Gündəm

Putinin ad gününə Alyaska hədiyyə edildi 

7 Oktyabr 2017 20:57

“Prodakşn mətbəx” yutub kanalı Rusiya prezidenti Vladimir Putinin ad gününə həsr edilmiş musiqi klipi hazırlayıb. Klip müğənnilər Egor Krid və Olqa Seryabkinanın oxuduqları “Əgər sən məni sevmirsənsə” mahnısı əsasında çəkilib. Klipin personajları dünyanın aparıcı liderləri - Vladimir Putin, ABŞ prezidenti Donald Tramp, Almaniya kansleri Angela Merkel, Fransa prezidenti Emmanuel Makron, ABŞ-ın keçmiş prezidenti Barak Obama, Şimali Koreya lideri Kim Çen In və digərləridir. Klipdə Trampın Putinə ad günü hədiyyəsi kimi Alyaskanı verdiyi göstərilir.

Sim kartsız telefonlar gəlir

7 Oktyabr 2017 20:18

Guglun yeni telefonları Pixel 2 və Pixel 2XL digər telefonlarda olmayan bir ilkə imza atıb. Bu telefonları Sim kartsız istifadə etmək mümkün olacaq. Layihə müəllifləri bildirir ki, cihazlarının daxili eSim-ləri sayəsində mobil hesabdan telefona daxil olmaq mümkün olacaq. eSim kart texnologiyası isə bu vaxta qədər heç bir telefonda istifadə edilməyib. Bu yenilik sayəsində telefonla yanaşı nömrə alıb, onu telefonunuzun balaca SİM kart hissəsinə yerləşdirməyəinizə ehtiyac qalmayacaq.

Səudiyyə Ərəbistanının kralının sarayına hücum edildi: 3 nəfər öldü

7 Oktyabr 2017 18:04

Naməlum şəxslər Səudiyyə Ərəbistanı kralı Salman bin-Abdeləziz əl-Səudun Ciddədəki sarayına hücum edib.  ABŞ-ın Səudiyyə Ərəbistanındakı səfirliyi açıqlama yayıb. Sarayın mühafizəçiləri hücumu dəf edib.

“Cəhənnəm sakinləri” tamaşasının premyerası keçirilib

7 Oktyabr 2017 17:02

Akademik Milli Dram Teatrında “Cəhənnəm sakinləri” tamaşasının premyerası keçirilib. Olaylar bildirir ki, xalq yazıçısı Elçin Əfəndiyevin eyniadlı pyesi əsasında hazırlanan səhnə əsərinin quruluşçu rejissoru və rəssamı xalq artisti Azər Paşa Nemətov, rejissoru Anar Sadıqov, rejissor assistenti Dilbər İsmayılova, musiqi tərtibatçısı Kamil İsmayılovdur. Tamaşada Azər Dadaşovun musiqisindən istifadə olunub.

Vaşinqton Post qəzeti Azərbaycan diplomatının cavab məktubunu dərc etdi

7 Oktyabr 2017 16:55

ABŞ-ın Vaşinqton Post qəzeti Azərbaycanın Vaşinqtondakı Səfirliyinin əməkdaşı İnci Sadıqovanın qəzetin son zamanlar bir neçə qərəzli məqaləsinə cavab məktubunu dərc etdi. Səfirlikdən Olaylar - a bildirilib ki, Azərbaycana qarşı xüsusilə son dövrlər tənqidi yazıların yer aldığı qəzetin dərc etdiyi Azərbaycan diplomatının məktubunda Azərbaycan və Gürcüstan rəsmilərinin bəyanatlarını şübhə altına alan heç bir tutarlı dəlilin olmadığı, qəzetin redaksiya heyətinin yazdığı məqalənin fərziyyələrə istinad etdiyi bildirilir.

Tarix İnstitutunda “Zəngəzur tarixi” nəşrə hazırlanır

7 Oktyabr 2017 13:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və tapşırığına əsasən, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda “Zəngəzur tarixi” adlı fundamental tədqiqat nəşrə hazırlanır.

Səfir Barton Şotlandla görüşüb

6 Oktyabr 2017 23:37

Azərbaycan Respublikasının Qayana Kooperativ Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Elxan Poluxov Qayana Kooperativ Respublikasının Milli Assambleyasının Spikeri cənab Barton Şotland (Barton Scotland) ilə görüşüb. Olaylar bildirir ki, görüşdə, ikitərəfli Parlamentlərarası münasibətlər, müasir dövrdə parlament diplomatiyasının ikitərəfli münasibətlərdəki rolu, hökumətlərarası qarşılıqlı səfərlərin təşkil edilməsinin mümkünlüyü və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi müzakirə edilib.

Beynəlxalq Muğam Mərkəzi muğamsevərləri bir araya topladı

6 Oktyabr 2017 23:33

Beynəlxalq Muğam Mərkəzinin və Azərbaycan Televiziyasının Mədəniyyət kanalının "Muğamat var olan yerdə" adlı birgə layihəsi çərçivəsində Əməkdar artist Təyyar Bayramovla 4 cü Beynəlxalq Muğam Müsabiqəsinin qalibi Aytən Məhərrəmovanın konserti keçirildi. Olaylar bildirir ki, konsertdə ilk olaraq ansamblın ifasında "Çahargah dəramədi" səsləndi. Daha sonra səhnəyə ifaçılar çıxaraq ilk olaraq Muğam kompozisiyasını ifa etdilər.

Muğam Mərkəzində Mobil Babayevin yaradıcılıq gecəsi keçiriləcək

6 Oktyabr 2017 23:28

Oktyabrın 10-u saat 19:00-da Azərbaycan Televiziyası Mədəniyyət Kanalının və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə tanınmış bəstəkar, Əməkdar incəsənət xadimi Mobil Babayevin yaradıcılıq gecəsi keçiriləcək. Olaylar bildirir ki, gecədə Azərbaycan Televiziyası və Radiosunun “Qaytağı” instrumental ansamblının müşayiətilə bəstəkarın mahnıları ifa olunacaq. Ansamblın bədii rəhbəri Xalq artisti Ənvər Sadıqovdur.

ADU  XI Azərbaycan beynəlxalq təhsil sərgisində

6 Oktyabr 2017 23:21

Oktyabrın 6-da Bakı Ekspo Mərkəzində Təhsil Nazirliyinin rəsmi dəstəyi ilə XI Azərbaycan beynəlxalq təhsil sərgisinin (“Education 2017”) açılış mərasimi keçirilib. “İnsan kapitalı sərvətimizdir” devizi altında təşkil edilən sərgidə Azərbaycan Dillər Universiteti (ADU) də geniş təmsil olunub. Olaylar bildirir ki, açılış mərasimində təhsil naziri Mikayıl Cabbarov, ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri və müxtəlif təhsil xidmətləri göstərən qurumların nümayəndələri iştirak edib.

Elxan Poluxov  etimadnamələrini Qayana Kooperativ Respublikasının Prezidentinə təqdim etdi

6 Oktyabr 2017 23:13

Azərbaycan Respublikasının Qayana Kooperativ Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Elxan Poluxov etimadnamələrini Qayana Kooperativ Respublikasının Prezidenti cənab David Arturt Qranqera təqdim edib. Olaylar bildirir ki, görüş zamanı Prezident Qranger ölkə rəhbərliyi və Azərbaycan xalqına öz səmimi salamlarını çatdıraraq ölkələr arşında əlaqələrin hər bir sahəsində inkişafı üçün geniş imkanların olduğunu söyləmişdir. Diplomatik əlaqələrin 1995-ci ildə qurulduğunu deyən Prezident hər iki ölkənin bir sıra beynəlxalq təşkilatlarda üzv olmaları Qayana və Azərbaycan arasında oxşarlığın əyani sübutu olduğunu vurğulamışdı.

ADU-da “Müasir Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir” mövzusunda dəyirmi masa 

6 Oktyabr 2017 23:08

Azərbaycan Dillər Universitetində  “Müasir Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir” mövzusunda dəyirmi masa keçirilib. Olaylar bildirir ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında Azərbaycan Respublikası Prezidentinin 16 may 2017-ci il tarixli Sərəncamına əsasən baş tutan tədbirdə çıxış edən ADU-nun rektorunun sosial məsələlər üzrə müşaviri Ələddin Əliyev Cümhuriyyətin millətimizin qürur mənbəyi olduğunu bildirib. Ölkəmizin dünyada tanınmasında o dövrün yetirmələri olan milli ruhlu ziyalılar nəslinin böyük rolunun olduğunu söyləyən Ə.Əliyev onların gördükləri işlər haqqında geniş məlumat verib.

“Microsoft Edge” brauzeri “iOS” və “Android” sistemli qurğularda quraşdırılacaq

6 Oktyabr 2017 19:57

“Microsoft” korporasiyası “iOS” və “Android” əməliyyat sistemlərinin idarəetməsi ilə işləyən qurğular üçün “Edge” brauzerini təqdim etmək niyyətindədir. Bu barədə korporasiyanın rəsmi bloqunda deyilir. Tərtibatçıların sözlərinə görə, “Edge” mobil versiyası “Windows 10” əməliyyat sistemli kompüter və smartfon arasında informasiyanı tez ötürməyə imkan verəcək. Məsələn, istifadəçilər digər qurğuda açılan səhifələrə baxa, eləcə də yaddaşda saxlanılmış parolları sinxronlaşdıra biləcəklər.