Bu gün AŞPA-ya yeni sədr seçiləcək
Bu gün Strasburqda Avropa Şurası parlament Assambleyasının (AŞPA) yeni sədri seçiləcək. Bu barədə qurumun yaydığı bəyanatda bildirilir. Yeni sədr AŞPA-nın payız sessiyasının açılışında gizli səsvermə yolu ilə seçiləcək. Pedro Aqramuntun istefasından sonra AŞPA sədri postuna iki nəfərin namizədliyi irəli sürülüb. Bunlar Avropa Xalq Partiyasının üzvləri, litvalı Emanuelis Zinqeris və Kipr təmsilçisi Stella Kiriakidesdir.
9 Oktyabr 2017 09:42 DünyaBu gün Strasburqda Avropa Şurası parlament Assambleyasının (AŞPA) yeni sədri seçiləcək. Bu barədə qurumun yaydığı bəyanatda bildirilir.
Yeni sədr AŞPA-nın payız sessiyasının açılışında gizli səsvermə yolu ilə seçiləcək. Pedro Aqramuntun istefasından sonra AŞPA sədri postuna iki nəfərin namizədliyi irəli sürülüb. Bunlar Avropa Xalq Partiyasının üzvləri, litvalı Emanuelis Zinqeris və Kipr təmsilçisi Stella Kiriakidesdir.
Qeyd edək ki, oktyabrın 6-da AŞPA-nın prezidenti Pedro Aqramunt istefa verib. Publika.az