Gündəm
Prezident İlham Əliyev: "Ermənistan danışıqları pozmağa çalışsa da, buna nail ola bilmədi"
"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın mövqeyi dəyişməz olaraq qalır. Ərazi bütövlüyümüzün danışıqlar predmeti ola bilməz". Məlumata görə, bunu prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda çıxışında deyib.
Prezidentlərin görüşündən gözləntilər nədir?
ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona növbəti dəfə səfəri baş tutdu. Ötən həftə regionda olan vasitəçilər Azərbaycan və Ermənistan prezidentləri ilə bir araya gələrək Dağlıq Qarabağ probleminin həlli istiqamətində mövcud vəziyyəti müzakirə ediblər. Həmsədrlərin Yerevanda və Bakıda keçirdikləri görüşlərin nəticəsi olaraq yaydıqları bəyanatlardan isə aydın olur ki, vasitəçilər bu dəfə daha çox prezidentlərin növbəti görüşünün keçirilməsi ilə bağlı məsələ ətrafında fikir mübadiləsi aparıb və tərəflərdən belə bir görüş barədə razılıq əldə olunmasına çalışıblar.
Vətəndaşlar niyə banklardan şikayət edirlər?
Azərbaycanda ardıcıl həyata keçirilən iqtisadi islahatlar bir sıra sahələrdə ciddi naliyyətlərin əldə edilməsilə nəticələnib. Xüsusilə qeyd edilməlidir ki, ölkə iqtisadiyyatının əsas prioritetlərindən olan qeyri-neft sektoru son illər ərzində bir sıra mühüm nailiyyətlərlə müşahidə olunmaqdadır.
Özbəkistan nümayəndə heyəti ölkəmizdə səfərdədir
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan Özbəkistan Respublikasının qeyri-büdcə Pensiya Fondunun nümayəndə heyəti ilə görüş olub. Səfərdə məqsəd son illərdə Azərbaycanın sığorta-pensiya sistemində aparılan islahatlarla tanış olmaq, müvafiq təcrübə mübadiləsi aparmaqdır.
Daşkənddə "Turizm biznesinin inkişafı və xarici təcrübənin Özbəkistanda tətbiqi məsələləri” adlı Beynəlxalq elmi konfransda Azərbaycan təmsil olunub
Cari il 6 oktyabr tarixində Daşkənd Dövlət İqtisadiyyat Universitetində Özbəkistanda keçirilən 23-cü Daşkənd Beynəlxalq Turizm yarmarkası çərçivəsində "Turizm biznesinin inkişafı və xarici təcrübənin Özbəkistanda tətbiqi məsələləri” adlı elmi konfrans keçirilib.
Dövlət məşğulluq xidmətlərinin modernləşdirilməsinə dəstək məqsədinə yönələn yeni Tvinninq layihəsinin təqdimatı olub
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Avropa İttifaqının (Aİ) Avropa Qonşuluq Siyasəti çərçivəsində “Dövlət məşğulluq xidmətlərinin modernləşdirilməsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək” adlı yeni Tvinninq layihəsinin təqdimatı olub.
Gürcüstandakı soydaşlarımız seçkilərə necə hazırlaşır?
Məlum olduğu kimi qonşu Gürcüstanda oktyabr ayının 21-də yerli özünüidarəetmə oqranlarına seçkilər keçiriləcək. Bu seçkilər olduqca önəmlidir və seçkilərin nəticəsi ölkənin siyasi ab-havasında ciddi təsirə malikdir.
Dünya ictimaiyyəti korrupsiyaya qarşı mübarizədə maraqlı olmalıdır
Vətəndaşların müəyyən hissəsi rüşvət verməkdə, təklif etməkdə və vasitəçilikdə maraqlı olur, korrupsiya cinayətlərinin iştirakçılarına çevrilirlər. Korrupsiya və rüşvətxorluq müasir cəmiyyətin çox ciddi problemlərindəndir. Bütün dünyada korrupsiya və rüşvətxorluqla aparılan mübarizənin sərtliyinə baxmayaraq coğrafiyası genişlənməkdə davam edir. Lakin aşkar olunan korrupsiya rəqəmləri həqiqəti əks etdirmir. Azərbaycan dövləti korrupsiya ilə bağlı məlumat verən şəxslərin müdafiəsini təmin edir.
2018-ci ilin... - Torpaqların qaytarılacağı dəqiq tarix AÇIQLANDI
Ukraynanın “Sağ sektor” Partiyasının keçmiş lideri Dmitri Yaroş Donetsk və Luqansk vilayətlərinin işğal olunmuş ərazilərinin Kiyevin nəzarəti altına qayıdacağı dəqiq tarixi açıqlayıb. Ali Radanın üzvünün fikrincə, bu, 2018-ci ilin aprelində olacaq. D. Yaroş hesab edir ki, bu, aprelin 20-nə kimi mümkün ola bilər.
Məhkəmə Xədicə İsmayılın ölkədən çıxışına icazə vermədi
Jurnalist Xədicə İsmayılın sınaq müddəti dövründə Azərbaycan Respublikası hüdudlarından çıxışına qoyulan qadağanın götürülməsi ilə bağlı məhkəmənin çıxardığı qərardan verdiyi apelyasiya şikayətinə baxılıb.
“Qızıl Top”un namizədləri bəlli oldu - SİYAHI
Hər il dünyanın ən yaxşı futbolçusuna təqdim edilən “Qızıl Top” (Ballon d'Or) mükafatı siyahısında yer alan 30 namizədin adı açıqlanıb. Siyahının ilk beşliyi artıq ictimaiyyətə təqdim edilib.
Zuğulba prospektində hərəkət məhdudlaşdırılacaq
"Azəravtoyol” ASC tərəfindən avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yolcizgi və yolgöstərici xətlərinin yenidən rənglənməsi və yenilərinin çəkilməsi işləri davam etdirilir. Səhmdar Cəmiyyətin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, 9 və 10 oktyabr tarixlərində saat 11:00-dan axşam saat 18:00-dək Xəzər rayonu Zuğulba prospektində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.
“Regionda geosiyasi oyunların yeni iştirakçıları” kitab çap edilib
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin onilliyi ərəfəsində qurumun yeni nəşri - «Müsəlman ermənilər». Regionda geosiyasi oyunların yeni iştirakçıları» kitabı çapdan çıxıb.
Bakıda faciə-ana və oğlu dəm qazından boğulub
Bakıda ana və azyaşlı oğlu dəm qazından boğulub. Məlumata görə, hadisə Nizami rayonunun Keşlə qəsəbəsi, Abdulla Mirzəyev küçəsindəki həyət evində baş verib.1991-ci il təvəllüdlü Məmmədova Aygün Məhərrəm qızı 5 yaşlı oğlu Turalla hamamda olarkən dəm qazından boğulub. Ana və oğlundan xəbər çıxmadığını görən yaxınları hamama daxil olanda, onların hər ikisinin öldüyünü görüblər. Faktla bağlı araşdırma aparılır.
Polis oğurluğa cəhd edəni xüsusi fəndlə zərərsizləşdirdi
Gecə saatlarında paytaxtın Bakıxanov qəsəbə sakini Adilə Mürsəlova DİN-in “102 Zəng Xidməti Mərkəzi”nə zəng edərək yaşadığı mənzilə naməlum şəxsin pəncərədən girməklə oğurluğa cəhd etməsini bildirib.














