Alim Qasımov Üzeyir Mehdizadə ilə duetinə görə 1 milyon manat alıb? - Açıqlama
12:06 SosialXalq artisti Alim Qasımovun müğənni Üzeyir Mehdizadə ilə "Bu dünyanın nəyindən narahatsan" mahnısına duet oxuması son günlərin müzakirə olunan mövzularından birinə çevrilib.
Duetin ərsəyə gəlməsi ilə bağlı sosial şəbəkələrdə müxtəlif iddialar yayılıb. Hətta Alim Qasımovun bu layihəyə görə 1 milyon manat aldığı da iddia edilib.
Bununla bağlı oxu.az-ın sualını cavablayan Xalq artisti sözügedən layihəyə görə heç bir ödəniş almadığını deyib.
O bildirib ki, mahnının sözləri xoşuna gəldiyi üçün oxumaq qərarı verib:
"Gözəl layihədir, çox xoşuma gəldi. Üzeyir ilə musiqi sayəsində tanışlığımız var. Bir-birimizə hörmətimiz yaranıb. Üzeyir gəlib mahnını mənə oxutdurdu, sözləri məni tutdu. Bundan sonra oxumaq qərarı verdim. Nə ödəniş? Allah haqqı, heç bir ödəniş almamışam".