Gündəm
Kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması ilə bağlı vəziyyət nəzarət altındadır
Azərbaycanda kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması ilə bağlı vəziyyət ciddi nəzarət altındadır. Bunu jurnalistlərə açıqlamasında Dövlət Gömrük Komitəsinin sədr müavini Şahin Bağırov deyib. O
Azərbaycan məhsulları “ANUGA” Beynəlxalq Ərzaq Sərgisində nümayiş olunacaq
Almaniyanın Köln şəhərində “ANUGA” Beynəlxalq Ərzaq Sərgisi öz işinə başlayacaq. Oktyabrın 11-dək davam edəcək sərgidə müxtəlif ölkələrdən 7400-dən çox şirkətin məhsulları nümayiş olunacaq. Bu barəd İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə, hər il təqribən 160 min ziyarətçinin qatıldığı “ANUGA” Beynəlxalq Ərzaq Sərgisində Azərbaycan ilk dəfə olaraq qida və içkilər pavillionlarında “Made in Azerbaijan” vahid ölkə stendləri ilə təmsil olunacaq.
Azərbaycan prezidenti: “Biz uzunmüddətli dayanıqlı inkişaf barədə düşünürük” - YENİLƏNİB
Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib. Bu ilin doqquz ayında ölkəmizin uğurla və hərtərəfli inkişaf etdiyini, bütün sahələrdə dinamik inkişafın təmin edildiyini deyən prezident İlham Əliyev iqtisadi göstəricilərimizin müsbət olduğunu vurğulayıb.
Millət vəkilləri Neftçala Sənaye Məhəlləsinin fəaliyyəti ilə tanış olublar
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin sədri Ziyad Səmədzadə və komitənin üzvləri Neftçala Sənaye Məhəlləsində olublar. İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə rellaşdırılan səfər zamanı Neftçala Sənaye Məhəlləsinin ofisində görüş olub və sənaye məhəlləsində görülən işlər barədə məlumat verilib, təqdimat keçirilib. İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə, görüşdə vurğulanıb ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il tarixli Sərəncamına əsasən yaradılmış Neftçala Sənaye Məhəlləsinin dövlət başçısının iştirakı ilə bu ilin 24 sentyabr tarixində açılışı olub.
AŞPA-nın payız sessiyası başlayır
Oktyabrın 9-da Avropa Şurası Parlament Assamçleyasının (AŞ PA) payız sessiyası öz işinə başlayır. Milli Məclisdən “Olaylar”a verilən məlumata görə, parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun başçılığı ilə MM-in AŞPA-dakı nümayəndə heyətinin üzvləri də sessiyada iştirak edəcəklər.
Aydın Əliyev Şəkidə qəbul keçirəcək
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev oktyabrın 13-də saat 10:30-da Şəki şəhərindəki Olimpiya İdman Kompleksində (Salman Mümtaz küç. 1) bu bölgədən olan vətəndaşları qəbul edəcək. Komitədən “Olaylar”a veriln məlumata görə, qəbul zamanı bölgədə yerləşən-Şəki, Qax, Zaqatala, Balakən rayonlarının sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.
Nazirlik reyd keçirdi
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən ekoloji qanunvericiliyin tələblərinə əməl olunması vəziyyətini yoxlamaq məqsədilə növbəti reyd keçirilib. Olaylar bildirir ki, reyd zamanı Binəqədi rayonu Binəqədi qəsəbəsi 2-ci mədən küçəsi 10k ünvanında, 43 saylı yanacaq doldurma məntəqəsinin ərazisində yaşköküstə 24-28 sm diametrliyində iki ədəd Eldar şamı ağacının kəsildiyi və təbiətə 1350 manat məbləğində ziyan vurulduğu müəyyən olunub. Faktla bağlı ərazinin mülkiyyətçisi Elnur İbrahimov barəsində akt tərtib edilib.
“Xarici dildə ən yaxşı film” nominasiyası uğrunda mübarizə aparacaq – “Nar bağı”
Azərbaycanlı rejissor İlqar Nəcəfin “Nar bağı” bədii filmi Asiya Dünya Film Festivalında nümayiş olunacaq. Olaylar bildirir ki, festival oktyabrın 25 dən - noyabrın 2-dək ABŞ-ın Los-Anceles şəhərində keçiriləcək.
"Əbülfəs Qarayev təyyarədə mənə dedi ki, çobana oxşamırsan" — Pərvin Səfərovla MÜSAHİBƏ
Avqust ayında Türkiyə mediasında videolarım, xüsusən də "Nazəndə sevgilim" gündəm oldu. Ondan sonra televiziyalarda göstərildi, türk məşhurlar bu barədə paylaşımlar etdilər. "Acunmedia"nın əməkdaşları sosial şəbəkə vasitəsilə mənimlə əlaqə saxlayıb dedilər ki, sizin “O səs Türkiyə”də iştirakçı olmağınızı istəyirik
Azərbaycanda 215 vəzifəli şəxs barəsində cinayət işi açılıb
"Bu il 215 vəzifəli şəxs barəsində 155 cinayət işi baxılması üçün məhkəmələrə göndərilib". Bunu baş prokurorun müavini, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə baş idarəsinin rəisi Kamran Əliyev deyib. O bildirib ki, hazırda idarənin icraatında 118 cinayət işi istintaq olunur.
Kataloniyalılar geri addım atmır — "Çərşənbə günü müstəqillik elan edəcəyik"
İspaniyanın Kataloniya muxtar vilayətinin rəhbəri müstəqillik üçün geri addım atmayacaqlarını bildirib. Xalq çərşənbə günü müstəqillik elan ediləcəyini açıqlayıb. Puçemont tək tərəfli müstəqillik elan edəcəklərini bildirib: "Biz bunu tək tərəfli müstəqillik elanı adlandırmırıq. Biz müstəqilliyimizi elan edirik. Bu, qanunlarda var və qanunu tətbiq edəcəyik".
Ərdoğan Ukraynaya səfər edəcək
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynaya səfər edəcək. Prezident Ukraynada Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yığıncağında iştirak edəcək. Məlumata görə, səfər çərçivəsində Ərdoğanın ukraynalı həmkarı Petro Poroşenko tərəfindən rəsmi qarşılanma mərasimi olacaq və iki ölkə başçısı arasında görüş təşkil ediləcək. Görüşün ardından Ərdoğan və Poroşenko Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yığıncağına başçılıq edəcəklər.
Toyuna 1 həftə qalmış özünü öldürmək istəyən oğlandan YENİ XƏBƏR
“Toyuna 1 həftə qalmış sirkə turşusu içərək intihar etmək istəyən Qax rayon Almalı kənd sakini Nofəl Yusifovun vəziyyəti ağır stabildir”. Bu barədə onun müalicə aldığı Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov məlumat verib. A.Maqsudov bildirib ki, krizisdən çıxsa da, o hələ də, danışa bilmir.
Ordu Şimali Koreyaya qarşı təcili əməliyyatlara hazırdı - MƏNBƏ
Cənubi Koreya hərbçiləri Koreya Xalq Demokratik Respublikası (KXDR) tərəfindən təxribat olacağı halda, təcili əməliyyatlara hazırdır. Bu haqda öz mənbəyinə istinadən “Renxap” agentliyi bildirib. Agentliyin həmsöhbəti hərbi dairələrdə məhz hansı əməliyyatların müzakirə olunduğunu dəqiqləşdirməyib. O bildirib ki, Cənubi Koreya və ABŞ KXDR-in hər hansı yeni nüvə və raket sınaqlarına hazırlaşdığına dair əlamətləri aşkar etməyib. Sınaqların Koreya Əmək Partiyasının yaranmasının ildönümü olan oktyabrın 10-da keçiriləcəyi proqnozlaşdırılırdı. “Hadisələrin inkişafını yüksək diqqətlə izləyirik”, - agentlik anonim mənbədən sitat gətirib.
“Türkiyənin sərhədlərində təhlükə, təhdid var
“İŞİD, PKK, FETÖ kimi terror təşkilatlarına Qərb dəstək verir. Türkiyə qonşuları Suriya və İraqda baş verənlərə laqeyd yanaşa bilməz”. Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib: “Türkiyənin sərhədlərində təhlükə, təhdid var. Hələbi Qaziantepdən fərqləndirmək olarmı? Yox. Hələb bombalanarkən oradakı qardaşlarımız İdlibə getdilər. Biz də İdlibdə sülhü, atəşkəsi təmin etməliyik. Biz yeni bir Kobani olayı yaşamaq istəmirik. İdlibdə buna imkan verməyəcəyik”.














