2018-ci ilin... - Torpaqların qaytarılacağı dəqiq tarix AÇIQLANDI

Ukraynanın “Sağ sektor” Partiyasının keçmiş lideri Dmitri Yaroş Donetsk və Luqansk vilayətlərinin işğal olunmuş ərazilərinin Kiyevin nəzarəti altına qayıdacağı dəqiq tarixi açıqlayıb.  Ali Radanın üzvünün fikrincə, bu, 2018-ci ilin aprelində olacaq. D. Yaroş hesab edir ki, bu, aprelin 20-nə kimi mümkün ola bilər.

Ukraynanın "Sağ sektor" Partiyasının keçmiş lideri Dmitri Yaroş Donetsk və Luqansk vilayətlərinin işğal olunmuş ərazilərinin Kiyevin nəzarəti altına qayıdacağı dəqiq tarixi açıqlayıb.  Ali Radanın üzvünün fikrincə, bu, 2018-ci ilin aprelində olacaq. D. Yaroş hesab edir ki, bu, aprelin 20-nə kimi mümkün ola bilər.

"Mümkündür ki, çox bayram etməmək üçün 20 apreli və Qələbə Gününü ( 9 may -red.) birləşdirək" - "Sağ sektor"un keçmiş lideri bildirib. Daha əvvəl Yaroş bildirib ki, Minsk razılaşmalarının icrası Ukraynanın dağılmasına gətirib çıxaracaq. Minsk razılaşmalarına əsasən, Kiyev Donetsk və Luqansk vilayətlərinin bəzi rayonlarına xüsusi status verməyi öhdəsinə götürüb. Publika.az Ukrayna KİV-inə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31