“Elmdə Azərbaycan qadınlarının rolu” adlı Dəyirmi Masa keçiriləcək

9 oktyabr 2017-ci il tarixində, saat 11.00-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Bakı Dövlət Universitetinin birgə təşkilatçılığı ilə Bakı Dövlət Universitetinin Heydər Əliyev məktəbində“Elmdə Azərbaycan qadınlarının rolu” adlı Dəyirmi Masa keçiriləcək. Bu barədə Komitədən “Olaylar”a verilən məlumata görə, tədbirdən əvvəl qonaqlar 9.30-da I və II Fəxri Xiyabanda alim qadınların məzarlarını ziyarət edəcəklər.

9 oktyabr 2017-ci il tarixində, saat 11.00-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Bakı Dövlət Universitetinin birgə təşkilatçılığı ilə Bakı Dövlət Universitetinin Heydər Əliyev məktəbində"Elmdə Azərbaycan qadınlarının rolu" adlı Dəyirmi Masa keçiriləcək. Bu barədə Komitədən "Olaylar"a verilən məlumata görə, tədbirdən əvvəl qonaqlar 9.30-da I və II Fəxri Xiyabanda alim qadınların məzarlarını ziyarət edəcəklər. Tədbirdə Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Milli Məclisin sədr müavini, millət vəkili Bahar Muradova, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Elmira Süleymanova, AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi Nərgiz Axundova və AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun şöbə müdiri Rəna Mirzəzadə çıxış edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31