Rusiyada 10 məktəb təxliyə edildi - Yenə bomba xəbəri

Yekaterinburqda anonim zəngdən sonra 10 məktəb binası təxliyə edilib. Məktəblərə bomba qoyulması barədə zəngdən dərhal sonra ümumilikdə 7500-ə yaxın adam təxliyə edilib. Təxliyədən sonra məktəblərdə axtarış aparılıb. Axtarışlar nəticəsində şübhəli əşyaların aşkar olunmadığı barədə məlumat verilib.

Qeyd edək ki, Rusiyada anonim zənglər dalğası sentyabrın 11-dən başlayıb. Bugünədək ölkənin 120 şəhərində 800 minə yaxın adam təxliyə olunub. Anonim zənglərdən heç biri öz təsdiqini tapmayıb. Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31