Azərbaycanda 215 vəzifəli şəxs barəsində cinayət işi açılıb
"Bu il 215 vəzifəli şəxs barəsində 155 cinayət işi baxılması üçün məhkəmələrə göndərilib". Bunu baş prokurorun müavini, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə baş idarəsinin rəisi Kamran Əliyev deyib. O bildirib ki, hazırda idarənin icraatında 118 cinayət işi istintaq olunur.
9 Oktyabr 2017 12:53 Sosial"Bu il 215 vəzifəli şəxs barəsində 155 cinayət işi baxılması üçün məhkəmələrə göndərilib". Bunu baş prokurorun müavini, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə baş idarəsinin rəisi Kamran Əliyev deyib. O bildirib ki, hazırda idarənin icraatında 118 cinayət işi istintaq olunur.
K.Əliyev qeyd edib ki, bank sahəsi ilə bağlı şikayətlər artıb: "Hazırda idarədə mənzil-tikinti sahəsində, bank olmayan kredit təşkilatlarının vəzifəli şəxsləri barəsində cinayət işləri istintaq olunur". Report.az