Rotfus: Almaniya və Rusiya liderləri arasında birbaşa danışıqlar faydalı olardı- ÖZƏL
12:19 DünyaOlaylar.az xəbər verir ki, Almaniya və Rusiya liderləri arasında birbaşa danışıqların aparılması alman xalqı üçün faydalı olardı. Bunu Almaniya üçün Alternativ (AfD) fraksiyasından Bundestaq deputatı Rayner Rotfus TASS-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, Almaniya və almanlar üçün Rusiya Prezidenti Vladimir Putinlə birbaşa dialoq aparmaq çox dəyərli olardı. Rotfus Almaniya kansleri Fridrix Mersin mövqeyinin isə belə danışıqların keçirilməsinə imkan vermədiyini iddia edib.
Deputat həmçinin Qərbdə Rusiyadan gələn təhlükə ilə bağlı səsləndirilən fikirləri tənqid edib. O, bu yanaşmanın Avropanın hərbiləşdirilməsi və müdafiə sənayesinin maraqları ilə əlaqəli olduğunu bildirib.
Qeyd edək ki, Qərb ölkələrində son dövrlərdə Rusiyanın mümkün təhlükəsi ilə bağlı müxtəlif açıqlamalar səsləndirilir. Rusiya tərəfi isə bu iddiaları dəfələrlə təkzib edərək, onların Avropanın hərbiləşdirilməsinə xidmət etdiyini bildirir.