Gündəm
“Avropa bir daha düşünməlidir ki,...
Ötən həftənin ən yadda qalan hadisələrindən biri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropadan ölkəmizə təşrif buyurmuş bir qrup diplomatla keçirdiyi görüş və həmin görüşdə qoca qitənin, Qərbin ünvanına səsləndirmiş olduğu haqlı iradlar oldu.
Dünya cavabsız suallarla maraqlıdır... Elçin Hüseynbəyli yazır
...Yazar dostum Səlim Babullaoğluyla Cocuq Mərcanlı və Horadizə səfərdən qayıdırıq. Maşını Fəxrəddin Meydanlı sürür. Rauf Aslanov da yanımızdadir, yüngülcə mürgüləyir. Onu da deyim ki, səfərə gedəndə Şahin Musaoğlu da bizim maşındaydı, gələndə başqa maşına mindi. Çünki maşın onun yaşadığı Batamdara gedirdi...
Radikaların ən böyük arzusu ölkədə ictimai-siyasi sabitliyi pozmaqdır
Ötən həftə sonu müxalifətin radikal qanadının təmsil olunduğu Milli Şura adlanan qurum növbəti etiraz aksiyasını keçirdi. Həmişə olduğu kimi bu dəfə də cəmiyyətin ciddi dəstəyini görməyən aksiya radikalların siyasi etikadan kənar, qərəz, böhtan dolu çıxışları ilə yadda qaldı. Məlumat üçün qeyd edək ki, mitinqdən əvvəl radikallar, şəxsən AXCP sədri Əli Kərimli sosial şəbəkə vasitəsilə demək olar ki, hər saat, hər dəqiqə aksiyaya çağırış etsə də, lakin xalq bu dəfə də radikal müxalifətin etirazlarına dəstək verməyərək aksiyalar üçün sosial sifarişin olmadığını ortaya qoydu.
Beynəlxalq güclərin türk millətini tarixdən silmək projesi
Tarixən Türk millətini xəritədən silmək istəyən xarici güclər bu gün öz məkirli planlarının icrası istiqamətində çalışırlar. Əgər uzaq tarixdə ilk olaraq Osmanlı torpaqlarını parçalamaq və Osmanlının sahib olduğu , indiki Türkiyə ərazisini işğal edib, Türk millətini xəritədən silmək, bu milləti qul kimi istifadə edib, öz mədəniyyətləri içində yox etmək kimi planlar icra edilirdisə, günümüzdə bu plan daha müasir formada, referendum keçirmək, ekstremist və separatçıp qüvvələrə dəstək verib onları Türkiyə dövlətinə qarşı vuruşdurmaq, bununla da Türkiyə dövlətini zəiflətmək kimi addımlar atılır.
Azərbaycan müstəqil, demokratik ölkə olaraq öz inkişafını davam etdirir
Bu məsələlərlə bağlı Azərbaycana qarşı hər hansı irad tutmaq, tənqid etmək ədalətsizlikdir. Azərbaycanın beynəlxalq təşkilatlarda mövqeyinin möhkəmləndirilməsi, rolunun artırılması, həmin təşkilatların tribunasından səmərəli istifadə edilməsi ölkəmizin xarici siyasətində ən mühüm istiqamətlərdən biridir. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev xalqımızın milli maraqlarına söykənən müstəqil siyasət həyata keçirir və istənilən situasiyada yalnız Azərbaycan xalqının və dövlətinin maraqlarından çıxış edir. Elə millət vəkili Sahibə Qafarova da bu qənaətdədir.
Vətən uğrunda ölmək böyük şərəfdir
2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş dördgünlük müharibə zamanı, Azərbaycan Silahlı Qüvvələrinin birləşmələri Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəklikləri, eləcə də Seysulan məntəqəsini azad edib, Füzuli rayonu istiqamətində yerləşən "Lələ təpə" adlandırılan yüksəkliyə nəzarəti ələ keçiriblər.
Nardaran hadisələri ilə bağlı daha bir məhkəmə yekunlaşır
2015-ci ilin oktyabr-noyabr aylarında Nardaran hadisələri ilə bağlı saxlanılan “Müsəlman Birliyi Hərəkatı” adlı təşkilatın üzvü Zülfüqar Mikayılov, Elman Ağayev, Faiq Allahverdiyev, Əli Hüseynov, Mehman Quliyev, Mehman Məmmədov, Eldar Bünyadov, Elxan Həsənov, Ramil Seyfullayev, Mübariz İbrahimov, Ruzi İsmayılov və Cabir Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Həmsədrlərin regiona səfərinin nəticələri ŞƏRH
"ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfərində heç bir nəticə görmürəm. Çünki onlar Ermənistanla bağlı ciddi addımlar atmır, düşmən ölkənin siyasətinə, işğalına ciddi qiymət vermirlər". Bunu Milli Məclisin deputatı Asim Mollazadə deyib.
MDB XİN başçıları Şurasının Soçidə keçiriləcək iclasının gündəliyi məlum olub
Rusiyanın Soçi şəhərində oktyabrın 10-da keçiriləcəkMDB ölkələri xarici işlər nazirləri Şurasının iclasının gündəliyi məlum olub. Nazirlər Şurasının iclasında MDBçərçivəsində əməkdaşlığa dair 18 məsələyə baxılacaq. XİN başçıları MDB məkanında gələcəkdə çoxplanlı əməkdaşlığın genişləndirilməsi tədbirlərini müzakirə edəcəklər, aktual beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparacaqlar.
Dövlət başçısı: “Azərbaycanın iştirak etdiyi layihələr qlobal xarakter daşıyır”
“Bu ilin doqquz ayında ölkəmizin neft-qaz sektorunda əlamətdar hadisələr baş verib. Ötən ay “Azəri”, “Çıraq” və “Günəşli” yataqları üzrə yeni Saziş imzalanıb, “Cənub Qaz Dəhlizi” layihəsi ilə bağlı işlər də uğurla gedir”. Bunu prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında deyib. Dövlət başçısı bildirib ki, əsas məqsəd qeyri-neft sektorunun inkişafıdır, neftdən gələn gəlirlər insan kapitalının inkişafına yönəlib.
Prezident: “Azərbaycandakı ictimai-siyasi vəziyyət və iqtisadi inkişaf bir çox ölkələr üçün nümunədir”
"İlin sonunadək dövlət investisiya proqramında nəzərdə tutulmuş məsələlər həllini tapacaq. Gələn il dövlət investisiya proqramı ilə bağlı təkliflər gəlib, ilin sonunadək gələn il üçün dövlət investisiya proqramı qəbul edilə bilər".
Xəzərdə gəmilər həyəcan siqnalı ilə qaldırıldı, sahilə atəş açılacaq
Rusiya Xəzər dənizində növbəti qəfil hərbi təlimlərə başlayıb. Cənub həbi dairəsinin mətbuat xidmətinin yaydığı məlumata əsasən, bu gün səhər Rusiyanın Xəzər donanması qəfil həyacan siqnalı ilə qaldırılıb. 20-dən çox müxtəlif tipli hərbi gəmi bazalarını tərk edərək dənizə çıxıb və təlim üçün təyin edilmiş rayona doğru istiqamət alıb. Təlimlərdə raket gəmiləri, kiçik raket gəmiləri və artilleriya gəmiləri, habelə desant katerləri iştirak edir.
Bakı-Böyük Kəsik istiqamətində dəmir yolu əsaslı təmir olunur
Azərbaycan dəmir yollarının əsaslı təmir prosesinin növbəti mərhələsi həyata keçirilir. “Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən “OLAYLAR”-a bildirilib ki, Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur. Bu gün isə Ucar–Əlikənd mənzilində 9,5 km uzunluğunda yolun əsaslı təmirinə start verilib. Əsaslı təmir işlərini 11 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir. MMC-nin baş mühəndisi Şamil Cəfərovun sözlərinə görə, təmir işləri bir həftə davam edəcək.
İlham Əliyev: “Bu il Azərbaycan tarixində ciddi iqtisadi islahatlar ili kimi qalacaq”
“Bu il Azərbaycan tarixində ciddi iqtisadi islahatlar ili kimi qalacaq”. Bunu prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında deyib. Prezident İlham Əliyev bildirib ki, 140 ölkə arasında rəqəbətliliyi əks etdirən Davos Ümumdünya İqtisadi Forumunun hesabatına görə, ölkəmiz 37-ci pillədən 35-ə qalxıb və MDB məkanında liderliyini qoruyur.
Tarix boyda səhvin müəllifləri cəzalandırılmalıdır
Azərbaycanda dərslik məsələsi ilə bağlı daha bir qalmaqallı fakt üzə çıxıb. Sosial şəbəkələrdə yayılan məlumatlarda bildirilir ki, orta məktəblərin 10-cu sinfi üçün nəzərdə tutulmuş rus dilində “Azərbaycan tarixi” dərsliyində ciddi xətaya yol verilib. Həmin kitabda yer almış xəritədə uydurma “Dənizdən-dənizə Böyük Ermənistan" dövlətinin əraziləri təsvir olunub. Xəritədə uydurma dövlətin ərazilərinə Azərbaycan, Türkiyə, İran və Gürcüstanın torpaqları daxil edilib. Xatırladaq ki, sözügedən dərslik Təhsil Nazirliyinin qrifi ilə 7000 tirajla nəşr olunub.













