Ermənistan deputatı: “Paşinyan siyasi repressiyalarla seçicilərini aldadır” ÖZƏL

Olaylar.az xəbər verir ki, Ermənistanın "Ermənistan" blokundan olan deputat Sevak Xaçatryan keçirdiyi mətbuat konfransında bildirib ki, Baş nazir Nikol Paşinyan gözlənilən təlatümlər fonunda siyasi rəqiblərinə qarşı təqiblərlə öz seçici auditoriyasına yeni "narkotik" yeridir. Onun sözlərinə görə, Paşinyanın müxalifətçilərə qarşı hədələri yalnız müəyyən bir kəsimin xoşuna gəlmək məqsədi daşıyır. 

Xaçatryan vurğulayıb ki, keçmiş prezident Robert Koçaryan və digərlərinə qarşı həyata keçirilən təqiblər əmlak məsələləri ilə deyil, geostrateji planlarla bağlıdır. Deputat xəbərdarlıq edib ki, hakimiyyət R. Koçaryanı təcrid etməklə gözlənilən milli və anti-erməni layihələrinə, o cümlədən yeni konstitusiya dəyişikliklərinə qarşı yarana biləcək müqaviməti neytrallaşdırmağa çalışır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31