“Avropa bir daha düşünməlidir ki,...

Ötən həftənin ən yadda qalan hadisələrindən biri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropadan ölkəmizə təşrif buyurmuş bir qrup diplomatla keçirdiyi görüş və həmin görüşdə qoca qitənin, Qərbin ünvanına səsləndirmiş olduğu haqlı iradlar oldu.

Seymur Süleymanov: "Azərbaycanla dostcasına əməkdaşlıq etmək daha effektli olar"

"Qərb dairələrinin ədalətin carçısı kimi çıxış etməsi çox absurddur"

Ötən həftənin ən yadda qalan hadisələrindən biri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropadan ölkəmizə təşrif buyurmuş bir qrup diplomatla keçirdiyi görüş və həmin görüşdə qoca qitənin, Qərbin ünvanına səsləndirmiş olduğu haqlı iradlar oldu. Dövlət başçısı görüşdə Qərbi, Avropanı daha ədalətli olmağa çağırdı, ölkəmizə qarşı həyata keçirilən qərəzli yanaşmanı, ikili standartı, qeyri-obyektiv və ədalətsiz davranışı kəskin şəkildə, haqlı olaraq sərt tənqid etdi. Təsadüfi deyil ki, sözügedən görüşdən bir neçə gün keçsə də, hələ də həm Azərbaycanda, həm də Avropada, Qərbdə dövlət başçısının səsləndirdiyi haqlı iradlar ətrafında müzakirələr aparılır, müəyən mülahizələr, fikirlər yürüdülür.  Birmənalı olaraq isə səsləndirilən fikir ondan ibarətdir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin avropalı diplomatlarla keçirdiyi görüşdə səsləndirdiyi fikirlər, iradlar tam doğrudur və həqiqətə söykənir. Həm Azərbaycanda, həm də Avropanın özündə bu qənaətdədirlər. Elə siyasi şərhçi Seymur Süleymanov da bu qənaətdədir. O, bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Siyasi və təhlükəsizlik komitəsinin sədri Valter Stevensin rəhbərlik etdiyi nümayəndə heyətinə Azərbaycanla bağlı həqiqətləri bir daha cəsurcasına başa salmış oldu: "Bilirsiniz ki, son zamanlar Qərbin bəzi dairələri məlum səbəblərdən Azərbaycanı hədəf seçərək, birbaşa antiAzərbaycan kampanyasına start veriblər. Beləliklə də İlham Əliyev bu görüşdə, Avropa siyasilərinə əməllicə dərs vermiş oldu. Dolayısı yolla onlara bildirdi ki, həqiqətlərdən danışın. Erməni lobbilərinin maliyyəsinə əsir düşüb,Azərbaycana qarşı çirkin şər-böhtan atmaqdan vazkeçin. Bundan başqa, Prezident görüşdə dolğun şəkildə bildirdiki, Azərbaycan medianın kəskin hücumuna məruz qalmaqdadır. Bizim inkişafımıza sevinməyən və ya Azərbaycanda hökmranlıq etmək arzusunda olan müəyyən dairələr ölkəmizi gözdən salmağa çalışırlar. Bu ifadədən hər şey aydın olur". Seymur Süleymanov bildirib ki,  erməni lobbisinin işğalında olan müəyyən Qərb dairələri, o cümlədən ABŞ-ın qaragüruh qüvvələri, bizim inkşafımızı, dövlətin çoxvektorlu balanslaşdırılmış xarici və daxili siyasətini istəmir: "Və onlar Azərbaycanın öz müstəqil strategiya xətti üzərində yox, özlərinin istədiyi formatda addım atmasını istəyir. Bu istək üçün də əsas amil, xaricdən Azərbaycana basqılar edərək, öz əsarəti altına almaqdır. Tam əminliklə deyə bilərik ki, bu heç cürə alınacaq iş deyil. Azərbaycanı digər asılı ölkələrdən səciyyələndirən bir neçə perspektivlər var. Bu aspektdən, Azərbaycan illər öncədən müstəqil siyasət yürütməkdədir. Fikir verin, Rusiya ilə də yaxın münasibətlərdəyik, ona qarşı olan və sanksiyalar uyğulayan ölkələrlə də yaxınıq. Bütün sahələrdə əməkdaşlığımız yüksək səviyyədədir. Bunun tək səbəbi var. Balanslaşdırılmış və müstəqil xarici siyasət. Bu əsas amillərdən biridir. Və prezident də çıxışında bu məsələni vurğuladı". Seymur Süleymanovun sözlərinə görə,  Avropa bir daha düşünməlidir ki, biz Azərbaycanın daxili və xarici siyasətinə barmaq eləməkdənsə, onunla dostcasına əməkdaşlıq etmək daha effektli olar: "Bəli, prezident haqlıcasına bildirdi ki, Azərbaycan Avropa Şurasını tərk etsə həyatımızda heç nə dəyişməyəcək. Əlbəttə, belə olan halda itirən tərəf Azərbaycan yox, Qərb olacaq. Çünki Azərbaycanın heçkəslə alıb verəcəyi yoxdur. Bu gün bizim Rusiya kimi dost müttəfiq ölkəmiz mövcuddur. Və bu amil, Qərbi narahat edir. O üzdən, ola bilsin həmin qaragüruh dairələr Azərbaycana qarşı yumşalma hiss olunsun. Belə olarsa həm onlar qazanar, həm də biz. Mən Azərbaycanın Qərbdən uzaqlaşmasının tərəfdarı deyiləm, ancaq belə haqsızlıqlara qarşı illərdir dözümlü olmuşuq. Ancaq müəyyən xətlər varki,gərək onlara riayət edələr. Azərbaycanı tənqid edə bilərlər,ancaq səbəbsiz,haqsız yerə ölkəmizi qaralamaq yolverilməzdir. Xüsusən də Azərbaycana qarşı hegemonia siyasəti əsla qəbuledilməzdir. Bu ölkəmizin bütün maraqlarına ziddir". Siyasi şərhçi deyib ki, Qərb Azərbaycanın daxili işinə qarışmaqdansa, işğalçı siyasəti yürüdən və seperatçılığı təmsil edən Ermənistan hakimiyyətinə qarşı sanksiyalar təyin etsə daha düzgün olar: " Bu fonda, Qərbin və xüsusən də birçox ABŞ ştatları nə üçün Ermənistanın işğalçılıq siyasətinə qarşı heç bir tədbirlər görmür? Bu bir qırağa. İşğal edilmiş Dağlıq Qarabağ probleminin həllində hərdəfə baş aldadıcı bəyanatlar verməkdənsə, Ermənistanda demokratiyadan,söz azadlığı olmadığı halda, nə üçün dünya birliyi Ermənistana qarşı bizə nümayiş etdirdiyi qədər basqılar uyğulamır? Burada din,hegemonia və s.faktorlar yer almaqdadır. Belə olan halda, Qərb dairələrininədalətin carçısı kimi çıxış etməsi çox absurddur".

S.İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31