Gündəm
“Türkiyənin sərhədlərində təhlükə, təhdid var
“İŞİD, PKK, FETÖ kimi terror təşkilatlarına Qərb dəstək verir. Türkiyə qonşuları Suriya və İraqda baş verənlərə laqeyd yanaşa bilməz”. Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib: “Türkiyənin sərhədlərində təhlükə, təhdid var. Hələbi Qaziantepdən fərqləndirmək olarmı? Yox. Hələb bombalanarkən oradakı qardaşlarımız İdlibə getdilər. Biz də İdlibdə sülhü, atəşkəsi təmin etməliyik. Biz yeni bir Kobani olayı yaşamaq istəmirik. İdlibdə buna imkan verməyəcəyik”.
Ferstappen Həmiltona niyə çata bilməyib?
Formula-1 yarışlarında mübarizə aparan “Red Bull” komandasının rəhbəri Kristian Horner Maks Ferstappenin Yaponiya Qran Prisində Lyuis Həmiltonu keçə bilməməsinin səbəbini açıqlayıb. Məlumata görə, o, əsas səbəbin sol ön təkərin aşınması olduğunu bildirib.
Hava pisləşəcək, leysan, dolu, qar yağacaq - XƏBƏRDARLIQ
Oktyabrın 10-da Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman. Şimal-qərb küləyi əsəcək. ETSN-dən verilən məlumata görə, havanın temperaturunun gecə 14-17° isti, gündüz 20-25° isti, Bakıda gecə 15-17°, gündüz 23-25° isti olacağı gözlənilir. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 50-60 % olacaq. Tibbi-meteoroloji proqnoza əsasən, oktyabrın 10-da Abşeron yarımadasında sabit hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Modelin əməliyyat zamanı ölümü ilə bağlı başlanan cinayət işinə xitam verilib
Model Leyla Oruclunun ölümü ilə bağlı başlanılan cinayət işinə xitam verilib. Bu barədə məlumat verən vəkil İradə Cavadova bildirib ki, bir müddət əvvəl cinayət işinə xitam verilsə də, onlara bu barədə məlumat verilməyib. İradə Cavadova bununla bağlı şikayət verəcəklərini deyib. Vəkil bildirib ki, L. Oruclunun ölümü ilə bağlı klinikadan bəzi sənədləri tələb edib. Lakin klinika həmin sənədləri ona təqdim etməkdən imtina edib.
TANAP-ın tikintisi zamanı qədim məzarlar tapılıb, tikinti işləri dayandırılıb
Türkiyədə TANAP layihəsinin inşası zamanı qədim dövrlərə aid məzarlar tapılıb. “Anadolu” agentliyi xəbər verir ki, hadisə Kütahyanın Domaniç kəndinin ərazisində baş verib. Belə ki, tikinti zamanı aparılan qazıntı işləri çərçivəsində qədim Roma dövrünə aid məzarlar üzə çıxıb. Tapıntılar Kütahya müzeyinə təhvil verilib.
Məleykə Abbaszadə: “Son 10 ildə qəbul və buraxılış imtahanlarında gender bərabərliyi dəyişib”
Son 10 ildə Azərbaycanda keçirilən qəbul və buraxılış imtahanlarında olan gender bərabərliyində dəyişikliklər baş verib. Dövlət İmtahan Mərkəzinin Direktorları Şurasının sədri Məleykə Abbaszadə bildirib ki, qəbul və buraxılış imtahanlarında hər bir fənn üzrə qızların orta statistik nəticələri oğlanlara nisbətən daha çoxdur.
Daha 161 dövlət əmlakı hərraca çıxarıldı
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 07 noyabr tarixində dövlət əmlakının özəlləşdirilməsi üzrə ayın ilk hərracı keçiriləcək. Komitədən “Olaylar”a verilən məlumata görə, hərracda 161 dövlət əmlakı satışa çıxarrılacaq.
SOCAR mütəxəssisləri EMERSON şirkətində treninq keçiblər
SOCAR Midstream Operations MMC-nin Texniki və Əməliyyat Qrupunun mütəxəssisləri EMERSON Process Management Aberdeen Solution Center tərəfindən təşkil edilən treninqdə iştirak ediblər. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, təlim kursu EMERSON Şirkətinin ölçmə və idarəetmə sistemləri üzrə 35 illik təcrübəyə malik mütəxəssisi Jim Reekie tərəfindən aparılıb.
XVI əsrə aid Divanın surəti əldə edildi
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov Ankara Milli Kitabxanasından yaradıcılığında Nəsiminin güclü təsiri olan, XVI əsrdə yaşamış osmanlı şairi Heyrətinin Divanının surətini əldə edib. Olaylar bildirir ki, divanda 100-dən artıq qəzəl, bir tərcibənd var. Divandakı “Gəlür”, “İmiş”, “Bu gün”, “Kibi”,“Yok”, “Ancaq”, “Gərək” və s. rədifli qəzəllərdə, şairin işlətdiyi obraz və məcazlarda Nəsimi təsiri aydın görünür.
Səyyar ASAN xidmət beş yeni məntəqədə
Səyyar ASAN xidmət 9 – 18 oktyabr Samux şəhərində, 9 – 23 oktyabr Şabran, Ağdaş, Qobustan, Göytəpə şəhərlərində vətəndaşlara səyyar formada xidmət göstərəcək. Olaylar bildirir ki, 2 – 31 oktyabr tarixlərində Xəzər rayonunun Binə qəsəbəsində səyyar formada kommunal xidmətlər təqdim olunacaq. Bundan başqa səyyar avtobuslar 25 sentyabr – 24 oktyabr Şirvan vəXırdalanda, 29 sentyabr – 18 oktyabr Ucarda, 2 – 16oktyabr Qaradağ rayonunun Lökbatan qəsəbəsində vətəndaşların xidmətində olacaqlar. Səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək vəƏhalinin Sosial Müdafiəsi Nazirliyi vəƏmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.
Yerevanın mərkəzi yandı - Ölən və yaralanan var
Yerevanın mərkəzində yaşayış evində güclü yanğın baş verib. Məlumata görə, erməni KİV-ləri yanğın nəticəsində bir nəfərin həlak olması barədə xəbər yayıblar. Hadisə nəticəsində daha bir nəfərin xəsarət aldığı bildirilir. Məlumata görə, yanğın 3-cü mərtəbədə başlayıb. Hazırda yanğının qarşısının alınması üçün 4 yanğınsöndürən maşın cəlb edilib.
Hikmət Hacıyev həmsədrlərin birgə bəyanatından danışdı- AÇIQLAMA
“Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 7-də ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskontini, Rusiyadan olan həmsədri İqor Popovu, ABŞ-dan olan yeni həmsədri Endrü Şoferi və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul edərkən gündəlikdə duran məsələlər müzakirə edildi”. Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
Beynəlxalq QHT-lər Mərkəzi Asiyada pozuculuq fəaliyyətlərini gücləndirirlər
Qərb dövlətlərinin siyasi texnoloqlarının sevimli “övladları” olan bəzi qeyri-hökumət təşkilatları(QHT) “üçüncü dünya” ölkələrinin daxili işlərinə təsir etmək cəhdlərini genişləndirməkdədirlər. Maraqlısı isə odur ki, ilk baxışda həmin QHT-lərin fəaliyəti xoşməramlı bir missiyanı xatırladır, guya inkişaf etməkdə olan ölkələrdə demokratiyanın güclənməsinə yardım etdikləri görünür. Belə ki, onlar həmin ölkələrdə icra etdikləri “layihələr”ə həm maddi dəstək verirlər, həm də öz “məsləhətlər”ini əsirgəmirlər.
“Mehmetcik”dən 4 MƏRHƏLƏLİ ƏMƏLİYYAT: Əsas hədəf ORADIR
Türkiyə “Fərat Qalxanı” hərəkatından sonra Suriyada ikinci əməliyyata başladı. Türkiyə ordusu hazırda “Tahrir el-Şam” terror qruplaşması ilə birbaşa döyüşlərdə iştirak etmir. Türkiyə ordusu “Fırtına” haubitsaları ilə Azad Suriya Ordusuna dəstək verir. Hərbi mənbələr ordunun istənilən an İdlibə girəcək şəkildə hazır olduğunu bildirirlər.
Kaliforniyalı deputatlar Azərbaycanın icazəsi olmadan Qarabağa səfər edib
Xarici ölkələrin rəsmi və qeyri-rəsmi şəxslərinin Azərbaycanın icazəsiolmadan Dağlıq Qarabağa səfər etmələri artıq adi hala çevrilib.












.jpg)

