Vəkil: “Robert Koçaryana qarşı irəli sürülən ittihamlar hüquqi əsasdan məhrumdur” – ÖZƏL

Olaylar.az xəbər verir ki, Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın vəkili Aram Orbelyan keçirdiyi mətbuat konfransında bildirib ki, eks-prezidentin ailə üzvlərinə məxsus şirkətlərdə hüquq-mühafizə orqanları tərəfindən aparılan möhürlənmə və axtarış tədbirləri tamamilə qanunsuzdur. Vəkilin sözlərinə görə, Baş nazir Nikol Paşinyanın şirkət əməkdaşlarına müraciətlə "dövlət naminə dözməyi" tövsiyə etməsi hüquqi deyil, siyasi bəyanatdır. Orbelyan xatırladıb ki, R. Koçaryan heç vaxt sahibkarlıq fəaliyyəti ilə məşğul olmayıb və sözügedən müəssisələrin idarə olunmasında heç bir rolu yoxdur. O, həmçinin dövlət vəzifəsi tutmayan oğlu Sedrak Koçaryanın da saxlanılmasının əsassız olduğunu vurğulayıb. 

Qeyd edək ki, qanunsuz əmlak mənimsəməkdə ittiham olunan Robert Koçaryan və oğlu Sedrak Koçaryan barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31