“Regionda geosiyasi oyunların yeni iştirakçıları” kitab çap edilib 

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin onilliyi ərəfəsində qurumun yeni nəşri - «Müsəlman ermənilər». Regionda geosiyasi oyunların yeni iştirakçıları» kitabı çapdan çıxıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin onilliyi ərəfəsində qurumun yeni nəşri - "Müsəlman ermənilər". Regionda geosiyasi oyunların yeni iştirakçıları" kitabı çapdan çıxıb. "OLAYLAR"-ın SAM-a istinadən verdiyi xəbərə görə, SAM-ın aparıcı elmi işçisi Araz Qurbanovun müəllifi olduğu etnosiyasi oçerklər toplusunda Ermənistanın Azərbaycana, Türkiyəyə və Gürcüstana qarşı ərazi iddialarında, qondarma "erməni soyqırımı" tələblərində, fövqəlgüclərin regionda geosiyasi maraqlarının ödənilməsində yeni iştirakçılardan - müsəlman ermənilərdən, və "erməni" kimi təqdim etdikləri həmşinlilərdən istifadə cəhdlərindən bəhs olunur. Kitabda Ermənistanın indiyədək "etnik erməni" kimi identifikasiya etmədiyi "islamlaşdırılmış erməniləri", "kriptoerməniləri", "ərəbləşmiş erməniləri", "kürdləşmiş erməniləri" və Suriyanın müsəlman ermənilərini  Ermənistanda və işğal altında olan Qarabağ ərazilərində yerləşdirmək niyyətindən də bəhs edilir. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31