Gündəm

“Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesi yenidən canlanır”

9 Oktyabr 2017 11:56

ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona son səfəri diqqətçəkəndir. İki ildən artıq müddət idi ki, danışıqlar prosesi dalana dirənmişdi. Lakin indi proses yenidən canlanır.

Elçin Əhmədov: “Azərbaycan Avropa İttifaqı ilə sıx əməkdaşlıq edir” 

9 Oktyabr 2017 11:54

“Bu gün Azərbaycan çox çətin və mürəkkəb geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirir. Eləcə də Azərbaycanın beynəlxalq təşkilatlarla əməkdaşlığı, o cümlədən Avropa İttifaqı ilə müxtəlif sahələrdə sıx əməkdaşlıq edir”. Bunu "Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının Əlaqələndirmə Şurasının Sədri, Qarabağ Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi elmlər doktoru Elçin Əhmədov deyib.

Aydın Mirzəzadə: “Həmsədrlərin səfərinin kiçik müsbət nəticəsi var”

9 Oktyabr 2017 11:53

“ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona növbəti səfərinin müəyyən kiçik bir müsbət nəticəsi var. O da Azərbaycan və Ermənistan prezidentlərin növbəti görüşünün təşkil edilməsi barəsində razılığın əldə olunmasıdır. Nəzərə alsaq ki, Azərbaycan protokol naminə görüşlərdən həmişə imtina edib, ancaq ortada müəyyən bir nəticələr olduqda, eləcə də hansısa konstruktiv təklifi müzakirə etmək mümkün olduqda razılıq verib. Bu o deməkdir ki, gözlənilən görüşdə artıq nəyisə müzakirə etmək olar”. Bunu millət vəkili Aydın Mirzəzadə deyib.

Azərbaaycan bayrağı Kolumbiyada dalğalandı

9 Oktyabr 2017 11:52

Gənclər Təşkilatları Milli Şurasının sədr müavini Kolumbiyada keçirilən“Həmrəy Gənc Dünya” Sammitinin açılış mərasimində Azərbaycanın bayrağını dalğalandırıb. Bubarədə məlumat “OLAYLAR”-a Milli Şuranın mətbuat xidmətindən daxil olub. Bildirilib ki, GənclərTəşkilatları Milli Şurasının sədr müavini Aysun Zeynalova “Gənclərin Sağlamlıq Proqramı” fondutərəfindən təqaüd qazanaraq, Kolumbiyanın paytaxtı Boqota şəhərində keçirilən “Həmrəy GəncDünya” (One Young World Summit 2017) Sammitində iştirak edib.

Türkiyəli modelyerdən aktrisaya qarşı böyük TƏRBİYƏSİZLİK

9 Oktyabr 2017 11:45

Modelyer Nur Yerlitaş tanınmış aktrisa Özge Özpirinçciyə qarşı böyük tərbiyəsizlik edib. Nur Yerlitaş məşhur ticarət mərkəzində lüks mağazaların birində alış-veriş edib. O, mağazada bir neçə geyim seçərək VİP müştərilərə özəl kabinə keçmək istəyib. Lakin işçilər modelyerə kabində Özge Özpirinçcinin olduğunu və aktrisanın ondan əvvəl gəldiyini bildirib.

Yer kürəsi bu tarixdə məhv olacaq: Sayılı günlər qaldı - DƏHŞƏTLİ PROQNOZ

9 Oktyabr 2017 11:44

Yür kürəsinin nəhəng göy cismi ilə toqquşma təhlükəsi var.  Oktyabrın 12-də TS4 asteroidi planetimizlə toqquşarsa, qlobal faciə baş verə bilər. “12 oktyabr 2017-ci il Yer kürəsi böyük kosmik cisimlə toqquşacaq və tamamilə məhv olacaq. Toqquşma faktı artıq aşkardır, ancaq təlaşın yaranmaması üçün onu ictimaiyyətdən gizlədirlər. Dünya elitası artıq özlərinə çoxdan bunkerlər tikməyə başlayıb”, - astrofizik, ABŞ Müdafiə Nazirliyinin sabiq əməkdaşı Devid Mid bildirib.

Mogerininin müavini Bakıya gəlir -  Prezidentlə görüşəcək

9 Oktyabr 2017 11:40

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerininin müavini Jan Kristof Bellard bu gün Azərbaycana səfər edəcək. Bunu açıqlamasında Avropa İttifaqının Azərbaycan Respublikasındakı nümayəndəliyinin birinci müşaviri Denis Daniilidis bildirib.

Almaniyalı hücumçu: "İlk hissədə oyuna tam köklənə bilməmişdik"

9 Oktyabr 2017 11:36

İlk hissədə oyuna tam köklənə bilməmişdik. Fasilədən sonra yaxşı çıxış etdik və qalib gəldik. Bunu Almaniya millisinin futbolçusu Sandro Vaqner 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində Azərbaycan yığması üzərində qazanılan 5:1 hesablı qələbəni şərh edərkən deyib.

Ər-arvadı qətlə yetirən şəxs özünü asdı - 3 məktubu tapıldı - VİDEO

9 Oktyabr 2017 11:34

Antalyanın Finike qəsəbəsində daş karxanalarına qarşı etirazları ilə tanınan və dağ evlərində qətlə yetirilən Ali Ulvi (61) və Aysin Büyüknohutçu cütlüyünün 31 yaşlı qatili Ali Yamuç həbsxanada özünü öldürüb.

Löv: "Bizim üçün rəqibin fərqi yoxdur"

9 Oktyabr 2017 11:31

Futbol üzrə 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində Almaniya Azərbaycanı 5-1 hesabı ilə üstələyib. Bundestimin baş məşqçisi Yoahim Löv oyunsonrası açıqlamasında qələbəni şərh edib: "Oyunçularımı təbrik edirəm. On qələbə göstərir ki, həmişə konsentrasiyanı yüksək səviyyədə saxlayıblar. Hər komanda bunu bacarmaz. 

Faiqdən Röya qalmaqalı haqda: "Söhbət xırt kəsildi"

9 Oktyabr 2017 11:30

Xalq artisti Faiq Ağayev əməkdar artist Röya Ayxanla aralarında yaşanan qalmaqaldan danışıb. "Zümrüd və Suat" şounun qonağı olan müğənni bildirib ki, söz-söhbətlərdən uzaq qalmağa çalışır: "Baş verən hadisələr mənim mübarizə, özümü təsdiqləmə yolum idi. Kimsə irəliyə getmək istəyəndə ayağının altını 10 metr uzaq məsafədən qazmağa başlayırlar. Bu sənətə mübariz bir insan kimi gəlmişəm. Bu qalmaqallar 2008-ci ildən, xalq artisti adını qazanandan sonra dayandı. Anladım ki, hər deyilən sözə reaksiya vermək düzgün çıxmır. 

Yığmamızın üzvü rəsmən Rusiya çempionatında

9 Oktyabr 2017 11:28

Azərbaycan millisinin voleybolçusu Kseniya Poznyak karyerasını Rusiyada davam etdirəcək.  31 yaşlı blokçu "Leninqradka" klubu ilə danışıqları müsbət yekunlaşdırıb. O, 82 yaşlı Sankt-Peterburq təmsilçisi ilə 1 illik müqavilə imzalayıb. Bu, Poznyakın karyerasında 4-cü ölkə olacaq. Belarus əsilli voleybolçumuz Azərbaycanda "Azərreyl", "Lokomotiv"lə yanaşı, İtaliyada "Parma", Türkiyədə "Beşiktaş"ın formasını geyinib.

Müdafiə naziri Belarusun döyüş texnikaları ilə tanış olub

9 Oktyabr 2017 11:23

Belarus Respublikasına rəsmi səfərinin ilk günü Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov bu ölkənin hərbi sənaye kompleksinə daxil olan müəssisəni və hərbi poliqonu ziyarət edib.

Mehriban Əliyeva fəaliyyətinin böyük bir qismini xalqın sosial rifahının yaxşılaşdırmasına həsr edib

9 Oktyabr 2017 11:21

Qlobal Araşdırmalar Liqası İctimai Birliyinin sədri Azər Verdiyev referendumdan sonra yaranan vitse-prezidentlik institutunun ölkəmiz üçün qısa zaman kəsiyində gördüyü işləri şərh edərkən deyib ki, referendum Prezident İlham Əliyevin qeyd etdiyi kimi xalqımızın həyatında, ölkəmizin taleyində mühüm rol oynadı.