Gündəm
İsveç aeroportunda baqajda partlayıcı aparan şəxs saxlanılıb
Baqajında partlayıcı qurğu olan 20 yaşlı şəxs saxlanılıb. Məlumata görə, bu barədə İsveç polis idarəsinə istinadən yerli KİV xəbər yayıb.
Aktyor sevgilisinə onun rəfiqəsi ilə xəyanət etdi
“Muğam axşamları” layihəsinin ikinci mərhələsi
Oktyabrın 11 – də Beynəlxalq Muğam Mərkəzində “Muğam axşamları” layihəsinin ikinci mərhələsinin ilk konserti olacaq. Olaylar bildirir ki, konsert “Mahur-hindi” və “Bayatı-kürd” muğamlarına həsr olunacaq. Konsertdə respublikanın tanınmış xanəndələri Xalq Çalğı Alətləri Ansamblının müşayiəti ilə muğamın müxtəlif şöbələrini ifa etməklə yanaşı, bəstəkar mahnıları və təsniflərə də yer verəcəklər.
ICAN Nobel Sülh mükafatına layiq görüldü
Nüvə Silahlarının Ləğv Edilməsi üzrə Beynəlxalq Təşkilat nüvə silahlarının istifadəsi zamanı baş verən faciəvi nəticələrə diqqət cəlb etməsi sahəsində gördüyü işlərə və bu kimi silahlardan istifadəni qadağan edən müqavilələrin hazırlanması istiqamətindəki səylərinə görə 2017-ci il üçün Nobel Sülh mükafatına layiq görülüb. Qeyd edək ki, bu il üçün Nobel Sülh mükafatına 318 namizəd irəli sürülmüşdü. Namizədlərin ümumi siyahısına 215 fiziki şəxs və 103 təşkilat adı daxil idi.
“Azərbaycan ədəbi dilinin qorunmasında və inkişafında KİV-in rolu” mövzusunda konfrans keçirilib
Dünən Milli Televiziya və Radio Şurasının (MTRŞ) təşkilatçılığı ilə “Azərbaycan ədəbi dilinin qorunmasında və inkişafında KİV-in rolu” mövzusunda konfrans keçirilib. Tədbirdə Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, MTRŞ sədri Nuşirəvan Məhərrəmli, Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Milli Məclisin deputatları, media rəhbərləri və ziyalılar iştirak edib. Konfransda giri nitqi ilə çıxış edən Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Prezident İlham Əliyevin Azərbaycan dilinin qorunması və inkişafı istiqamətində siyasətində yer alan əsas məqamlara toxunaraq bildirib ki, dövlət dilinin saflığının qorunması, inkişafı və zənginləşməsinə xüsusi qayğı göstərilməsi böyük əhəmiyyət kəsb edir. Konfransın dövlət başçısının tapşırığına əsasən keçirildiyini deyən Əli Həsənov hazırda bu sahədə mövcud olan vəziyyət barədə ətraflı danışıb: “Həqiqətən də Azərbaycan dili dövlətimizin əsas atributlarından biri olmaqla yanaşı, azərbaycançılıq ideologiyasının da mühüm elementi, onun dual funksiya daşıyan siyasi və sosial-mədəni dayağıdır.
Azərbaycanlı tələbə “XIX Ümumdünya Festivalı”nda iştirak edəcək
14-22 oktyabr tarixlərdə Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Rusiya Federasiyasının Soçi şəhərində “XIX Ümumdünya Festivalı” keçiriləcək. Olaylar bildirir ki, 150 ölkədən 20000-dən artıq iştirakçının qatıldığı festivalın əsas məqsədi gənclər arası beynəlxalq əlaqələrin və mədəniyyətin möhkəmləndirilməsidir. Elm, təhsil, mədəniyyət, idman, informasiya texnologiyaları və digər yaradıcılığın istənilən sahəsi ilə məşğul olan gənc və tələbələr arasında Mədəniyyət və İncəsənət Universitetinin Kino və teleziya fakültəsinin IV kurs tələbəsi Könül Şahmar da yer alacaq.
Nazirlik ARAŞDIRDI
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Lənkəran rayonu Tükəvilə kəndi ərazisində ağacların qanunsuz kəsilməsi ilə bağlı daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb. Olaylar bildirir ki, əraziyə keçirilən baxış zamanı Lənkəran rayonu Separadi-Tükəvilə avtomobil yolunun sağ tərəfində, tarlaqoruyucu zolaqda yaşköküstə 20-44 sm diametrliyində 30 ağacın (ağcaqayın və küknar) kəsildiyi məlum olub. Araşdırma zamanı sözügedən ərazinin Separadi bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsi olduğu və təbiətə 8100 manat məbləğində ziyan vurulduğu müəyyən edilib. Faktla bağlı qanunvericiliyə uyğun qaydada akt tərtib olunub.
Deputat: Avropa dövlətləri Azərbaycana qarşı ədalətli mövqe nümayiş etdirməyi bacarmalıdır
Avropa dövlətləri və siyasətçiləri Azərbaycana qarşı ədalətli mövqe nümayiş etdirməyi bacarmalıdırlar. Bunu Milli Məclisin deputatı Rövşən Rzayev Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyəti ilə görüşündəki nitqinə münasibət bildirərkən deyib.
Mübariz Əhmədoğlu: "Dağlıq Qarabağda həqiqətən Türkiyə vətəndaşları var, biznes fəaliyyəti ilə də məşğuldurlar"- ŞOK AÇIQLAMA
"Dəfələrlə olub ki, Türkiyədə rəsmi qeydiyatdan keçmiş şirkətlər Dağlıq Qarabağda fəaliyyət göstəriblər. Bundan bizim bəzi qrumlarımız xəbərdar olublar. Amma Türkiyədi deyə, susmuşuq".
Rusiya İŞİD hədəflərini raket yağışına tutdu
Rusiyanın Aralıq dənizindəki sualtı qayıqları Suriyadakı İŞİD hədəflərini vurub. Bu barədə Rusiya müdafiə nazirliyinin mətbuat katibi general-polkovnik İqor Konaşenkov məlumat verib.
Səfir: “Ərdoğan yaxın vaxtlarda Azərbaycana gələcək”
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərinin vaxtı hələlik məlum deyil. Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib ki, prezidentin yaxın zamanda səfər etməsi gözlənilir: “Bu yaxınlarda prezident Rəcəb Tayyib Ərdoğan Ukraynaya səfər edəcək. Azərbaycana səfərin tarixi tam müəyyənləşməsə də, səfərin yaxın zamanlarda olacağı bəllidir”.
Andrey Karlovun öldürülmə anı internet oyununda - QALMAQAL
Rusiyanın Türkiyədə öldürülmüş səfiri Andrey Karlovun öldürüldüyü anda çəkilən şəkil "Batman" internet oyununda istifadə olunub. Oyun cəmiyyətində birmənalı qarşılanmayıb və kəskin etirazlara səbəb olub. "Batman" kompüter oyununun 20-ci dəqiqəsində yerdə Rusiya səfirinin bədəni gizli bank mərkəzinin fonunda göstərilir. Telltale şirkəti oyunun dizaynında bu şəkillərdən istifadə etdiyi üçün kəskin tənqid edilib. Rusiya mətbuatında qeyd olunan məlumata görə, faktla bağlı ciddi tədbirlər görüləcək.
Anadan DƏHŞƏTLİ ƏMƏL: südə zəhər qatıb 5 yaşlı qızına içirdi
Qusar rayonunda 5 yaşlı qızını öldürməkdə ittiham olunan rayon sakini Gülnarə Saypullayevanın cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. Bakı Ağır Cinayətlər Məhkəməsindən verilən məlumata görə, cinayət işi hakim Ramella Allahverdiyevanın icraatına verilib. Hazırlıq iclası oktyabrın 11-ə təyin edilib.
Azər Xəlilov ATV-dəki kütləvi ixtisarlardan DANIŞDI
“ATV-də kütləvi ixtisarların olması ilə bağlı məlumatların əsası yoxdur”. Bunu ATV-nin prezidenti Azər Xəlilov deyib. O qeyd edib ki, bunlar şaiyədir. A.Xəlilov bildirib ki, televiziyanın saytı fəaliyyətini bərpa edib: “Hər bir televiziyanın saytı olmalıdır. ATV-nin də belə bir saytı var”.
Ukrayna Radasında qalmaqal — Deputat salona tüstü bombası atdı
Ukrayna Radası növbəti qalmaqala şahid olub. "Samopomoş" müxalifət fraksiyasının deputatı Semyon Semençenko iclas gedən zala tüstü bombası atıb. Bu barədə isə məlumatı millət vəkili Vladimir Aryev bölüşüb.














