Lənkərana təyinat almış müəllim dərs demək üçün 6-7 saat yol gedir
Onun musiqili və əyləncəli tarix dərslərinə aid videoları sosial şəbəkələrdə adətən alqışlanır. 26 yaşlı Həbib Əlizadə Lənkəran dağlıq Gəgiran kənd məktəbində tarix dərsi keçir.
6 Oktyabr 2017 13:44 SosialOnun musiqili və əyləncəli tarix dərslərinə aid videoları sosial şəbəkələrdə adətən alqışlanır. 26 yaşlı Həbib Əlizadə Lənkəran dağlıq Gəgiran kənd məktəbində tarix dərsi keçir.
O Astarada yaşadığı üçün bəzən işə gedərkən 6-7 saat yol getməli olur. Cənab Əlizadə müxbirimiz Günel Səfərovaya məktəbə getdiyi yolu izah edib, həmçinin şagirdlərə fərqli üsulla keçdiyi dərslərdən danışıb. Onun musiqili və əyləncəli tarix dərslərinə aid videoları sosial şəbəkələrdə adətən alqışlanır, hərçənd ki, onu fərqli olmasına görə qınayanlar da var. O isə ucqarlarda dərs deyən həmkarlarını fərqli olmağa və fəaliyyətlərini ictimailəşdirməyə çağırır.