Beynəlxalq Muğam Mərkəzi muğamsevərləri bir araya topladı

Beynəlxalq Muğam Mərkəzinin və Azərbaycan Televiziyasının Mədəniyyət kanalının "Muğamat var olan yerdə" adlı birgə layihəsi çərçivəsində Əməkdar artist Təyyar Bayramovla 4 cü Beynəlxalq Muğam Müsabiqəsinin qalibi Aytən Məhərrəmovanın konserti keçirildi. Olaylar bildirir ki, konsertdə ilk olaraq ansamblın ifasında "Çahargah dəramədi" səsləndi. Daha sonra səhnəyə ifaçılar çıxaraq ilk olaraq Muğam kompozisiyasını ifa etdilər.

Beynəlxalq Muğam Mərkəzinin və Azərbaycan Televiziyasının Mədəniyyət kanalının "Muğamat var olan yerdə" adlı birgə layihəsi çərçivəsində Əməkdar artist Təyyar Bayramovla 4 cü Beynəlxalq Muğam Müsabiqəsinin qalibi Aytən Məhərrəmovanın konserti keçirildi.

Olaylar bildirir ki, konsertdə ilk olaraq ansamblın ifasında "Çahargah dəramədi" səsləndi. Daha sonra səhnəyə ifaçılar çıxaraq ilk olaraq Muğam kompozisiyasını ifa etdilər. Əfrasiyab Bədəlbəylinin "Dumanlı Təbriz" pyesindən Qönçələbin mahnısı, "Bayatı-Şiraz" təsnifi (Dənizdə qağayım, ağ yelkənimsən), Ələkbər Tağıyev və Süleyman Rüstəmin "Sədaqətim var", Əlibaba Məmmədov və Əliheydər Qəmbərovun "Şadlanasan, güləsən", Bəhram Nəsibovun "Qal sənə qurban", Kərkük xalq mahnısı "Ninnə yarım", "Segah" təsnifi, Məmmədbağı Bağırzadə və Zivər Ağayevanın "Qarabağ", Rauf Hacıyev və Ənvər Əlibəylinin "Azərbaycan" mahnıları tamaşaçılar tərəfindən gur alqışlarla qarşılandı. Gecəyə Əməkdar artist, bədii qiraətçi Azad Şükürovun ifalar arasında səsləndirdiyi qəzəllər xüsusi rəng qatdı. Gecə tamaşaçıların gur alqışları ilə başa çatdı.


 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31