SOCAR mütəxəssisləri EMERSON şirkətində treninq keçiblər
SOCAR Midstream Operations MMC-nin Texniki və Əməliyyat Qrupunun mütəxəssisləri EMERSON Process Management Aberdeen Solution Center tərəfindən təşkil edilən treninqdə iştirak ediblər. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, təlim kursu EMERSON Şirkətinin ölçmə və idarəetmə sistemləri üzrə 35 illik təcrübəyə malik mütəxəssisi Jim Reekie tərəfindən aparılıb.
9 Oktyabr 2017 12:23 SosialSOCAR Midstream Operations MMC-nin Texniki və Əməliyyat Qrupunun mütəxəssisləri EMERSON Process Management Aberdeen Solution Center tərəfindən təşkil edilən treninqdə iştirak ediblər. "OLAYLAR"-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, təlim kursu EMERSON Şirkətinin ölçmə və idarəetmə sistemləri üzrə 35 illik təcrübəyə malik mütəxəssisi Jim Reekie tərəfindən aparılıb. EMERSON şirkəti neft və qaz sərfinin ölçülməsi, texniki və kommersiya, ətraf mühit və ümumi sənaye ölçmə sistemləri üzrə mühüm sertifikatlara malik şirkətlərdəndir. Treninq müddətində mütəxəssislər sənayedə qaz sərfinin ölçmə qovşaqlarının konsepsiyaları, ölçü qovşağının iş prinsipi və ölçü qovşaqlarında audit yoxlamalarının aparılması üzrə bilik və təcrübələrə yiyələnib. Kursun sonunda SOCAR Midstream Operations MMC-nin Texniki və Əməliyyat Qrupunun mütəxəssislərinə EMERSON şirkəti tərəfindən Qaz Sərfinin Ölçülməsi və Ölçmə Stansiyalarının Auditi üzrə sertifikatlar verilmişdir. Onlar hazırda Cənubi Qafqaz boru kəməri, gələcəkdə isə Cənub Qaz Dəhlizi, o cümlədən TANAP və TAP boru kəmərlərinə məxsus Qaz Ölçmə Stansiyalarında qaz sərfinin ölçülməsi və audit yoxlamalarının sərbəst şəkildə həyata keçirilməsi üçün məlumat və təcrübələrə yiyələniblər.