim olunan "Blade Runner" filmi nümayiş olunacaq. Olaylar bildirir ki, "Blade Runner 2049" filmi tamamilə IMAX® formatına çevrilib: görüntü və səs keyfiyyəti müasir IMAX DMR® sayəsində xüsusilə adaptasiya edilib. IMAX zalının dəqiq konturları ilə vəhdət təşkil edən kristal şəffaflığında görüntü və güclü rəqəmsal səs - bütün bunlar izləyicini hadisələrin bir hissəsinə çevirir.
Birinci filmdəki hadisələrdən 30 il keçdikdən sonra Los-Ancelesdən olan polis Key (Rayan Qoslinq) gələcək cəmiyyətin quruluşu haqda məxfi məlumatlar aşkarlayır. Indi artıq o, 30 il bundan öncə itkin düşmüş Rik Dekardın (Harrison Ford) axtarışına başlamalıdır.