“Sağlam Həyata Dəvət” İctimai Birliyindən növbəti seminar
“Sağlam Həyata Dəvət” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Biz, Gənc Ekoloqlar - SÜLH carçısıyıq: Ekoloji terrora “YOX” deyək!” adlı layihə çərçivəsində həmin mövzu üzrə Bakı şəhərinin bir sıra orta məktəblərinin şagirdləri üçün silsilə şəklində təşkil olunan növbəti maarifləndirmə tədbiri seminar təşkil olunub. Tədbirlərdə Bakı şəhərinin bir sıra orta məktəbləri, o cümlədən BSU MLK, 21, 217 saylı orta məktəblərin şagirdləri iştirak ediblər. Olaylar bildirir ki, layihənin əsas məqsədi son illərdə dünyanın bir çox nöqtələrində, o cümlədən Azərbaycanda baş verən hərbi münaqişələr və ölkəmizin 20% torpaqlarının işğalı nəticəsində törədilən ekoloji terrorun,ekoloji tarazlığın pozulması, ekoloji genosid (ekosid) halları haqqında məlumatların yayılması, hərbi münaqişələrin təbiətə və planetimizin sakinlərinə vurduğu ziyanı barədə məlumatlandırılması.
9 Oktyabr 2017 09:55 Sosial"Sağlam Həyata Dəvət" İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "Biz, Gənc Ekoloqlar - SÜLH carçısıyıq: Ekoloji terrora "YOX" deyək!" adlı layihə çərçivəsində həmin mövzu üzrə Bakı şəhərinin bir sıra orta məktəblərinin şagirdləri üçün silsilə şəklində təşkil olunan növbəti maarifləndirmə tədbiri seminar təşkil olunub. Tədbirlərdə Bakı şəhərinin bir sıra orta məktəbləri, o cümlədən BSU MLK, 21, 217 saylı orta məktəblərin şagirdləri iştirak ediblər.
Olaylar bildirir ki, layihənin əsas məqsədi son illərdə dünyanın bir çox nöqtələrində, o cümlədən Azərbaycanda baş verən hərbi münaqişələr və ölkəmizin 20% torpaqlarının işğalı nəticəsində törədilən ekoloji terrorun,ekoloji tarazlığın pozulması, ekoloji genosid (ekosid) halları haqqında məlumatların yayılması, hərbi münaqişələrin təbiətə və planetimizin sakinlərinə vurduğu ziyanı barədə məlumatlandırılması.
Tədbir çərçivəsində mövzu ətrafında kiçik sorğu, eyni zamanda müzakirələr aparılıb, layihə çərçivəsində həmin mövzu üzrə nəşr olunmuş bukletlər paylanıb. Eyni zamanda məktəblilər layihə çərçivəsində elan olunan əl işləri və rəsm sərgilərində iştirak etməyə dəvət olunublar.
Layihə rəhbəri Ü.Xudiyeva öz çıxışında belə bir vacib məsələyə həsr olunmuş layihəyə dəstək verdiyinə görə Şuraya, eyni zamanda tədbirin Milli Azərbaycan Tarixi Muzeyində təşkilinə görə şərait yaradan Müzeyin rəhbərliyinə bir daha təşəkkürünü bildirib.
Tədbirin ikinci hissəsi Milli Tarix Muzeyində ekskursiya ilə davam edərək, eyni zamanda bir qrup şagirdlər üçün Ekoloji Parka ekskursiya təşkil olunub.