Rusiyada qatar sərnişin avtobusu ilə toqquşdu — 17 ölü

Rusiyanın Vladimirsk vilayətində dəhşətli nəqliyyat hadisəsi baş verib. Vilayətin Pokrov şəhərində qatar sərnişin avtobusu ilə toqquşub. Nəticədə 17 nəfər həlak olub. On nəfərdən çox insan, eyni zamanda azyaşlı uşaq xəsarət alıb. Rəsmi qurumların verdiyi məlumata əsasən, qatar Peterburqdan Nijniy Novqorod istiqamətində hərəkət edirmiş. Avtobus isə Qazaxıstandan Moskvaya sərnişin aparırmış. Avtobusda 56 sərnişin olub.

İlkin versiyaya görə, dəmir xətti üzərində avtobusun mühərriki sönüb. Eyni zamanda bildirilir ki, avtobus dəmiryolu işıqforuna məhəl qoymadan relsin üstünə çıxıb. Maşinist əyləcə bassa da, toqquşmanın qarşısını almaq mümkün olmayıb. Ölkə.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31