Ərdoğan Ukraynaya səfər edəcək
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynaya səfər edəcək. Prezident Ukraynada Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yığıncağında iştirak edəcək. Məlumata görə, səfər çərçivəsində Ərdoğanın ukraynalı həmkarı Petro Poroşenko tərəfindən rəsmi qarşılanma mərasimi olacaq və iki ölkə başçısı arasında görüş təşkil ediləcək. Görüşün ardından Ərdoğan və Poroşenko Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yığıncağına başçılıq edəcəklər.
9 Oktyabr 2017 12:49 DünyaTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynaya səfər edəcək. Prezident Ukraynada Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yığıncağında iştirak edəcək. Məlumata görə, səfər çərçivəsində Ərdoğanın ukraynalı həmkarı Petro Poroşenko tərəfindən rəsmi qarşılanma mərasimi olacaq və iki ölkə başçısı arasında görüş təşkil ediləcək. Görüşün ardından Ərdoğan və Poroşenko Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yığıncağına başçılıq edəcəklər. Daha sonra ölkə başçılarının mətbuat konfransı təşkil edəcəkləri gözlənilir. Bundan başqa, Ərdoğan Ukrayna Parlamentini ziyarət edərək spiker Andrey Parubiy ilə görüşəcək. Həmçinin, Türkiyə prezidenti Baş nazir Vladimir Groysmanı və Krım Tatar Cəmiyyətinin nümayəndələrini qəbul edəcək. Azadinform "Milliyət"ə istinadən xəbər verir.