Gürcüstan müxalifəti: Partiyaların qadağan edilməsi “Gürcü Arzusu”nun siyasi sonu olacaq – ÖZƏL

Olaylar.az xəbər verir ki, "Gürcü Arzusu" partiyası Bidzina İvanişvili də daxil olmaqla, müxalifət partiyalarını qadağan etməyin həm ölkə daxilində, həm də beynəlxalq aləmdə Fərdi sanksiyalar kimi ağır siyasi nəticələr doğuracağını yaxşı anlayır. "Güclü Gürcüstan - Lelo" liderlərindən Giorgi Sioridzenin sözlərinə görə, bu addım demokratiyanın məhvi olmaqla yanaşı, iqtidar partiyasının da siyasi süqutuna gətirib çıxaracaq. 

Sioridze bildirib ki, hakimiyyətin iddialara yeni partiyaları əlavə edərək 9 aylıq baxılma müddətini uzatması onların hələ də qəti qərar vermədiyini göstərir. Qeyd edək ki, "Gürcü Arzusu" Konstitusiya Məhkəməsinə müraciət edərək "Milli Hərəkat", "Dəyişiklik üçün Koalisiya", "Güclü Gürcüstan - Lelo", "Federalistlər" və son olaraq sentyabrın 21-də Giorgi Qaxariyanın siyasi qüvvəsinin fəaliyyətinin qadağan olunmasını tələb edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31