İlk ərəb peyki gələn il buraxıla bilər

Birləşmiş Ərəb Əmirlikləri ölkə istehsalı olan Yerin ilk süni peykini 2018-ci ilin yayında buraxmağı nəzərdə tutur. Bu barədə BƏƏ Kosmik Agentliyinin baş direktoru Məhəmməd Nasir əl-Əhbəbi bildirib. Onun sözlərinə görə, BƏƏ növbəti ildə bütünlüklə ölkənin yerli mühəndisləri tərəfindən hazırlanan “Khalifa-Sat” foto çəkilişlər peykini buraxmağı planlaşdırır.

Birləşmiş Ərəb Əmirlikləri ölkə istehsalı olan Yerin ilk süni peykini 2018-ci ilin yayında buraxmağı nəzərdə tutur. Bu barədə BƏƏ Kosmik Agentliyinin baş direktoru Məhəmməd Nasir əl-Əhbəbi bildirib.

Onun sözlərinə görə, BƏƏ növbəti ildə bütünlüklə ölkənin yerli mühəndisləri tərəfindən hazırlanan "Khalifa-Sat" foto çəkilişlər peykini buraxmağı planlaşdırır.

O qeyd edib ki, peyklərin istehsalı üçün BƏƏ digər ölkələr, o cümlədən yerli mühəndislərin beşillik müddətə təlimə göndərildiyi Cənubi Koreya ilə əməkdaşlığa başlayıb. Əmirliyin ilk peyki Koreyada, ikincisi - "DubaiSat" qismən BƏƏ-də ərsəyə gətirilib.

Agentlik direktorunun sözlərinə görə, ölkənin Cənubi Amerikanı da əhatə edəcək növbəti "Yahsat" telekommunikasiya peykinin 2018-ci ilin yayında buraxılması gözlənilir. Bundan əlavə, altı peykin üç il ərzində yaradılması nəzərdə tutulur.  "ICTnews" Elektron Xəbər Xidməti "RİA Novosti" resursuna istinadən yazır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31