İran nüvə silahı əldə edə bilər-Özəl
13:35 Problemİran nüvə silahı əldə edə bilər-Özəl
"İrana qarşı növbəti hərbi əməliyyatlar başlayarsa, rəsmi Tehran öz nüvə silahını hazırlayacaq. Ola bilər ki, nüvə silahının hazırlanması istiqamətində işlərin getməsi istisna deyil. Nüvə silahının qadağan olunması ilə bağlı Ə. Xameneinin fətvası qüvvədən düşüb. Yəni liderin bu kontekstdə fətva verməsi gözlənilmir. İran nüvə silahlarının yayılmaması haqqında konvensiyadan çıxacağını bəyan edib". "Olaylar" xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib: "Hazırda beynəlxalq təhlükəsizlik böhranı yaşanır. İrana qarşı mümkün hücumların baş verməsi gözlənilir. İran özünü müdafiə etmək və regionda öz geosiyasi mövqelərini gücləndirmək üçün nüvə silahı əldə edə bilməsi qaçılmazdır.
Qeyd edim ki, ABŞ İrana nüvə silahını əldə edilməsini qarşısını almaq üçün hücum etmişdi. Nəticədə isə, İranın nüvə silahına malik olmaq imkanı yarandı. Necə ki, V. Putin Ukraynanın silahsızlaşdırılması üçün hərbi əməliyyatlara başlamışdı. Hazırda isə, Ukrayna güclü silahlanmaya gedərək, böyük bir silah arsenalına malikdir.
İran nüvə silahı əldə edərsə, özünün regional siyasəti əvvəlki kimi olmayacaq. Hazırda İrana tətbiq olunan sanksiyalar ölkədə iqtisadi böhrana gətirir. İranda SEPAH özünü Şimali Koreya presedentini tətbiq etmək yolundadır. Hərbi cəhətdən inkişaf, amma, iqtisadi tənəzzül. İran xalqı isə. koreyalılardan fərqli olaraq inkişaf etmiş və daima etirazlarını bildirən xalqdır. Həmçinin İranın coğrafi mövqeyi onun Şimali Koreya olmasına icazə vermir. İran tənəzzülə uğramış iqtisadiyyat və zəif bir ölkə kimi yeni dünya siyasi nizamına daxil olur.
Qeyd edim ki, İranın nüvə silahı olarsa, Cənubi Qafqazı təhdid edə bilməz. İranın nüvə silahı rejimi xilas edə bilər. İran xalqını isə, dərin böhrana aparacaq".