Gündəm

Azərbaycanda İİV-ə daha çox inyeksion narkotik istifadəsi nəticəsində yoluxurlar

9 Oktyabr 2017 11:09

Azərbaycanda İİV infeksiyasına yoluxma daha çox inyeksion narkotik istifadəsi nəticəsində olur. Bunu  Səhiyyə Nazirliyi Respublika QİCS Mərkəzinin monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Natiq Zülfüqarov deyib.

Türk əsgəri sərhədi keçdi — Kəşfiyyatçılar Şeyx Bərəkət dağında

9 Oktyabr 2017 11:05

Türk əsgəri sərhəd xəttini keçib. Kəşfiyyat bölüyü YPG qruplaşmasının nəzarəti altında olan Afrini rahat müşahidə edə bilən təpəyə qədər çıxıb. Şeyx Bərəkət dağında baş verən görüşdə Afrin sərhədinin təhvil verilməsi müzakirə edilib. Bundan başqa Cilvegözünün qarşısındakı bölgədə türk ordusuna məxsus PUA-lar uçuşur.

Baş prokurorun müavini: "Azərbaycanda korrupsiyaya, kibercinayətkarlığa qarşı ciddi mübarizə aparılır"

9 Oktyabr 2017 11:04

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Kibercinayətkarlıq mövzusunda regional konfrans başlayıb. Regional konfrans Beynəlxalq Prokurorlar Assosiasiyası (İAP), Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi vəAvropa Şurası tərəfindən təşkil edilib.

Bu hərəkətlər III Dünya müharibəsinə gətirib çıxaracaq – ŞOK XƏBƏRDARLIQ

9 Oktyabr 2017 11:00

ABŞ prezidenti Donald Trampın hərəkətləri III Dünya müharibəsinin başlamasına gətirib çıxara bilər. Bunu respublikaçı senator, Senatın beynəlxalq məsələlər üzrə komitəsinin sədri Bob Korker “Nyu York Tayms” nəşrinə bildirib. Onun sözlərinə görə, Tramp öz administrasiyasınin işinə “Stajer” şəxsi şousuna oxşar realit-şou kimi baxır.

“Sağlam Həyata Dəvət” İctimai Birliyindən növbəti seminar 

9 Oktyabr 2017 09:55

“Sağlam Həyata Dəvət” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Biz, Gənc Ekoloqlar - SÜLH carçısıyıq: Ekoloji terrora “YOX” deyək!” adlı layihə çərçivəsində həmin mövzu üzrə Bakı şəhərinin bir sıra orta məktəblərinin şagirdləri üçün silsilə şəklində təşkil olunan növbəti maarifləndirmə tədbiri seminar təşkil olunub. Tədbirlərdə Bakı şəhərinin bir sıra orta məktəbləri, o cümlədən BSU MLK, 21, 217 saylı orta məktəblərin şagirdləri iştirak ediblər. Olaylar bildirir ki, layihənin əsas məqsədi son illərdə dünyanın bir çox nöqtələrində, o cümlədən Azərbaycanda baş verən hərbi münaqişələr və ölkəmizin 20% torpaqlarının işğalı nəticəsində törədilən ekoloji terrorun,ekoloji tarazlığın pozulması, ekoloji genosid (ekosid) halları haqqında məlumatların yayılması, hərbi münaqişələrin təbiətə və planetimizin sakinlərinə vurduğu ziyanı barədə məlumatlandırılması.

Bu gün AŞPA-ya yeni sədr seçiləcək

9 Oktyabr 2017 09:42

Bu gün Strasburqda Avropa Şurası parlament Assambleyasının (AŞPA) yeni sədri seçiləcək. Bu barədə qurumun yaydığı bəyanatda bildirilir. Yeni sədr AŞPA-nın payız sessiyasının açılışında gizli səsvermə yolu ilə seçiləcək. Pedro Aqramuntun istefasından sonra AŞPA sədri postuna iki nəfərin namizədliyi irəli sürülüb. Bunlar Avropa Xalq Partiyasının üzvləri, litvalı Emanuelis Zinqeris və Kipr təmsilçisi Stella Kiriakidesdir.

Azərbaycanda 1 yaşadək körpələrin ölüm səbəbləri

9 Oktyabr 2017 09:41

Azərbaycanda bütün səbəblərdən 1 yaşadək ölən körpələrin sayı açıqlanıb. İl ərzində 1 yaşadək ölən körpələrin sayı 1666 nəfər olub. Onlardan 37 nəfəri bəzi infeksion və parazitar xəstəliklərdən ölən azyaşlılardır. Tənəffüs sistemi xəstəliklərindən ölənlərin sayı 173 nəfərdir. Perinetal dövrdə meydana çıxan bəzi hallardan 1090 nəfər 1 yaşına qədər körpə dünyasını dəyişib.

Rusiya: ABŞ Ərdoğanı aradan götürmək üçün... - SENSASİYALI İDDİA

9 Oktyabr 2017 09:41

ABŞ Türkiyənin müstəqil siyasət yürütməyindən narahatdır. Bu sözləri Rusiya parlamentinin nümayəndəsi Yenvegi Tarlo deyib. Rusiya telekanallarından birinə qatılan Tarlo bildirib ki, buna görə də ABŞ Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı aradan götürmək üçün əlindən gələn hər şeyi edəcək:

Cumhurbaşkanı Erdoğan Süleymanoğlu'nu ziyaret etti

9 Oktyabr 2017 09:36

Cumhurbaşkanı Erdoğan, karaciğer nakli yapılan eski milli halterci Süleymanoğlu'nu hastanede ziyaret etti. Cumhurbaşkanı Recep Tayyip Erdoğan, karaciğer nakli yapılan olimpiyat ve dünya şampiyonu halterci Naim Süleymanoğlu'nu ziyaret etti. Cumhurbaşkanlığı kaynaklarından edinilen bilgiye göre Cumhurbaşkanı Erdoğan, Afyonkarahisar'dan İstanbul'a geçmesinin akabinde, halen Ataşehir Memorial Hastanesi'nde bulunan Süleymanoğlu'nun yanına uğradı.

Ankara'dan jet yanıt! ABD'ye gece yarısı vize misillemesi...

9 Oktyabr 2017 09:31

ABD'nin Türkiye'den vize başvurularını askıya alma kararının ardından Türkiye de ABD vatandaşlarının vize başvurularını askıya aldı. NATO çerçevesinde ittifak ilişkileri içinde bulunan Tükiye ile ABD arasında karşılıklı vize restleşmesi ilişkileri diplomatik düzeyde yüksek gerilim hattına taşıyan bir boyut kazandı. ABD yönetimi; İstanbul Başkonsolosluğu'ndaki yerel bir çalışanının FETÖ ile ilişkili olduğu savıyla tutuklanmasının ardından Ankara'ya karşı "diplomatik yaptırım" olarak algılanan bir karar aldı. ABD'nin Ankara Büyükelçiliği, Türkiye'deki tüm Amerikan konsolosluklarındaki göçmen olmayan vize hizmetlerinin askıya alındığını duyurdu. Türkiye; Washington'daki Büyükelçiliği aracılığıyla bu tavra karşı aynı gece açıklama yaparak misillemede bulundu.

Qalmaqallı kitabın müəllifi: Ağıllarına gələni yazırlar

9 Oktyabr 2017 09:14

Xəbər verdiyimiz kimi, orta məktəblərin 10-cu sinfi üçün nəzərdə tutulmuş rus dilində “Azərbaycan tarixi” dərsliyində yer almış xəritədə uydurma “Dənizdən-dənizə Böyük Ermənistan” dövlətinin əraziləri təsvir olunub və ora Azərbaycan, Türkiyə, İran və Gürcüstanın torpaqları daxil edilib. Kitabın müəlliflərindən biri Kamran Əsədov “Qafqazinfo”ya açıqlamasında dərsliklərdəki rus və Azərbaycan bölməsi üzrə gedən xəritələrə baxsaq, bunun məqsədli deyil, texniki səhv olduğunun şahidi ola biləcəyimizi bildirib.

Yazıçılarımız Cocuq Mərcanlıya və Horadizə səfər ediblər

9 Oktyabr 2017 09:12

“Azərbaycan Yazarlar Klubu” İctimai Birliyinin təşkilatçılığı ilə qurumun “Canımız Qarabağ, yazımız Qarabağ-2” layihəsi çərçivəsində yazıçılarımız Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə və Füzuli rayonunun Horadiz qəsəbəsinə səfər ediblər. Səfər Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının qrantı əsasında gerçəkləşdirilib.