Gündəm
Dilqəm Əsgərovun oğlunu “Qırmızı Xaç”a çağırdılar: "Detalları açıqlamıram"
Atamla bağlı bəzi qaranlıq məqamlara cavab tapmışıq. Kimin kim olduğunu indi daha yaxşı bilirəm. Bunu 4 ilə yaxındır erməni girovluğunda saxlanılan Dilqəm əsgərovun oğlu Kürdoğlu Əsgərov deyib. K.Əsgərov detalları açıqlamaq istəməyib: "Müəyyən məsələlər var, onların dəqiqləşməsini gözləyirik. İnşallah, Dilqəm və Şahbaz özü girovluqdan qayıtdıqdan sonra həqiqəti hər kəs öyrənəcək".
"Rusiya bizi Bülbüloğluna satdı" - İrəvanı narahat edən NAMİZƏD
Rusiya UNESCO-nun baş direktoru postuna Azərbaycanın namizədi, Moskvadakı səfirimiz Polad Bülbüloğlunun namizədliyini dəstəkləyəcək. Bu barədə Rusiya xarici işlər nazirinin müavini Gennadi Qatilov deyib. "Azərbaycanın namizədi bizim prioritetimiz olaraq qalır", - deyə o bildirib.
Xalq artisti efirdə Məleykə Əsədovaya etdiyi təhqirdən danışdı: Əgər ağzımdan çıxıbsa, deməli...
ARB-də yayımlanan "Səhər-Səhər" verilişinin bugünkü qonaqlarından biri günlərdir xalq artisti Məleykə Əsədova ilə aralarında qalmaqal yaşanan aktyor Ramiz Məlik olub.
Madaqaskarda taundan ölənlərin sayı 33-ə çatdı
Son məlumata görə, Madaqaskarda taundan dünyasını dəyişənlərin sayı 33 nəfərə çatıb. Məlumata görə, adada tauna yoluxma faktı avqust ayında ilk dəfə qeydə alınıb. Son məlumata görə, ölkədə bu dəhşətli xəsətliyə yoluxanların sayı 130-u keçib.
Nazir: Ali məktəblərə ildən-ilə daha hazırlıqlı tələbələr qəbul olur
Azərbaycanda ali məktəblərə ildən-ilə daha hazırlıqlı tələbələr qəbul olur. Məlumata görə, bunu təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə deyib. Onun sözlərinə görə, 2017/2018-ci tədris ilində ölkənin ali məktəblərinə rekord sayda - 37 500-ə yaxın abituriyent qəbul olub: “Xüsusi olaraq vurğulamaq istərdim ki, bu orta qəbul balının artması ilə bərabər baş verib.
Prezidentin köməkçisi: "Türk serialları dilimizi sıxışdırırdı"
"Azərbaycanda Türkiyə seriallarının verilməsi bir neçə il əvvəl dayandırılıb. Türkiyə serialları dilimizi sıxışdırırdı. Bizim dilimiz üçün əsas təhlükə nədir? Bəzi dairələr kampaniyaya başlamışdı ki, Azərbaycanda Türkiyə türkcəsinə qadağa qoyulub. Ancaq bir məqamı nəzərə salmaq lazımdır.
Əli Həsənov: "Yaxşı ki, indi o telekanal yoxdur"
"Son zamanlar Azərbaycan ədəbi dilinin normalarının pozulması tendensiya halı alıb". Məlumata görə, bunu "Azərbaycan ədəbi dilinin qorunmasında və inkişafında KİV-in rolu" mövzusunda konfransda yekun nitqlə çıxış edən Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.
Bəy toyda gəlini rüsvay etdi - Hələ belə `intiqam` olmamışdı - FOTO
Xəyanətə uğradığını öyrənən oğlan sevdiyindən intiqam almaq üçün toy gününə qədər səbr edib. Hadisə Sinqapurda baş verib. Bəy toy günü gəlini rüsvay edib. Belə ki, o, həyat yoldaşının başqa kişi ilə otel otağına getdiyi zaman çəkilən görüntüləri toyda xoşbəxt görüntüləri monitorda nümayiş etdirilən zamanda kəsilən kadrla hər kəsə izlətdirib.
Hamburqerlərin arasında müştərilərə narkotik verən "Mc Donalds" işçisi tutuldu
Alıcılarına gizli yolla narkotik maddə satan "Mc Donalds" fəst-fud restoranının meneceri tutulub. Nyu Yorkun Bronks səmtində 24 saat fəaliyyət göstərən "Mc Donalds"da müştərilərinə hamburqer və fri paketinin arasında narkotik maddə ötürən menecer Frank Guerrero saxlanılıb.
Lənkərana təyinat almış müəllim dərs demək üçün 6-7 saat yol gedir
Onun musiqili və əyləncəli tarix dərslərinə aid videoları sosial şəbəkələrdə adətən alqışlanır. 26 yaşlı Həbib Əlizadə Lənkəran dağlıq Gəgiran kənd məktəbində tarix dərsi keçir.
Nazir: Qəbul imtahanların keçirilmə qaydasının dəyişdirilməsi sadələşməyə yönəlib
Qəbul imtahanların keçirilməsinin qaydasının dəyişdirilməsi yalnız format olaraq sadələşdirilməyə yönəlib. Məlumata görə, təhsil naziri Mikayıl Cabbarov buraxılış və qəbul imtahanlarında edilən dəyişikliklərə münasibət bildirərkən deyib.
Ali məktəblərdə hazırlıq siniflərinin yaradılması üçün qaydalar hazırlanır
Hazırda ali məktəblərdə hazırlıq siniflərinin yaradılması üçün yeni qaydalar hazırlanır. Məlumata görə, bunu təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə deyib. Onun sözlərinə görə, həmin qaydalarda hazırlıq qruplarında tədrisin təşkilinin qaydaları və normativləri müəyyənləşəcək: "Prezidentin müvafiq sərəncamına əsasən, Nazirlər Kabineti tərəfindən ali məktəblərdə hazırlıq siniflərinin yaradılması ilə bağlı qaydalar təsdiqlənməlidir. Hazırda yeni qaydalar hazırlanır və bunlar tam hazır olduqdan sonra mexanizmin tətbiqinə başlanılacaq".
Sabah 22 dərəcə isti olacaq
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli çiskinli yağış yağacağı gözlənilir. Mülayim cənub küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 11-13, gündüz 17-21, Bakıda gecə 11-13, gündüz 18-20 dərəcə isti olacağı gözlənilir.
Suraxanıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
Bakı şəhəri, Suraxanı rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, nəticədə binanın 7-ci mərtəbəsində ümumi sahəsi 50 m2 olan 2 otaqlı mənzilin hamam otağının, mətbəxinin lambirindən ibarət tavanı 7 m2 sahədə, və 1 otağın yanar konstruksiyaları 3 m2 sahədə yanıb. Yüksək temperaturdan mənzilin 3 ədəd plastik qapısı əriyib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Lənkəranda sahibkarlar üçün treninq keçirilib
Oktyabrın 6-da İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Lənkəran nümayəndəliyinin təşkilatçılığı ilə Lənkəran rayonunun Xolmili kəndində sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün treninq keçirilib. İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə, "Mövcud və yeni ixrac bazarlarına çıxış imkanları", "İstehsal sahələrinin idarə edilməsi" mövzularını əhatə edən treninqdə iştirakçılara ixrac bazarları, ixrac sahəsində mövcud qanunvericilik, ixracatçılara tətbiq edilən güzəştlər, ixracın stimullaşdırılması tədbirləri, ixracyönümlü məhsulların istehsalı, brendləşmənin xüsusiyyətləri və məhsul ixracının artırılmasında rolu, istehsal sahələrində biznesin təşkili və səmərəli idarə edilməsi və s. barədə ətraflı məlumat verilib. Tədbirdə iştirakçılara həmçinin, İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, sahibkarların təkrar şikayətlərinə baxılması prosedurları barədə məlumatlar verilib, mövzular üzrə təqdimatlar keçirilib, iştirakçıların sualları cavablandırılıb.














