"Liverpul"un canlı əfsanəsinin şərəfinə "Anfield Road"da tribuna
"Liverpul" ev oyunlarını keçirdiyi "Anfield Road" arenasında klubun əfsanəsi Kenni Dalqliş adını əbədiləşdirəcək. "Centenary Stand" tribunasına şotland mütəxəssisin adı veriləcək. Tribunanın rəsmi açılışı "Mançester Yunayted"lə oyundan öncə, oktyabrın 14-də baş tutacaq.
6 Oktyabr 2017 18:51 İdman"Liverpul" ev oyunlarını keçirdiyi "Anfield Road" arenasında klubun əfsanəsi Kenni Dalqliş adını əbədiləşdirəcək. "Centenary Stand" tribunasına şotland mütəxəssisin adı veriləcək. Tribunanın rəsmi açılışı "Mançester Yunayted"lə oyundan öncə, oktyabrın 14-də baş tutacaq.
Dalqliş həm futbolçu, həm də məşqçi kimi "qırmızılar"ın uğurları üçün çalışıb. O, "Liverpul"a İngiltərədə mümkün olan bütün titulları qazandırıb. Goal.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31