Gündəm
Azərbaycan cəmiyyəti və dövləti ölkəmizə qarşı ədalətsiz, qərəzli mövqeyi qəbul etməyəcək
«Azərbaycanın beynəlxalq təşkilatlarda mövqeyinin möhkəmləndirilməsi, rolunun artırılması, həmin təşkilatların tribunasından səmərəli istifadə edilməsi ölkəmizin xarici siyasətində ən mühüm istiqamətlərdən biridir. Azərbaycan Prezidenti İlham Əliyev xalqımızın milli maraqlarına söykənən müstəqil siyasət həyata keçirir və istənilən situasiyada yalnız Azərbaycan xalqının və dövlətinin maraqlarından çıxış edir». “OLAYLAR”-ın xəbərinə görə, bu fikirləri yap.org.az saytına müsahibəsində Milli Məclisin deputatı, AŞPA-nın komitə sədri Sahibə Qafarova deyib.
Azərbaycanda ilk dəfə olaraq Dünya Robot Olimpiadasının seçim yarışı keçiriləcək
7 oktyabr 2017-ci il tarixdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən “Gənclərin Təhsil, Təlim, Peşə və İnkişaf Mərkəzi” İctimai Birliyi və AREA (Azərbaycan Robototexnika Mühəndisliyi Akademiyası) ilə birlikdə Bakı Olimp İdman Kompleksində ilk dəfə olaraq Dünya Robot Olimpiadası üzrə Azərbaycan seçim yarışı keçiriləcək. Bu barədə məlumat “OLAYLAR”=a GİN-dən daxil olub. Bildirilib ki, yarışda 8-19 yaşlı gənclərimiz aşağıdakı kateqoriyalar üzrə mübarizə aparacaqlar:
Bilik Fondu maarifləndirici tədbirlərini davam etdirir
Bilik Fondunun maarifləndirmə tədbirlərinə uyğun olaraq, Bakı Humanitar Kollecində “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dil siyasəti” mövzusunda mühazirə keçirilib. Mühazirəçi AMEA Dilçilik İnstitutunun monitorinq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Sevinc Əliyeva “Dövlət dili haqqında” Qanunun və "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nın mahiyyəti barədə iştirakçılara ətraflı məlumat verib.
Paytaxt məktəbliləri Cocuq Mərcanlıda
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssislərinin bir qrup müəllim və şagirdi Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər edib. “OLAYLAR”-a daxil olan məlumata görə, səfərdə məqsəd paytaxt məktəblilərini erməni işğalından azad olunmuş və hazırda quruculuq-abadlıq işlərinin aparıldığı Cocuq Mərcanlı kəndi ilə tanış etmək, həmçinin, Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbi ilə əlaqələr qurmaq, təcrübə mübadiləsi aparmaq və şagirdlər arasında dostluq münasibətləri yaratmaqdan ibarətdir.
Bakıda universitetlərdə terror planlaşdırmaqda təqsirləndirilən şəxsə hökm oxunub
Bakı Ağır Cinayətlər Məhkəməsində terrorçuluq və digər cinayətlərdə ittiham olunan Fərid Sadıqovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Məlumata görə, hakim Rahib Salmanovun sədrlik etdiyi iclasda hökm oxunub. Hökmə görə, o 11 il müddətinə azadlıqdan məhrum edilib. Prokuror F. Sadıqovun 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi. İttihama görə, "Əbdülxaliq" dini ləqəbli Fərid Sadıqov İŞİD terror təşkilatının ideyalarının Azərbaycanda qəbul olunması və cinayətkar məqsədlər üçün Qərib Dəmirov, Məhəmməd Ulubəyov və digər şəxslərlə əlaqəyə girib.
Odlar Yurdu Universitetində Azərbaycan dilinin saflığının qorunmasına həsr olunmuş elmi-praktik konfrans keçirilmişdir
06 oktyabr 2017-ci il tarixində “Azadlıq Hərəkatçıları” İctimai Birliyi Odlar Yurdu Universiteti ilə birgə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi və AMEA-nın Dilçilik İnstitunun təşkilati dəstəyi ilə Azərbaycan dilinin saflığının qorunmasına həsr olunmuş elmi-praktik konfrans keçirmişdir.
İspaniya Kataloniyadan üzr istədi
İspaniya hökumətinin Kataloniyadakı təmsilçisi Enrik Millo müstəqillik referendumunda polislərin dinc sakinlərə şiddət göstərməsindən dolayı üzr istəyib. E.Millo şiddət görüntülərinə baxarkən üzüntü keçirdiyini söyləyib: “Görüntüləri izləyərkən bəzi insanların itələndiyini, vuruldğunu gördüm. Bu görüntülərdən dolayı sadəcə peşmanlıq hiss edə bilirəm. Dinc sakinlərə müdaxilə edən polislər adından üzr istəyirəm”.
Orta Şərqdə xəritə dəyişir — İŞİD-in sonu çatıb
İŞİD terror qruplaşması İraqdakı son qalası Havice rayonunu dünən itirdi. Terrorçular İraq-Suriya sərhədindəki Fərat çayının hövzəsinə çəkilib. Artıq İŞİD-in əlində heç bir böyük şəhər və rayon qalmayıb. Bu gündən etibarən isə terrorçuların açıq ərazi və səhrada qaçmaqdan başqa şansları yoxdur. Ətrafları tamamilə mühasirəyə alınıb.
Pərvinin “Səhnə”si təqdim olunacaq
Oktyabrın 9 – da saat 14:00-da Gənc Tamaşaçılar Teatrında istedadlı yazıçı-dramaturq Pərvinin “Səhnə” adlı yeni kitabının təqdimat mərasimi keçiriləcək. Təqdimat mərasimində teatr xadimlərinin, yazıçıların, media nümayəndələrinin iştirakı gözlənilir. “Səhnə” kitabında müəllifin müxtəlif tamaşalara resenziyaları, sənət adamları ilə söhbətləri, teatr konfranslarından təəssürat yazıları, həmçinin pyesləri yer alıb.
Yerli özünüidarə orqanlarının sərbəst fəaliyyəti siyasi plüralizmin nümunəsidir
Müasir idarəetmə sistemində dünya dövlətlərinin böyük əksətiyyətində yerli əhəmiyyətli məsələlər yerli özünüidarəetmə orqanları vasitəsilə həllni tapır. Bu baxımdan dövlət həyatının mühüm tərkib hissəsi hesab olunan yerli özünüidarə orqnları vacib idarəetmə sisteminə çevrilib. Beynəlxalq idarəetmə sisteminə görə, yerli özünüidarəetmə hər bir demokratik quruluşun əsas institutlarından biridir.
Azərbaycan Tütün İstehsalçıları və İxracatçıları Assosiasiyası təsis edilib
Ölkədə fəaliyyət göstərən tütün istehsalçıları və ixracatçılarının təşəbbüsü, İqtisadiyyat Nazirliyinin və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi ilə Azərbaycan Tütün İstehsalçıları və İxracatçıları Assosiasiyası təsis olunub. İqtisadiyyat Nazirliyindən “Olaylar”a bildirilib ki, bununla bağlı oktyabrın 6-da Zaqatala rayonunda dövlət qurumlarının nümayəndələrinin, tütün istehsalı və ixracı ilə məşğul olan sahibkarların iştirakı ilə tədbir keçirilib. İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə ölkədə biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması sahəsində həyata keçirilən islahatlar barədə məlumat verib, sahibkarlığın inkişafının uğurlu iqtisadi siyasətin prioritet istiqamətlərindən olduğunu vurğulayıb.
Həmsədrlərin Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə vermələri çox vacibdir
ATƏT-in Minsk qrupunun həmsədrləri Endryu Şofer, İqor Popov, Stefan Viskonti vəATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Ermənistana səfər ediblər. Diplomatlar Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşüblər. Görüşdə tərəflər Ermənistan və Azərbaycan prezidentlərinin görüşünün təşkilini müzakirə ediblər.
Nodar Şaşıqoğlunun 90 illik yubileyi keçirilib
Oktyabrın 6-da Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Yasamal rayon Heydər Əliyev Mərkəzində xalq artisti, teatr və kino aktyoru Nodar Şaşıqoğlunun 90 illik yubileyi ilə əlaqədar tədbir keçirilib. Olaylar bildirir ki, tədbirdə xalq artistləri Məbud Məhərrəmov, Səfa Mirzəhəsənov, Aleksandr Şarovski, əməkdar artist Fuad Osmanov, Baş İdarənin əməkdaşları Pərvanə Muradzadə, Tomris Hacıyeva, Bilik Fondunun məsləhətçisi Ramilə Qurbanlı və digər qonaqlar iştirak ediblər.
Türkiyənin Baş naziri İraqa səfər edəcək
İraqın Baş naziri Heydər əl-Abadi türkiyəli həmkarı Binəli Yıldırımı Bağdada səfərə dəvət edib. Məlumata görə, bu barədə Türkiyənin Baş naziri B.Yıldırım bəyan edib. O qeyd edib ki, hazırda İraqa səfərinin tarixi müəyyənləşdirilir.
BDU XI Azərbaycan beynəlxalq təhsil sərgisində
Oktyabrın 6 – da Bakı Ekspo Mərkəzində Təhsil Nazirliyinin dəstəyi, “Caspian Event Organisers ” şirkətinin təşkilatçılığı ilə keçirilən XI Azərbaycan beynəlxalq təhsil sərgisinin açılışı olub. Olaylar bildirir ki, açılış mərasimində təhsil naziri Mikayıl Cabbarov Azərbaycan beynəlxalq təhsil sərgisinin artıq ənənə halı aldığını bildirib. CEO-nun direktoru Edvard Stron sərginin əhəmiyyətindən danışıb. Qeyd edilib ki, “İnsan kapitalı sərvətimizdir” devizi altında təşkil edilən sərgidə son illər Təhsil Nazirliyi tərəfindən həyata keçirilən yeni layihələr və mövcud təhsil imkanları təqdim olunur.














