Putinin ad gününə Alyaska hədiyyə edildi 

“Prodakşn mətbəx” yutub kanalı Rusiya prezidenti Vladimir Putinin ad gününə həsr edilmiş musiqi klipi hazırlayıb. Klip müğənnilər Egor Krid və Olqa Seryabkinanın oxuduqları “Əgər sən məni sevmirsənsə” mahnısı əsasında çəkilib. Klipin personajları dünyanın aparıcı liderləri - Vladimir Putin, ABŞ prezidenti Donald Tramp, Almaniya kansleri Angela Merkel, Fransa prezidenti Emmanuel Makron, ABŞ-ın keçmiş prezidenti Barak Obama, Şimali Koreya lideri Kim Çen In və digərləridir. Klipdə Trampın Putinə ad günü hədiyyəsi kimi Alyaskanı verdiyi göstərilir.

"Prodakşn mətbəx" yutub kanalı Rusiya prezidenti Vladimir Putinin ad gününə həsr edilmiş musiqi klipi hazırlayıb.

Klip müğənnilər Egor Krid və Olqa Seryabkinanın oxuduqları "Əgər sən məni sevmirsənsə" mahnısı əsasında çəkilib.

Klipin personajları dünyanın aparıcı liderləri - Vladimir Putin, ABŞ prezidenti Donald Tramp, Almaniya kansleri Angela Merkel, Fransa prezidenti Emmanuel Makron, ABŞ-ın keçmiş prezidenti Barak Obama, Şimali Koreya lideri Kim Çen In və digərləridir. Klipdə Trampın Putinə ad günü hədiyyəsi kimi Alyaskanı verdiyi göstərilir.

Klip bir gün ərzində bir neçə milyon baxış toplayıb.

Qeyd edək ki, bu gün Kremlin liderinin 65 yaşı tamam olur. Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31