Mehriban Əliyeva fəaliyyətinin böyük bir qismini xalqın sosial rifahının yaxşılaşdırmasına həsr edib

Qlobal Araşdırmalar Liqası İctimai Birliyinin sədri Azər Verdiyev referendumdan sonra yaranan vitse-prezidentlik institutunun ölkəmiz üçün qısa zaman kəsiyində gördüyü işləri şərh edərkən deyib ki, referendum Prezident İlham Əliyevin qeyd etdiyi kimi xalqımızın həyatında, ölkəmizin taleyində mühüm rol oynadı.

Qlobal Araşdırmalar Liqası İctimai Birliyinin sədri Azər Verdiyev referendumdan sonra yaranan vitse-prezidentlik institutunun ölkəmiz üçün qısa zaman kəsiyində gördüyü işləri şərh edərkən deyib ki, referendum Prezident İlham Əliyevin qeyd etdiyi kimi xalqımızın həyatında, ölkəmizin taleyində mühüm rol oynadı. Onun sözlərinə görə, vitse-prezidentlik institutu sözün əsl mənasında ciddi dönüş yaradıb: "Birinci vitse-prezident Mehriban xanım Əliyeva fəaliyyətinin böyük bir qismini xalqın sosial rifahının yaxşılaşdırmasına həsr edib. Bu işdə Mehriban xanımın peşəkar komandasının da rolu əvəzsizdir. Altay Həsənov kimi peşəkar kadrın birinci vitse-prezidentin katibliyinə rəis təyin edilməsi artıq gələcək uğurlardan xəbər vermiş olur. Etiraf etmək lazımdır ki, regionlarda ən mühüm problem işsizliklə bağlıdır. Bu istiqamətdə son 10 ildə ciddi işlər görülübdü. Aparılan uğurlu sosial siyasət nəticəsində işsizlərin sayı minimuma enibdir. Lakin dünyada baş verən elmi, texnoloji inqilablar, yeniliklər dövlətlərdə daha çevik, daha effektiv sistemin qurulmasını zəruriləşdirir. Vitse-Prezidentlik institutu dünyada baş verə yeniliklərə adekvat və effektiv reaksiya vermək imkanına malikdir. Bu da öz növbəsində ölkəmizin gələcəyi üçün müsbət məqamlar vəd edəcəkdir. Hesab edirəm bu prosesdə vətəndaş cəmiyyəti kifayət qədər fəal olmağı bacarmalıdırlar.chr("39")

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31