Beynəlxalq QHT-lər Mərkəzi Asiyada pozuculuq fəaliyyətlərini gücləndirirlər
Qərb dövlətlərinin siyasi texnoloqlarının sevimli “övladları” olan bəzi qeyri-hökumət təşkilatları(QHT) “üçüncü dünya” ölkələrinin daxili işlərinə təsir etmək cəhdlərini genişləndirməkdədirlər. Maraqlısı isə odur ki, ilk baxışda həmin QHT-lərin fəaliyəti xoşməramlı bir missiyanı xatırladır, guya inkişaf etməkdə olan ölkələrdə demokratiyanın güclənməsinə yardım etdikləri görünür. Belə ki, onlar həmin ölkələrdə icra etdikləri “layihələr”ə həm maddi dəstək verirlər, həm də öz “məsləhətlər”ini əsirgəmirlər.
9 Oktyabr 2017 12:07 SiyasətQazaxıstan və Qırğızıstanda icra olunan "layihələr"də gəncləri dövlətə qarşı itaətsizliyə sövq edirlər
Qərb dövlətlərinin siyasi texnoloqlarının sevimli "övladları" olan bəzi qeyri-hökumət təşkilatları(QHT) "üçüncü dünya" ölkələrinin daxili işlərinə təsir etmək cəhdlərini genişləndirməkdədirlər. Maraqlısı isə odur ki, ilk baxışda həmin QHT-lərin fəaliyəti xoşməramlı bir missiyanı xatırladır, guya inkişaf etməkdə olan ölkələrdə demokratiyanın güclənməsinə yardım etdikləri görünür. Belə ki, onlar həmin ölkələrdə icra etdikləri "layihələr"ə həm maddi dəstək verirlər, həm də öz "məsləhətlər"ini əsirgəmirlər. Amma, xarici QHT-lərin fəaliyyətini izləyən analitiklət isə belə hesab edirlər ki, burada əsas məsələ odur ki, həmin "layihələr" icra olunduğu dövlətlərin, o cümlədən Mərkəzi Asiya ölkələrinin maraqlarına heç də cavab vermirlər. Yerli mətbuatın yazdığına görə, son vaxtlar Mərkəzi Asiya regionunda ABŞ və Avropa ölkələrini təmsil edən QHT-lər fəaliyyətlərini xeyli gücləndiriblər. Onların əsas prioritetlərini isə yerli ictimai fəallar arasında demokratik dəyərləri "düzgün qavramaq" vərdişlərini aşılamaq və bu sahədə təbliğat işlərini daha da genişləndirməkdir. Amerikalı QHT-lərdən "Human Rights" beynəlxalq insan hüquqları təşkilatı və "Klinton Fond"u regionda daha fəallıq edirlər. Onlar Mərkəzi Asiya respublikalarını təmsil edən ictimai fəalları, eləcə də yerli QHT-ləri milli dövlətlərlə əməkdaşlıqdan imtina etməyə, onları dövlətdən hər hansı maddi yardım almamaq və milli hökumətlərdən aldıqları hansısa tapşırıqları icra etməkdən çəkinməyə təhrik edirlər. Bunu belə əsaslandırırlar ki, guya dövlətin ayırmış olduğu vəsaitlər hesabına icra olunan layihələr həmin ölkələrdəki həqiqəti və reallıqları əks etdirməyəcək. Amma, əksinə, amerikalı fondların hesabına icra edilən layihələr isə guya həmin ölkələrdəki əsl "həqiqətləri" görməyə imkan yaradacaq. Doğrudur, çoxsaylı beynəlxalq təşkilat və fondların heç də hamısının fəaliyyətini inkar etmək olmaz: onlar regionda təhsilin səviyyəsinin yüksəldilməsinə, elzcə də səhiyyətinin inkişafna öz köməkliklərini göstərirlər. Amma buna baxmayaraq, elə təşkilatlar da vardır ki, onların region dövlətlərində həyata keçirdikləri layihələr milli dövlətlərin deyil, ayrı-ayrı qrupların maraqlarına xidmət edir. Yerli KİV-lər bunu konkret misallarlarla sübut etməyə çalışırlar. Məsələn, elə götürək konkret bir faktı-katoliklərin mərkəzi olan Vatikanı. Bu cırtdan dövlət Afrika və Asiya ölkələrində yoxsulluqla mübarizə aparmağa yardım edir, səyyar məktəblərin yaradılması, poliklinikaların maddi -texniki bazasının güclənməsinə köməklik göstərir. Bunun qaşılığında isə yerli icmalar arasında katolik dininə dair təbliğat aparır, daha çox insanları öz sıralarına cəlb etməyə səy göstərir. Mətbuatın yazdığına görə, buna bənzər başqa bir nümunəni Mərkəzi Asiya dövlətlərindən də gətirmək olar. Belz ki, ABŞ-ın "Revival Sport İnc." ictimai təşkilatı region ölkələrindəki protestant icmalarına maliyyə yardımı göstərir, eləcə də "Kilsəyə idman xidməti"(!) layihəsini həyata keçirir. Layihənin əsas məqsədi guya uşaq və yeniyetmələr arasında idman tədbirlərinin təşkil edilməsidir. Amma, əsl həqiqət tamam başqadır. Əlbəttə ki, bunda əsas məqsəd gənc idmançıları kilsəyə cəlb etmək, öz sıralarını daha da genişləndirməkdir. Müşahidələr göstərir ki, demək olar ki, yaxşı həyat yaşamını təbliğ edən bütün beynəlxalq təşkilatlar bir qayda olaraq özlərinin birbaşa bəyan etdikləri məqsədlərinə deyil, bunun tam əksinə, ayrı-ayrı qrupların maraqlarına, eləcə də bunun arxasında gizlənmiş məkrli planlara xidmət göstərirlər. Misal üçün, elə götürək hüquq müdafiə təşkilatlarını. Mərkəzi ofisi okeanın o tayında yerləşən və dünya ölkələrində azadlıq və demokratiyanın inkişafına nəzarəti həyata keçirən "Freedom House" təşkilatının regiondakı fəaliyyətinə nəzər salaq. "Freedom House" bu yaxınlardı guya insan hüquqlarının müdafiəsi sahəsində vəziyyəti müşahidə etmək məqsədə ilə Qazaxıstan və Qırğızıstanda layihə həyata keçirməyə başlayıb. Layihənin əsas istiqamətlərindən biri gənc hüquq müdafiəçilərinin hazırlanmasıdır. Yerli eksperlər isə belə hesab edirlər ki, postsovet məkanında fəaliyyət göstərən bütün xarici QHT-lərin ən çox maraq göstərdiyi sahə də məhz gənclərin hazırlanmasıdır. Başqa sözlə, "Freedom House"nın regionda icra etdiyi layihənin əsas məqsədi gəncləri maarifləndirməkdən daha çox onların beyinlərini "öz ideyaları" ilə doldurmaqdır.
Digər bir nümunəyə diqqət yetirək. Məsələn, "Soros Fondu"nun təşəbbüsü ilə hər il regionda "Jas Kemp" forumu keçirilir ki, buraya bir qayda olaraq Qazaxıstan və Qırğızıstandan olan gənclərini dəvət edirlər. Forum çərçivəsində keçirilən seminar və mühazirələrdə gənclərə milli hakimiyyətlərə "təslim olmamağı", ölkədə yaranmış vəziyyətlə "barışmamağı və onu dəyişməyi" aşılayırlar. Başqa sözlə, dünyaya başqa gözlə-onların gözləri ilə "baxmağı" təbliğ edirlər. Bundan əlavə, təlimlərdə gəncləri yerli rəsmi xəbərlərə inanmamağa, eləcə də , hömumətləri islahatların aparılmasına başlamağa məcbur etməyə səsləyirlər. Analitiklər belə hesab edirlər ki, bəzi beynəlxalq QHT-lər islahatyönümlü layihələrə məmnunluqla böyük həcmli qrantlar ayırırlar. Bununla da , yerli gənclər arasında hakimiyyətə qarşı etiraz əhval-ruşiyyəsinin yüksəldilməsini maliyyələşdirmiş olurlar. Məsələn, ABŞ-ın İnkişaf Agentliyini (USAİD) Qazaxıstanda gənclər təşkilatlarını aktiv şəkildə maliyyələşdirməkdə davam edir. Məqsəd isə ölkədə "Gənclər siyasəti haqqında" qanununa dəyişiklik edilməsinə nail olmaqdır.
Yerli ekspertlərin fikrincə, əslində, bir qayda olaraq, okeanın o tayından maliyyələşdirilən bütün qrant layihələrinin əsas məqsədi gənclərin yaratdıqları QHT-ləri "söz azadlığı" və "siyasi məsələlər" kimi layihələrdə onların aktiv iştirakını təmin etməkdir.Odur ki, region ölkələrində USAİD "gələcək naminə lider"lər hazırlanmasına daha çox diqqət yetirir.Yerli mətbuatın yazdığına görə, həmin layihələr çərçivəsində icra olunan təlimlərə cəlb olunan xarici ekspertlər fəal gəncləri "izdihamlı dəstə"ni öz ardınca "lazımi" istiqamətə aparmağı öyrədirlər. Bundan əlavə, USAİD gənclər siyasəti ilə məşğul olan yerli QHT-ləri sosial şəbəkələrdə , o cümlədən "Twitter"də aktiv təbliğat aparmağa səsləyir. Həmçinin, gənclərə ciddi şəkildə tapşırılır ki, donor təşkilatları və onların maliyyələşdirdiyi layihələr barədə məlumatların yer aldığı bütün saytlar və informasiya mənbələrini mütamadi olaraq izləsinlər, həmin donorlarla birbaşa əlaqələr yaratmağa çalışsınlar. Analitiklərin fikrincə, beynəlxalq QHT və fondların gənclər təşkilatlarına göstərdikləri belə marağın yalnız bir səbəbi var- onlar yerli əhalinin ən mobil və aktiv təbəqəsidirlər. Bundan əlavə, son illərdə MDB dövlətlərinin demək olar ki, hamısında gənclər arasında işsizlik səviyyəsinin nisbətən yüksək olması müşahidə edilməkdədir. Bu isə o deməkdir ki, əhalinin ən etirazçı təbəqəsini də məhz elə gənclər təşkil edirlər. Bundan əlavə, son illərdə baş verən hadisələrə nəzər saldıqda görürük ki, xalq kütlələri ilə polis qüvvələrinin qarşıdurmaları zamanı , eləcə də müxtəlif etiraz aksiyası iştirakçılarının böyük əksəriyyətinin də elə məhz gənclər təşkil edirlər. KİV-lərin yazdığına görə, məhz bu səbəbdəndir ki, beynəlxalq QHT-lər və fondlar, region dövlətlərinin onların fəaliyyətinə dair hansısa monitorinq aparılmasının, yaxud hesabat tələb etməsinin əleyhinə çxış edirlər.
Bu arada, yerli analitiklər, Ukraynada baş verən hadisələri xatırlayırlar. Belə ki, məhz Qərbin QHT və fondları tərəfindən hazırlanan və "təlimatlardırılan" gənc liderlər minlərlə insanı "Maydan"a çıxara bilmişdi. Həmin hadisənin necə sonuclandığı isə hər kəsə məlumdur. Yeri gəlmişkən, "Maydan" hadisələri zamanı Vaşinqtondan verilən rəsmi açıqlamada qeyd olunurdu ki, ABŞ ötən 25 il ərzində "Ukraynada vətəndaş cəmiyyətinin inkişafına" 15 milyard dollardan artıq vəsait sərf edib! Burada qeyd etmək yerinə düşər ki, əbəs yerə deyildi ki, hələ bir çox il bundan əvvəl tanınmış politoloq Zbiqnev Bjezinski Mərkəzi Asiyanı "qeyri-sabitlik zonası" adlandırmışdı. Bu isə o deməkdir ki, məhz sözügedən region daim qüdrətli dövlətlərin maraqlarının toqquşduğu məkan olaraq qalacaqdır. Elə indinin özündə belə, hüquqi cəhətdən özünü Mərkəzi Asiya dövlətlərinə qarşı dostluq münasibətləri sərgiləyən Qərb ölkələri region dövlətlərinin daxili siyasi proseslərinə müdaxilə etməyə cəhd göstərirlər. Bu, ilk növbədə , özünü "demokratikləşmə" adı altında müxalifət liderlərini dəstəkləmək məqsədilə onlara verilən qrantlarda özünü büruzə verir. Yerli analitiklər belə hesab edirlər ki, Qazaxıstan sözsüz ki, Qərbin ölkədə demokratikləşmə istiqamətində atdığı addımları müsbət dəyərləndirsə də, gənclərin bəzi maraqlı dairələrin əlində siyasi alətə çevrilməsini, onlardan məkrli məqsədlər və hakimiyyətə qarşı etirazlar üçün istifadə edilməsini heç cür qəbul etmir. Çünki, bu, heç də "demokratiya" demək deyildir! Ekspertlərin fikrincə, belə bir fəaliyyət daha çox öz çirkin məqsədlərini həyata keçirmək üçün ordu hazırlamağa bənzəyir. Odur ki, yerli analitiklər belə hesab edirlər ki, Qazaxıstanın hər hansı bir beynəlxalq təşkilatın onun daxili siyasi işlərinə qarışmağa imkan verəcəyi az inandırıcı görünür.
Nurlan