Gündəm

Hicran Hüseynova AŞ-ın ölkəmizdəki Ofisinin rəhbəri ilə görüşüb

6 Oktyabr 2017 15:55

6 oktyabr 2017-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın Avropa Şurasının Azərbaycan Respublikasındakı Ofisinin rəhbəri Zoltan Hernyer ilə görüşü keçirilib. Komitədən “Olaylar”a verilən məlumata görə, Komitənni fəaliyyəti barədə məlumat verən H.Hüseyova bildirib ki, müstəqil dövlətimizin ali qanunları dövlət qadın siyasətinin həyata keçirilməsi üçün hüquqi müstəib ki.ş vidə böyük imkanlar açır. Cənab Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqəti və qayğısı sayəsində bu gün ölkədə qadın və uşaq hüquqlarının müdafiəsi sahəsində mühüm addımlar atılır. Dövlət Komitəsinin sədri, eyni zamanda, Ermənistanın Azərbaycana 25 ildən artıq müddətdə hərbi təcavüzünün davam etməsini, cəbhə bölgəsində və təmas xəttində baş verən hadisələr, həmin ərazilərdə məskunlaşan azərbaycanlıların, o cümlədən uşaqların və qadınların öldürülməsi və ağır yaralanmasını diqqətə çatdırıb və Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycan əhalisinin atəşə tutulması faktının beynəlxalq sənədlərə zidd olmasını qeyd edib.

Akkumlyator oğruları tutulublar

6 Oktyabr 2017 15:53

Avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Xətai RPİ 37-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 15-də və oktyabrın 3-də rayon ərazisində 2 avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Nizaməddin Ağayev və Yusif Ağayev tutulublar.

Qız öz evlərindən 1000 manatlıq qızıl oğurlayıb

6 Oktyabr 2017 15:51

Səbail rayonunda oğurluq faktının üstü açılıb. DİN-dən “Olaylar2a verilən məlumata görə, sentyabrın 20-də rayon ərazisindəki evlərdən birindən 1000 manat dəyərində qızıl əşyalar oğurlanıb. Səbail RPİ-nin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində oğurluğun ev sahibəsinin qızı tərəfindən edildiyi müəyyən edilib. Faktla bağlı araşdırma aparılır.

Kataloniyanın Avropa və Ermənistan üçün dərsləri

6 Oktyabr 2017 15:45

Bütün dünyada Kataloniyadakı referenduma göstərilən reaksiya ermənilərin Qarabağda “öz müqəddəratını təyin etmə” arzusunun üzərindən xətt çəkdi. Əgər Qərb milyonlarla insanın iştirak etdiyi səsverməni tanımırsa, niyə işğal olunmuş Qarabağda 30-40 min adamın iştirak etdiyi “referendumu” diqqətə almalıdır?

AŞPA prezidenti Pedro Aqramunt istefa verib

6 Oktyabr 2017 15:43

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Pedro Aqramunt istefa verib.

Həmsədrlər Ermənistanın xarici işlər naziri ilə görüşüblər

6 Oktyabr 2017 15:35

ATƏT-in Minsk qrupunun həmsədrləri Endryu Şofer,  İqor Popov, Stefan Viskonti vəATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Ermənistana səfər ediblər. Diplomatlar Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşüblər.

Məhkəmə "Çudo Peçka"nın sahibinin həbs müddətini uzadıb

6 Oktyabr 2017 15:34

Bu gün Binəqədi Rayon Məhkəməsində iş adamı, “Çudo Peçka” və “ÇP Aqro” MMC-nin təsisçisi Çingiz Cəlilov barəsində həbs qətimkan tədbiri müddətinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb. Məhkəmə təqdimatı təmin edib və Ç. Cəlilovun həbs müddəti 3 ay artırılıb.

Aşura günü qan verən bəzi şəxslərdə HİV, hepatit və sifilis aşkarlanıb

6 Oktyabr 2017 15:33

Azərbaycanda Aşura günü qan verən 3827 nəfərdən 122-nin qanında infeksiyalar aşkarlanıb.  Bu barədə Səhiyyə Nazirliyinin B. Eyvazov adına Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva məlumat verib. O bildirib ki, 3 nəfərdə HİV, 81 nəfərdə hepatit, 38 nəfərdə isə sifilis infeksiyaları aşkar olunub. Direktor qeyd edib ki, təhlükəli infeksiyaların aşkarlandığı qan yandırılacaq.

Avtomobil qaçıran saxlanıb

6 Oktyabr 2017 15:28

Oktyabrın 5-də Tərtər şəhər sakini Sərxan Əlizadə saat 14 radələrində “NAZ Lifan” markalı avtomobilinin qaçırılması barədə Rayon Polis Şöbəsinə müraciət edib. DİN-dən “Olaylar”a verilən mlumata görə, dərhal əməliyyat-axtarış tədbirləri həyata keçirilib və DİN-in Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən avtomobilin paytaxt ərazisində hərəkətdə olması müəyyən edilib.

Qaçırılmış maşınla 4 avtomobili, 2 piyadanı vurdu

6 Oktyabr 2017 15:27

Oktyabrın 5-də saat 2 radələrində DİN-in “102 Zəng Xidməti”nə Nəsimi rayonu ərazisindən avtomobil qaçırılması barədə məlumat daxil olub. Daxili İşlər Nazirliyindən “Olaylar”a verilən məlumata görə, hadisə yerinə gələn Nəsimi Rayon Polis İdarəsi 21-ci Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq araşdırma aparılıb. Və Bakı şəhər sakini Fərid Quliyevə məxsus “Mercedes” markalı avtomobilin Mərdanov qardaşları küçəsindən qaçırıldığı məlum olub.

Azərbaycan əmək bazarının səmərəliliyi üzrə 17-ci yeri tutub

6 Oktyabr 2017 15:25

Azərbaycanda dayanıqlı iqtisadi inkişafın təmin olunması şəraitində əmək bazarının inkişafına yönələn islahatlar ölkəmizin bu sahədə də reytinqinin getdikcə əhəmiyyətli şəkildə artmasına imkan verib. Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda iki pillə yüksələrək 137 ölkə arasında 35-ci yerdə qərarlaşan Azərbaycanın eyni zamanda əmək bazarının səmərəliliyi üzrə 9 pillə irəliləyərək 17-ci yeri tutması bunu bir daha təsdiq edir.

Vaşinqtonda Azərbaycanın Coğrafi İnformasiya Sisteminin təqdimatı keçiriləcək

6 Oktyabr 2017 15:24

Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəisi Rüfət Rüstəmzadənin rəhbərliyi ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti oktyabrın 10-dan 15-dək Vaşinqtonda keçiriləcək Dünya Bankı/Beynəlxalq Valyuta Fondunun 2017-ci il üçün İllik Toplantısında iştirak edəcək.

“Bakı bizi diz çökdürəcək, Qarabağı...” – Sarkisyan ORDUNU SATDI

6 Oktyabr 2017 15:20

Rusiya-Ermənistan vahid qoşun qruplaşmasının yaradılması ilə bağlı razılaşmanın parlamentdə müzakirəsi zamanı vitse-spiker Eduard Şarmanazovun və müdafiə nazirinin müavini Artak Zaxaryanın etirafları işğalçı dövlətin düşdüyü vəziyyəti açıq şəkildə göstərdi.

Pensiya tədbirlərinə yekun vurulub

6 Oktyabr 2017 15:15

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun pensiya qanunvericiliyindəki son dəyişikliklərin tətbiqi ilə bağlı yerli şöbələrin əməkdaşları üçün respublikamızın bölgələrində keçirdiyi izahat-məlumatlandırma tədbirləri Şəki şəhərində təşkil olunan seminar-müşavirə ilə yekunlaşıb.