Gündəm

“Elmdə Azərbaycan qadınlarının rolu” adlı Dəyirmi Masa keçiriləcək

6 Oktyabr 2017 18:29

9 oktyabr 2017-ci il tarixində, saat 11.00-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Bakı Dövlət Universitetinin birgə təşkilatçılığı ilə Bakı Dövlət Universitetinin Heydər Əliyev məktəbində“Elmdə Azərbaycan qadınlarının rolu” adlı Dəyirmi Masa keçiriləcək. Bu barədə Komitədən “Olaylar”a verilən məlumata görə, tədbirdən əvvəl qonaqlar 9.30-da I və II Fəxri Xiyabanda alim qadınların məzarlarını ziyarət edəcəklər.

Kofe İlə yağ qatışımı insanı arıqladır?

6 Oktyabr 2017 18:28

Arizonanın bioloji tədqiqatlar Universitetinin alimləri gözlənilməz nəticə əldə ediblər. Belə ki, onların fikrincə kofe ilə yağ qarışımı artıq çəkidən yaxa qurtarmağa kömək edir. Tədqiqatçılar bildiriblər ki, kofe ilə bitki və ya heyvan yağlarının qarışımı maddələr mübadiləsini yaxşılaşdırır ki, bu da zamanla çəki itirilməsinə səbəb olur.

14 TB yaddaşa malik sərt disk hazırlanıb – İLK DƏFƏ

6 Oktyabr 2017 18:24

“Western Digital” şirkəti tərəfindən dünyada ilk dəfə 14 TB yaddaşa malik “HGST Ultrastar Hs14” sərt disk modeli hazırlanıb. Yeni nəsil “Western Digital HelioSeal” texnologiyası ilə yığılan məhsullar materialların etibarlılığına və enerji effektivliyinə görə digər sərt disklərdən daha üstün xidmətlərə sahib olacaqlar. 3,5 düymlük form-faktorda hazırlanmış “Ultrastar Hs14” sərt diski “SATA 6 Qbit/s” və “SAS 12 Qbit/s” interfeyslərində tədarük olunur. Şpindelin fırlanma sürəti 7200 dövr/dəqiqə, buferin həcmi isə 512 meqabayt təşkil edir. İşləmə vaxtı 2,5 milyon saat nəzərdə tutulub.

Moskvada hava limanı təxliyə edildi - Bomba həyəcanı

6 Oktyabr 2017 18:19

Moskvada “Jukovski” hava limanı anonim zəngdən sonra təxliyə olunub. Məlumata görə, aeroporta bomba qoyulması barədə zəng daxil olduqdan sonra əməkdaşlar oradan çıxarılıb.

Qara çayın faydaları... Həm də arıqladırmış

6 Oktyabr 2017 18:19

Qara çay çəki azalmasına və bağırsaqların mikroflorasının işinin yaxşılaşmasına səbəb olur. Məlumata görə, bu barədə Kaliforniya Universitetinin mütəxəssislərinin tədqiqatları nəticəsində məlum olub.

Bu adaya əleyhqazsız GETMƏK OLMAZ

6 Oktyabr 2017 18:15

Dünyanın ən qeyri-adi ölkələrindən biri olan Yaponiyada yerləşən İzu adası gözəl təbiəti ilə məşhur olsa da, artıq bura əleyhiqazsız gəlmək təhlükəlidir. Ərazidə daim aktiv olan vulkanın oyanması nəticəsində atmosferə yayılan zərərli qaz insan orqanizmi üçün ciddi təhlükə yarada bilər. Bu səbəbdən adaya gələn turistlər maska taxmağa məcbur olurlar. Əraziyə "Qaz maskalı ada" adı verilib.

Hansı BÜRCLƏRİ sevmək çətindir?

6 Oktyabr 2017 18:11

Kimdənsə xoşunuz gələndə seçimizin nə qədər uğurlu olacağını bilmək istəyirsinizsə, mütləq onun bürcü ilə maraqlanın. Çünki insanın aid olduğu zodiak işarəsi haqqınızda siz düşündünüz də çox məlumat verə və bəlkə də sizi böyük bir bəladan xilas edə bilər...

Erməni nazirlər büdcəni talayır - Milyonlara dram yoxa çıxıb

6 Oktyabr 2017 18:09

Ermənistan höküməti yanında Milli Təhlükəsizlik Xidməti sentyabr ayında yarım milyon dramlıq konyak aldıb. Xidmət və "Perno rikar Armenia" şirkətləri arasında təxminən yarım milyon dram dəyərində saziş imzalanıb. Xidmətə, 6 şüşə Nairi konyakı, 20 ədəd "Indir" növlü konyak və 13 ədəd "Axtamar" konyakı verilib.  "Nairi" konyakı üçün 185 min 400 dram, "Indir" konyakı üçün 164 min dram, "Axtamar" konyak üçün isə 149 min dram ödənilib. Müqavilədə satınalmanın tam məqsədi qeyd ediməyib.

Göyçayda avtomobil yolunun tikintisinə 6,4 milyon manat ayrılıb

6 Oktyabr 2017 18:06

Prezident İlham Əliyev Göyçay rayonunun Bığır-Cırqurd-Şəkər-Veysəlli-Alıkənd-Mırtı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

İlk ərəb peyki gələn il fəzaya buraxılacaq

6 Oktyabr 2017 18:06

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) öz istehsalı olan ilk süni peyki 2018-ci ilin yayında buraxmağı planlaşdırır. Məlumata görə, "Khalifa-Sat" peyki fotoçəkilişlər üçün nəzərdə tutulub və ərəb mühəndisləri tərəfindən hazırlanıb. Daha bir ərəb istehsalı olan peyk də gələn il fəzaya buraxılacaq. "Yahsat" rabitə peyki Cənubi Amerikanı da əhatə edəcək.

Tut tingləri və barama toxumları məhsul istehsalçılarına əvəzsiz veriləcək

6 Oktyabr 2017 18:05

Prezident İlham Əliyev ipəkçiliyin inkişafına dövlət dəstəyinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

İsrail və Rusiya dinc sakinləri bombaladı: 79 ölü

6 Oktyabr 2017 18:04

Suriya ilə İraq sərhədində yerləşən Deyr-əz-Zor şəhərinə son 48 saatda bir neçə dəfə hava hücumları təşkil edilib. Hücum nəticəsində 79 dinc sakin həlak olub, onlarla sakin yaralanıb.

Tunay həmkarını söydü: "Biri buna desin ki ..." - QALMAQAL

6 Oktyabr 2017 18:01

Aktyor İslam Mehrəliyevin sosial şəbəkədə məşhurların paylaşımlarına yazılan tənqidi fikirləri birmənalı qarşılanmayıb.

Həmsədrlər Sarkisyanla Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü müzakirə ediblər

6 Oktyabr 2017 17:59

Ermənistanda səfərdə olanATƏT-in Minsk qrupu həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Ermənistan prezidenti Serj Sarkisyanla görüşüb. Bu barədə Ermənistan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Çaylarda suyun səviyyəsi ilə bağlı nazirlikdən AÇIQLAMA

6 Oktyabr 2017 17:46

"Son günlər yağan yağışlar nəticəsində çaylarda suyun səviyyəsində ən yüksək artım oktyabrın 4-də axşam saatlarında qeydə alınıb". Bunu özəl olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib.