Gündəm
Ən zəif süni intellekt bəlli olub
Çindən olan tədqiqatçılar qrupu müəyyənləşdirib ki, "Apple" şirkətinə məxsus "Siri" süni intellekti ən zəif "ağıllı assistentdir". Bu haqda "Business Insider" nəşri yazıb. Mütəxəssislər müxtəlif süni intellekt sistemlərinin intellekt əmsalını qiymətləndiriblər. 2016-cı ildə 47,3 bal toplamış "Google"un assistenti lider olub. İntellekt səviyyəsinə görə növbəti yerləri "Baidu" (33 bal), "Microsoft Bing" (32) və "Siri" (24) tuturlar. Mütəxəssislər qeyd ediblər ki, 6 yaşlı uşağın intellekt əmsalı orta hesabla 55,5 bal təşkil edir.
3D çapın köməyilə gözün canlı torlu qişasının yaradılması metodu işlənib hazırlanıb
Amerika Milli Görmə İnstitutu daima görmə qüsurları ilə yeni mübarizə üsulları axtarır, tədqiqat və işləmələrə xeyli vaxt və pul xərcləyir. Son zamanlar ən uğurlu işlərdən biri “3D” bio çapın köməyi ilə insan gözünün canlı torlu qişasını yaratmaq olub. Müxtəlif torlu qişa xəstəlikləri məlumdur. Onlardan bəziləri xəstəliklərə görə yaranır, bəziləri yaşla əlaqədardır, amma hər bir halda müalicə etmək lazımdır, çünki dünyada çoxlu sayda kor və zəif görən insan yaşayır. Məhz bu insanlar üçün canlı torlu qişanın çap edilməsi texnologiyası xilas yolu ola bilər.
İlk elektrik təyyarəsi 2022-ci ildə satışa çıxarılacaq
ABŞ-ın “Boeing Co” (BA.N) və “JetBlue Airways Corp” (JBLU.O) aviaşirkətləri şəxsi elektrik təyyarəsinin yaradılması ilə məşğul olan startaplardan birini dəstəkləyiblər. 2022-ci ilədək 1600 km-dək məsafə üçün uçuş vaxtını azalda və uçuş xərclərinə qənaət edə bilən avialayner prototipinin sınaqlarının keçirilməsi planlaşdırılır. “Zunum Aero” şirkəti bu məqsədlə 12 sərnişin üçün nəzərdə tutulan və iki elektrik mühərriki ilə işləyən sınaq modelini düzəltməyə hazırlaşır.
İlk ərəb peyki gələn il buraxıla bilər
Birləşmiş Ərəb Əmirlikləri ölkə istehsalı olan Yerin ilk süni peykini 2018-ci ilin yayında buraxmağı nəzərdə tutur. Bu barədə BƏƏ Kosmik Agentliyinin baş direktoru Məhəmməd Nasir əl-Əhbəbi bildirib. Onun sözlərinə görə, BƏƏ növbəti ildə bütünlüklə ölkənin yerli mühəndisləri tərəfindən hazırlanan “Khalifa-Sat” foto çəkilişlər peykini buraxmağı planlaşdırır.
Akkumulyatoru ən çox işləyən smartfon müəyyənləşib
“Firefox” brauzeri “Windows”un köhnə versiyalarını dəstəkləməyi dayandırır
“Internet Explorer” brauzerinin bazar payı ilk dəfə 15%-dən aşağı düşüb
İlk dəfə olaraq “Internet Explorer” brauzerinin bazar payı 15%-dən aşağı düşüb. Bu, “Microsoft” şirkətinin yeni “Edge” brauzerini tanıtması ilə izah edilir. Amma sonuncuya tələbat ürəkaçan səviyyədə deyil. “NetMarketShare” xidmətinin məlumatına əsasən, 2017-ci ilin sentyabrında kompüterlərin 14,18%-də “Internet Explorer” brauzerindən istifadə edilib. “Chrome” ən populyar brauzer adını qoruyub saxlayır. Sözügedən brauzerin bazar payı 59,6%-ə bərabərdir. “Firefox” (12,85%) brauzeri ilk üçlükdə qərarlaşıb.
Ramos: "Təəssürat xoşuma gəlmədi"
"Real Madrid" və İspaniya millisinin müdafiəçisi Serxio Ramos ölkədə hökm sürən siyasi vəziyyət barədə danışıb. Təcrübəli futbolçu Kataloniyada keçirilən referendum günü polisin insanlara zorakılıq tətbiq etməsindən narazılıq edib.
"Barselona" İniesta ilə ömürlük müqavilə imzaladı
"Barselona" yarımmüdafiəçisi Andres İniesta ilə yeni müqavilə imzalayıb. 33 yaşlı havbek karyerasının sonuna kimi anlaşma əldə edib. İniesta 1996-cı ildən katalon klubunun şərəfini qoruyur.
"Liverpul"un canlı əfsanəsinin şərəfinə "Anfield Road"da tribuna
"Liverpul" ev oyunlarını keçirdiyi "Anfield Road" arenasında klubun əfsanəsi Kenni Dalqliş adını əbədiləşdirəcək. "Centenary Stand" tribunasına şotland mütəxəssisin adı veriləcək. Tribunanın rəsmi açılışı "Mançester Yunayted"lə oyundan öncə, oktyabrın 14-də baş tutacaq.
Payız mövsümündə xəstələnməmək üçün bunları edin!
Payız mövsümündə infeksion xəstəliklər intensivləşir. Çünki bu infeksiyalar küləkli hava vasitəsilə yoluxur. Məlumata əsasən, xəstəlik baş ağrıları və gözlərin yorğunluğu olan insanları daha tez tapır. Hərəkətsizlik, qan dövranının zəifləməsi, yorğunluq xəstəliyə yoluxmanı asanlaşdırır. Allergiya və digər xroniki xəstəliklər orqanizmi zəiflədir.
Diqqət: Ağız südü uşaq orqanizmi üçün əvəzolunmazdır
Ana südü, xüsusilə ağız südü əvəzsiz bir nemətdir, lakin təəssüf ki, bəzən analar, xüsusilə ilk övladını dünyaya gətirən gənc analar onun əhəmiyyətindən xəbərsiz olurlar.
Uşaqlarınızı planşetdən uzaq tutmaq üçün bunlara əməl edin
Evdə, restoranda, parkda, alış-veriş mərkəzində və ağılınıza gələ biləcək hər yerdə uşaqların əlində netbuk, telefon, planşet görürük. Bəzi valideynlər uşaqları müasir smartfonlardan uzaqlaşdırmaqda çətinlik çəkirlər. Elmi texniki tərəqqi uşaqları öz aludəçisinə çevirib. Lakin qurtuluş yolu var. Bunun üçün uşaqlarınızla birlikdə oyunlar oynaya bilərsiniz. Bagcam.az Aile.lent.az-a istinadən uşaqları ağıllı cihazlardan uzaqlaşdırmaq üçün bəzi oyunlar təklif edir.
Qripə yoluxan insanlar necə qidalanmalıdır?
Fəsil dəyişkənliyi yaşadığımız bu aylarda qripə yoluxma halları da artmaqdadır. Qrip virus səbəbiylə üst tənəffüs yollarının iltihablanmasıdır. Burunun axması, boğaz ağrısı, öskürmək, halsızlıq, yüksək tempratur və bədənin hər yerində ağrıların müşahidəsiylə özünü gösdərən qribi qısa vaxtda bədəndən atmaq üçün bəzi yeməklərdən istifadə edilməlidir.
Heyvandan insana keçən viruslar...
İndiyə qədən heyvandan insana keçə bilən 320 min virus olduğu təsbit edilib. Bildiyimiz kimi virus infeksiyaları HİV, ebola, qrip, epidemik hepatit və digər xəstəliklərdən yaranır.














