“Qızıl Top”un namizədləri bəlli oldu - SİYAHI

Hər il dünyanın ən yaxşı futbolçusuna təqdim edilən “Qızıl Top” (Ballon d'Or) mükafatı siyahısında yer alan 30 namizədin adı açıqlanıb. Siyahının ilk beşliyi artıq ictimaiyyətə təqdim edilib.

Hər il dünyanın ən yaxşı futbolçusuna təqdim edilən "Qızıl Top" (Ballon dchr("39")Or) mükafatı siyahısında yer alan 30 namizədin adı açıqlanıb. Siyahının ilk beşliyi artıq ictimaiyyətə təqdim edilib. İlk beşliyə bu il İspaniyanın "Barselona" klubundan Fransanın "PSJ" klubuna 222 milyona transfer edilən Neymar başçılıq edir. Siyahıda İspaniyanı "Real" klubundan xorvatiyalı Luka Modriç və braziliyalı Marselo təmsil edir. Ən yaxşı futbolçuların ilk beşliyini "Çelsi" forması geyinən N`Qolo Kante və "Yuventus" klubunun argentinalı futbolçusu Paulo Dibala tamamlayır. Digər namizədlərin adları isə gün ərzində açıqlanacaq.

Qeyd edək ki, "Qızıl Top" mükafatı 1956-cı ildən bəri "France Football" tərəfindən verilir. Mükafatın rekordmenləri isə "Barselona"nın ulduzu Lenoel Messi (5 dəfə) və "Real"ın hücumçusu Kristiani Ronaldodur (4 dəfə). Publika.az "France Football" saytına istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31