Həmsədrlərin regiona səfərinin nəticələri ŞƏRH

"ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfərində heç bir nəticə görmürəm. Çünki onlar Ermənistanla bağlı ciddi addımlar atmır, düşmən ölkənin siyasətinə, işğalına ciddi qiymət vermirlər". Bunu Milli Məclisin deputatı Asim Mollazadə deyib.

"ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfərində heç bir nəticə görmürəm. Çünki onlar Ermənistanla bağlı ciddi addımlar atmır, düşmən ölkənin siyasətinə, işğalına ciddi qiymət vermirlər". Bunu Milli Məclisin deputatı Asim Mollazadə deyib.

25 ildir ki, Azərbaycan torpaqlarının işğal altında olduğunu xatırladan deputat bildirib ki, bu müddət ərzində ATƏT-in Minsk qrupunun fəaliyyəti, eləcə də həmsədrlərin regiona səfərləri heç bir nəticə verməyib: "Çünki, onlar öz siyasətində hüququn aliliyini üstün tutmurlar. Əgər Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ciddi addımlar atmasa, Ermənistan tərəfindən danışıqlar adlanan oyunlar davam edəcək".

Səfər zamanı Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün təşkil edilməsi barədə razılığın əldə olunmasına toxunan A. Mollazadə bildirib ki, hər zaman olduğu kimi, bu dəfə də düşmən ölkə rəhbərliyi öz oyunlarını davam etdirəcək: "Azərbaycan torpaqlarının beynəlxalq hüquq normaları çərçivəsində sülh yolu ilə geri qaytarılmasını istəyir. Lakin Ermənistan beynəlxalq ictimaiyyəti aldatmaq üçün danışıqların imitasiyası ilə məşğuldur. Bu baxımdan hesab edirəm ki, görüş baş tutsa belə, Ermənistan həmişəki oyununa davam edəcək".

Qeyd edək ki, ATƏT-in Minsk qrupunun həmsədrləri oktyabrın 6-da İrəvanda, 7-də Bakıda olublar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31