Beynəlxalq güclərin türk millətini tarixdən silmək projesi

Tarixən Türk millətini xəritədən silmək istəyən xarici güclər bu gün öz məkirli planlarının icrası istiqamətində çalışırlar. Əgər uzaq tarixdə ilk olaraq Osmanlı torpaqlarını parçalamaq və Osmanlının sahib olduğu , indiki Türkiyə ərazisini işğal edib, Türk millətini xəritədən silmək, bu milləti qul kimi istifadə edib, öz mədəniyyətləri içində yox etmək kimi planlar icra edilirdisə, günümüzdə bu plan daha müasir formada, referendum keçirmək, ekstremist və separatçıp qüvvələrə dəstək verib onları Türkiyə dövlətinə qarşı vuruşdurmaq, bununla da Türkiyə dövlətini zəiflətmək kimi addımlar atılır.

Və huna qarşı aparılan inamlı mübarizəinin müsbət sonluğu

Tarixən Türk millətini xəritədən silmək istəyən xarici güclər bu gün öz məkirli planlarının icrası istiqamətində çalışırlar. Əgər uzaq tarixdə ilk olaraq Osmanlı torpaqlarını parçalamaq və Osmanlının sahib olduğu , indiki Türkiyə ərazisini işğal edib, Türk millətini xəritədən silmək, bu milləti qul kimi istifadə edib, öz mədəniyyətləri içində yox etmək kimi planlar icra edilirdisə, günümüzdə bu plan daha müasir formada, referendum keçirmək, ekstremist və separatçıp qüvvələrə dəstək verib onları Türkiyə dövlətinə qarşı vuruşdurmaq, bununla da Türkiyə dövlətini zəiflətmək kimi addımlar atılır. Fəqət Türk milləti zamanında yox olmamaq üçün, Mustafa Kamal Atatürkün liderliyinde ölüm - qalım savaşı olaraq bilinən, Qurtuluş müharibəsini başlatdı. Bu millət ilk ölüm - qalım savaşını Çanaqqalada İngilis, Fransız və Anzakların ittifaq güclərinə qarşı savaşaraq düşmənləri məhv edərək, bir dastan yazdı. Türkiyə üzrə tədqiqatçı Cəlal İbrahimov deyib ki, məhz  bu savaşların nəticəsində bu günkü Türkiyə dövləti quruldu. Onun sözlərinə görə, Atatürkün liderliyində Türkiyə dövləti qurulsa da , Atatürkün ölümündən sonra Qərbdən doğan Günəş, yanlış siyasətlər üzündən uyuyan bir aslana çevrildi: "Buna görə də ölkə inkişaf etmədi. Fürsət qovalayan xarici güclərin əsas məqsədi, ölkə daxilində əldə etdikləri xəyanətkarlar vasitəsilə dövləti zəiflətmək və parçalamaqdı.  İkinci Dünya savaşına qatılan Avropa dövlətləri savaşdan qısa bir zaman sonra, qibtə ediləcək bir səviyyədə inkişaf etsə də, bu savaşa qatılmayan Türkiyə dövləti həmin dövlətlərlə müqayisədə çox geridə qalmışdı. Uzun illərdən sonra , Rəcəb Tayyib Ərdoğanın liderliyində, xalq arasında birlik quran və millətin dəstəyilə hakimiyyətə gələn Ədalət və İnkişaf Partiyasının ilk növbədə güclü, iradəli, inamlı, cəsur könüldaşlarıyla dövlətin bütün qurumlarını millətin dəstəyilə təhvil alaraq, millətin xoşbəxtliyi, ədaləti, şanı, şərəfi üçün gecə-gündüz demədən, ölkə daxilindəki birliyi pozan, inkifaşın qarşısını alan xəyanətkar, hiyləgər insanlara qarşı mübarizəyə başladı: "Bu hakimiyyət ilk növbədə xidmətlərilə millətin qüdrətinə qüdrət, şanına şan qatdı. Ölkənin sərvətini talayan qüvvələrin qarşısını aldı. AK parti hakimiyyəti  ölkə daxilində xəyanətkar qruplaşmaların qarşısını aldı və millətin birliyinə nail oldu.  Ona görə də batmış Günəş və yatmış aslan Ərdoğanın liderliyində yenidən oyandı. Əsas odur ki, bu yeni Türkiyə dövlətinin prezidenti Ərdoğan və birlik içərisində çalışdığı hökumət və millətin bütün idarəçiləri nizamlı, intizamlı bir şəkildə haqdan , hüquqdan və ədalətdən ayrılmırlar.  Onların indiyə qədər olan hakimiyyətlərdən fərqi odur ki, onlar bu yola haqqa söykənən sevgiylə çıxıblar. Məhz buna görə də, bu yolda nə qədər xəyanətkarlar varsa, yox olub getdilər". Cəlal İbrahimov bildirib ki,  artıq Türkiyə bizim son qurtuluşumuzdur: "Çünki Günəş Ötükəndə yox, ən son Türkiyədə, Ərdoğanın liderliyində doğdu və milləti aydınlatdı. Bir daha dağılsaq, millətimizin bir araya gəlməsi mümkün olmayacaq. Onun üçün tarixdə, olan bitənlərdən böyük dərs çıxarmalıyıq. Artıq çox diqqətli, səbrli və çalışqan olmalıyıq. Addımlarkən həm arxamızı,həm də önümüzü görməliyik. Bu gün Ərdoğanın millətin xoşbəxtliyi, inkişafı yolunda böyük hədəfləri var. Bu hədəf ədəb, ədalət çərçivəsində, müasir mədəniyyətlərə yüksəlməkdir. Bu hədəf yurdda sülh, cahanda sülh yoludur. Bu yol yaradılanı Yaradandan ötrü sevməkdir. Unutmayaq ki, bu inkişaf yolunda daim fitnə-fəsad olacaq. Daim içimizə xainlər soxacaqlar. Biz bunlara tam şəkildə hazır olmalıyıq. Xırda bir səhlənkarlıq millətimizin yox olmasına səbəb olacaq. Çünki çıxar və şəxsi istək peşində gedən hökumətlərin məqsədi, Türkiyəni inkişafdan saxlamaq və parçalamaqdır. Bu gün Türkiyə Cumhuriyyəti lideri, Rəcəb Tayyib Ərdoğan, millətin dinc və xoşbəxt yaşaması üçün, gecə - gündüz demədən çalışır".Cəlal İbrahimov qeyd edib ki, Türkiyə Dövləti liderinin millətin başında, şan - şərəfiylə olması və seçdikləri bütün idarəçilərin ədalətli, ədəbli, bilikli və cəsur olması, Türkiyəni inkişafa götürən əsas amillərdir: "Yeni Türkiyənin indiyə qədər dağılıb qurulan dövlətlərdən fərqi siyasətinin sevgi və ədalət üzərində qurması olub. Yeni Türkiyədə milləti təmsil edənlər, ədaləti düzgün yerə qoyduğu və istifadə etdiyi üçün, dövlət bütün sahələrdə inkişaf edib. Artıq Yeni Türkiyə, Ərdoğanın liderliyində gələcək hədəflərə cəsurca addım ataraq, millətin bir daha parçalanmaması üçün, bütün lazım olan tədbirləri həyata keçirir. Türkiyədə milliyyətçilik və cumhuriyyətçilik adından istifadə edənlər, bu düşüncələri indiyə qədər sadəcə sözdə dilə gətirərək, bundan faydalanıblar. Fəqət AK parti hökuməti həm cumhuriyyətə, həm də milliyyətçiliyə sahib çıxaraq bu fikirləri sözdə yox, əməldə göstərdi. Yeni Türkiyə hakimiyyəti sözdə olan bütün fikirləri ayırmadan bunları xidmətdə təsdiq etdi. Gerçək milliyyətçilik millətin dincliyini, birliyini qorumaqdır. Milliyyətçilik gecə-gündüz millətə xidmət etməkdir. Milliyyətçilik millətin xoşbəxtliyini həyata keçirməkdir. Milliyyətçilik millətin müasir mədəniyyətlər zirvəsində daim inkişafını qorumaqdır. Milliyyətçilik millətin birliyini pozan fitnə və xəyanətlərdən qorumaqdır. Bütün bunları sadəcə ədəbli, əxlaqlı, cəsur və millətin dəstəyilə hakimiyyətə gələn ədalətli idarəçilər edə bilərdi. Artıq bu xidmətlər Yeni Türkiyə dövlətinin lideri, Ərdoğanın liderliyində həyata keçib. Bu gün yanlış qidalanma sadəcə insan sağlığına zərər verir. Fəqət yanlış fikirlər insanın ağlını zəhərləyər, insanları bölər və bu üzdən insanlıq aləmi ziyan görər. Ona görə də Türkiyənin Rəcəb Tayyib Ərdoğan insan sağlığını düşündüyü qədər insanların ağıllarını zəhərləyən bölücü fikirlərin qarşısını almaqdadır. Artıq fərqli düşüncələrlə insanları bölənlər gördülər ki, onların sözdə istifadə etdikləri fikirlər, AK parti hökuməti tərəfindən əməldə həyata keçirilir. Tarix boyu başımıza nə gəlibsə, ən böyük düşmənimiz olan nəfsimizdən gəlibdir. Bu üzdən bir ola bilməmişik. Bu nəfs üzündən cəhalətə düçar olmuşuq və tarix boyu fitnə-fəsad üzündən parçalanmağa məruz qalmışıq. Şükürlər olsun ki, Yeni Türkiyə lideri və millətin idarəçiləri nəfsini bilənlərdəndir. Bu bizim ən böyük zəfərimizdir. Bu baxımdan Yeni Türkiyə dövləti tarixdə qurulan dövlətlərdən bir nəticə çıxardaraq ustalıq məqamına yüksəlib.  Tarixdə atalarımızın yıxdıqları və qurduqları dövlətlərin son mərhələsində xalqın qanı bahasına qurulan Türkiyə dövləti, bu millətin yox olmamasını həyata keçirib. Yeni Türkiyə dövlətinin bütün tarixdəki dövlətlərdən fərqi, haqqa söykənən yola sevgiylə çıxmaları və millətin bir daha yatmaması üçün, gələcək inkişaf yolunda hədəflərinin olmasıdır. Yeni Türkiyə Dövləti tarixdə baş verən fitnə-fəsadlardan dərs çıxararaq ustalıq məqamına yüksəlmiş bir dövrünü yaşamaqdadır. Tarixdə atalarımızın qurmuş olduğu qüdrətli dövlətlərin sonuncusu və ən ustası, Ərdoğanın liderliyində Yeni Türkiyə dövləti oldu".

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31