Gündəm
Elman Nəsirov: Avropa İttifaqı Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm rolun fərqindədir
“Avropa İttifaqı Şurasnının nümayəndə heyətinin ölkəmizə səfəri Avropa İttifaqının Azərbaycanın regionda yeri və rolunu yüksək qiymətləndirməsinin göstəricisidir”. Bu fikri Milli Məclisin deputatı, politoloq Elman Nəsirov deyib. E.Nəsirov bildirib ki, Aİ Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm rolun fərqindədir.
Mahir Abbaszadə: Bu gün Azərbaycan dövləti öz gücünə məcburi köçkünlərin sosial problemlərini həll edir
“Ermənistanın hərbi təcavüzü nəticəsində 20 faiz torpaqlarımız işğal olunub, 1 milyon insan isə öz torpağından qaçqın-köçkün vəziyyətinə düşüb. Ermənistanın işğalçılıq siyasəti hələ də davam edir, ona görə də, həmin insanlar öz doğma yurdlarına qayıda bilmirlər. Buna baxmayaraq, Azərbaycan dövləti öz vətəndaşlarına sahib çıxaraq onların qayğıları, problemləri ilə yaxından məşğul olur”.
Flora Qasımova: Azərbaycan dövləti qaçqın və məcburi köçkünlərə hər zaman yüksək qayğı göstərir
“Azərbaycan dövləti qaçqın və məcburi köçkünlərə hər zaman yüksək qayğı göstərir. Oktyabrın 5-də Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın iştirakı ilə Masazır qəsəbəsində məcburi köçkünlər üçün salınan şəhərcikdə yeni inşa olunan üç binada mənzillərin təqdim edilməsi buna bir daha bariz nümunədir”.
Lamiyə Ələkbərqızı vitse-prezident təyin edilib? - ATV-dən AÇIQLAMA
Bu gün mətbuatda teleaparıcı Lamiyə Ələkbərqızının ATV-nin yeni vitse-prezidenti təyin edilməsilə bağlı xəbər yayılıb. Məsələ ilə bağlı hazırda telekanalda vitse-prezident vəzifəsini icra edən Vaqif Aydınoğlu ilə əlaqə saxlayıb. O, suala cavab verməkdən boyun qaçıraraq bunları deyib: “Belə bir şeydən xəbərim yoxdur. Bununla bağlı suallarınızı Azər bəyə ünvanlayın”.
İŞİD-in azərbaycanlı üzvünə cəza verildi
Terrorçuluq və digər cinayətlərdə ittiham olunan İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatının azərbaycanlı üzvü Fərid Sadıqovun cinayət işi üzrə növbəti məhkəmə prosesi başa çatıb.
Şəmkirdə qadını döyən maskalılar ələ keçdi
Oktyabrın 4-də DİN-in “102 Zəng Xidməti Mərkəzi”nə Şəmkir rayonunun Zəyəm-Cırdaxan kəndində quldurluq hadisəsi baş verməsi barədə məlumat daxil olub.Daxili İşlər Nazirliyindən bildirilib ki, hadisə yerinə gələn Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb və müəyyən edilib ki, həmin gün saat 23 radələrində Yeganə Məmmədovanın evinə qapını gərib açmaq yolu ilə girən 2 maskalı şəxs ona xəsarət yetirib, qızı Səkinəni və oğlu Əlini öldürəcəkləri ilə hədələyərək oradan 140 manat və 10000 rubl (295 manat) pul aparıblar.
Daha bir ərazidə rahat gediş-gəliş təmin olunub
Avtomobil yollarında, küçə və prospektlərdə vətəndaşların rahat gediş-gəlişini təmin etmək istiqamətində “Azəravtoyol” ASC tərəfindən aparılan kompleks tədbirlər çərçivəsində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 11-ci km-də, “Sulutəpə dairəsi”ndən Biləcəri qəsəbəsi istiqamətində (daş bazarı) olan yol təmir edilib. “OLAYLAR”-ın Səhmdar Cəmiyyətə istinadən verdiyi xəbərə görə, təmir işləri “Sulutəpə dairəsi”ndən Biləcəri qəsəbəsi istiqamətində təqribən 500 m-lik və Baş Dövlət Yol Polisinin stasionar postuna qədər olan 250 m-lik məsafəni əhatə edib.
Binəqədidə məlumat saatı keçirilib
Binəqədi Rayon İcra Hakimiyyətində “Heydər Əliyev və Azərbaycan Təhsilinin inkişaf strategiyası” mövzusunda “Məlumat saatı” keçirilib. Rayon İcra Hakimiyyətinin “OLAYLAR”-a bildirilib ki, məlumat saatında Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, AMEA-nın Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov, Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdirləri və əməkdaşları, rayon bələdiyyələri, rayon icra nümayəndəlikləri, Rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov, təhsil işçiləri və Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının gənc fəalları iştirak etdilər.
V könüllülük proqramına start verilir
Bakı Şəhəri üzrə Təhsil İdarəsi könüllü əsaslarla işləmək arzusunda olan gəncləri əməkdaşlığa dəvət edir. “OLAYLAR”-ın Təhsil İdarəsinə istinadən verdiyi xəbərə görə,könüllü kimi fəaliyyət göstərmək istəyən gənclər BŞTİ-nin müxtəlif sektorlarında və xidmət bölmələrində 3 ay təcrübə keçmək imkanı qazanacaqlar. İntizamlı, xoşrəftar, kollektivdə çalışmaq istəyi olan, kompüterdə işləməyi bacaran, xarici dil biliklərinə malik, ali təhsilli və ya ali təhsil müəssisələrinin son kursunda oxuyan gənclər könüllü fəaliyyət göstərmək üçün müraciət edə bilərlər. Könüllü kimi fəaliyyətini uğurla başa vuran gənclərin hər birinə BŞTİ tərəfindən müvafiq arayış veriləcək.
“SOCAR PETROLEUM” QSC “ASAN Radio” ilə birgə sürücülər üçün kampaniya keçirir
“SOCAR PETROLEUM” Qapalı Səhmdar Cəmiyyəti hər il olduğu kimi bu il də müştəriləri üçün kampaniya keçirir. “OLAYLAR”-ın şirkətə istinadən verdiyi xəbərə gör, bu gün müştərilər yüksək keyfiyyətli xidmət təklif edən, müasir standartlara cavab verən yanacaqdoldurma stansiyalarına üstünlük verirlər. Kampaniyanın gedişində həftə içi 3 gün fərqli saatlarda “ASAN Radio”nun efirində “Taksi vaxtı” verilişi yayımlanacaq. Hər verilişdə radionun aparıcısı tərəfindən elan olunan ASAN xidmətə birinci yaxınlaşan sürücü qalib hesab olunacaq və 30 manatlıq kuponla mükafatlandırılacaq.
Dilarə Zamanova: “Azərbaycanın ən nüfuzlu otellərinin siyahısı açıqlanıb”
"AtaHolding” Korporativ kommunikasiyalar şöbəsinin rəisi Dilara Zamanova “OLAYLAR”-a bildirib ki, “Dünya Səyahət Mükafatları” (“World Travel Awards”) tədbirində Azərbaycanın ən nüfuzlu otellərinin siyahısı açıqlanıb. Siyahıda yer alan otellər arsında “Excelsior Hotel & Spa Baku” oteli də var . “Excelsior Hotel & Spa Baku” oteli Azərbaycan üzrə “İlin ən yaxşı Leading Boutique Hotel 2017” nominasiyasında mükafata layiq görülüb.
Parisdə azərbaycanlı modelyerin kolleksiyası nümayiş etdirilib
Azərbaycanın Dostları Assosiasiyasının (ADA) və Azərbaycanın Fransadakı Səfirliyinin dəstəyi ilə Azərbaycan Mədəniyyət Mərkəzində Avstraliyada yaşayan azərbaycanlı modelyer Həcər Qalanın kolleksiyası nümayiş etdirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən “OLAYLAR”-a bildirilib ki, Paris moda həftəsi çərçivəsində təşkil olunan nümayişdə ADA-nın prezidenti Jan-Fransua Mansel, Azərbaycanın Fransadakı Səfirliyinin konsulu Zaur Fərhadov, Paris Azərbaycan Evinin prezidenti Mirvari Fətəliyeva, Fransanın tanınmış aktyorları, incəsənət xadimləri, modelyerlər iştirak ediblər. Azərbaycan klassik musiqi sədaları altında keçrilǝn moda nümayişi tamaşaçıların marağına səbəb olub.
Neftçilər prospektində hərəkət məhdudlaşdırılacaq
"Azəravtoyol” ASC tərəfindən avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yolcizgi və yolgöstərici xətlərinin yenidən rənglənməsi və yenilərinin çəkilməsi işləri davam etdirilir. “OLAYLAR”-a “Azəravtoyol” ASC-dən bildirilib ki, bu gün axşam saat 22:00-dan etibarən Səbail rayonu, Niyazi küçəsində, həmçinin Neftçilər prospektinin Azneft dairəsindən Rəşid Behbudov küçəsi ilə kəsişməsinədək olan hissəsində yeni üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq. Adı çəkilən ərazidə işlərin aparılması ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti tam və ya qismən mədudlaşdırılacaq. Rənglənmə işləri səhər saatlarınadək yekunlaşdırılacaq.
Azərbaycan dənizçiləri İrana gedib
“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, dostluq səfəri çərçivəsində İran İslam Respublikasının Ənzəli limanına gələn Azərbaycan hərbi dənizçilərini İran Hərbi Dəniz Qüvvələrinin nümayəndələri təntənəli şəkildə qarşılayıblar. İranın Hərbi Dəniz Qüvvələrinin Şimal Donanmasının qərargahında baş tutan görüşdə donanma komandanı vitse-admiral Əhmədrza Bağeri Azərbaycan nümayəndə heyətini qəbul edib.
Azərbaycan geoloq və qazmaçıları növbəti uğura imza atıb
SOCAR-ın Kompleks Qazma İşləri Tresti “Azneft” İstehsalat Birliyinin sifarişi ilə həyata keçirdiyi axtarış-kəşfiyyat və istismar qazma işlərini uğurla davam etdirir, neft-qaz hasilatının sabit saxlanılması üçün mühüm işlər görür. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, trest bu günlərdə “Bulla-dəniz” yatağındakı 122 nömrəli stasionar dəniz özülündən 123 nömrəli quyuda qazma işlərini vaxtından əvvəl başa çatdırmış və sifarişçiyə-“Azneft” İB-nin N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinə təhvil verib. Bu, Azərbaycan geoloq və qazmaçılarının dünya miqyaslı nailiyyəti kimi qiymətləndirilir.







.jpg)






