Gündəm
ABŞ- dan Türkiyə növbəti ...
ABŞ Türkiyə vətəndaşlarına viza verilməsini dayandırıb. Bu barədə ABŞ-ın Türkiyədəki səfirliyinin yaydığı bəyanatda bildirilir. Buna səbəb bu günlərdə ABŞ-ın İstanbuldakı baş konsulluğunun əməkdaşının həbsi olub. Qərarın qeyri-müəyyən müddətə qədər qüvvədə qalacağı bildirilir.
İsveçrədə HƏYƏCAN
İsveçrədə partlayış təhlükəsi ilə əlaqədar mərkəzi vağzalda insanlar təxliyyə olunub. Hadisə Lozanna şəhərinin mərkəzi vağzalında baş verib. Hadisəyə səbəb vağzalın mərkəzi hissəsində şübhəli əşyanın tapılması olub. Dayanacaqdakı qatar və avtomobillərin hərəkəti, eləcə də metronun gediş-gəlişi dayandırılıb.
Vertolyotlar toqquşdu
Reper həbs olundu
Məşhur amerikalı reper Nelli (əsl adı Kornel İral Hayns) həbs olunub. O, təcavüzdə günahlandırılır. Məlumata əsasan, hadisə Nellinin konsert vermək üçün Vaşinqtona gəldiyi avtobusda baş verib. İddia olunur ki, reper orada bir qadına cinsi təcavüz edib.
YUNESKO yeni baş direktor seçir
Bu gün Parisdə YUNESKO-nun İcraiyyə Şurasının (İŞ) 202-ci sessiyası çərçivəsində təşkilatın yeni baş direktoru vəzifəsinə səsvermə keçiriləcək. Gizli səsvermənin ilk turu bu gün baş tutacaq. Namizədlər arasında Rusiyanın Azərbaycandakı səfiri Polad Bülbüloğlu da var. Namizədlərdən heç biri İŞ-nin tələb olunan ən azı 58 üzvünün səsini qazana bilməsə, səsvermə həftə ərzində növbəti dörd mərhələ ilə davam edəcək.
Kim Çen İn bacısını yeni vəzifəyə gətirdi
Emin Ağalarov Bakıda konsert verəcək
Azərbaycanlı müğənni və bəstəkar Emin Ağalarov dekabrın 17-də Heydər Əliyev Sarayında solo-konsert proqramı ilə çıxış edəcək. Saat 20.00-da başlayacaq konsert proqramına onun hamı tərəfindən sevilən məşhur hitləri ilə yanaşı, tamamilə yeni kompozisiyaları daxildir. Konsertdə ifaçını öz orkestri müşayiət edəcək.
Alman mütəxəssis millimizi aşağıladı: "Dəlisiniz?"
Futbol üzrə Azərbaycan yığmasının keçmiş baş məşqçisi Berti Foqts yenidən millimizi xatırlayıb. O, DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Almaniya ilə qarşılaşacaq komandamız haqqında "t-online.de" portalındakı ənənəvi köşəsində bəhs edib. Foqts yığmamızın bu oyunda heç bir şansının olmadığını vurğulayıb: "Köşəmin sonunda bir zamanlar çalışdırdığım və Almaniya millisinin növbəti rəqibi Azərbaycandan bəhs etmək istəyirəm. Sözsüz ki, komandamız bu oyunda qələbə qazanacaq.
Tehran: İran ballistik raketlərinin sərrastlığını artırır
İran nüvə silahına sahib olmaq deyil, ballistik raketlərinin sərrastlığını artırmaq məqsədi ilə sınaqları keçirir. Bu barədə İran XİN rəhbəri Məhəmməd Cavad Zərif ABŞ-ın "Newsweek" nəşrinə müsahibəsində bildirib. O qeyd edib ki, İranın arsenalındakı ballistik raketlər ölkənin müdafiəsini təmin etmək üçün istehsal olunub və nüvə silahı kimi istifadə üçün tamamilə uyğunsuzdur.
Mənsimovdan Türkiyəyə 1.5 milyardlıq sərmayə
"Palmali Holding" şirkəti Türkiyənin gəmiçilik, turizm və tikinti sektoruna 1,5 milyard dollardan çox sərmayə yatırıb. Bunu şirkətin Direktorlar Şurasının rəhbəri, azərbaycanlı milyarder Mübariz Mənsimov (Qurbanoğlu) bildirib. Onun sözlərinə görə, bu gün dəniz ilə yükdaşımaları sahəsi heç də yaxşı dövrlərini yaşamır, lakin "Palmali Holding" 2019-2020-ci illərdə bu bazara çıxmağı planlaşdırır. "Palmali Holding"in ixtiyarında 200 gəmi var. Onların bir hissəsi sığortalanıb. Biz ilk fürsətdəcə yeni gəmilər almaq və gəmilərimizin orta yaş həddini 5 il səviyyəsində saxlamaq niyyətindəyik. "Palmali Holding"in əməkdaşlarının sayı 35-45 min nəfərdir. Biz vaxtaşırı olaraq Türkiyədə imkanların qiymətləndirilməsini aparırıq.
Məktəb direktorları AĞIR YOL QƏZASI TÖRƏTDİ: yaralılar var - TƏRTƏRDƏ
Tərtər rayonunda ağır yol qəzası baş verib. Hadisə rayonun Düyərli kəndi ərazisində qeydə alınıb. Belə ki, rayon sakini Xəlilov Akif Yusif oğlu “VAZ 2106” markalı avtomobil ilə dönmə əməliyyatı edərkən qarşı tərəfdən gələn minik avtomobili hərəkət zolağına cıxıb. Nəticədə avtomobilin sürücüsü A.Xəlilov və sərnişini 1954-cü il təvvəlüdlü İbrahimov Valeh İsmayıl oğlu ağır bədən xəsarətləri alıb. Yaralılar Tərtər Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hər iki yaralının vəziyyəti ağır olduğundan onlar Bərdə Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Hər iki yaralının vəziyyəti orta-ağırdır.










.jpg)

.jpg)

