Gündəm
Ölkə çempionatına yekun vurulub
Azərbaycan Velosiped İdmanı Federasiyasının 2017-ci il üçün müəyyənləşdirdiyi təqvim planına əsasən, Respublika Velotrekində velosiped idmanının trek növü üzrə ölkə çempionatı keçirilib. 2 gün davam edən yarışda müxtəlif klub və cəmiyyətlərin 70-ə yaxın idmançısı iştirak edib.
Belarus prezidenti Azərbaycan müdafiə naziri ilə görüşüb
Oktyabrın 9-da Belarus Respublikasının prezidenti Aleksandr Lukaşenko müdafiə naziri general-polkovnik Zakir Həsənovla görüşüb. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, Belarus Azərbaycanla hərbi-texniki əməkdaşlığı inkişaf etdirmək niyyətindədir və bu sahədə əməkdaşlıq beynəlxalq öhdəliklərə zidd deyil. Bunu Belarus prezidenti A.Lukaşenko Azərbaycanın müdafiə naziri Zakir Həsənovla görüşdə deyib. A.Lukaşenko deyib ki, iki ölkə arasında münasibətlər heç bir beynəlxalq razılaşmanı, BMT Təhlükəsizlik Şurasının heç bir qətnaməsini pozmur.
"İŞİD-ə silahı ABŞ verir" — Suriyalı generaldan ŞOK İTTİHAM
Suriya ordusunun baş əməliyyat idarəsinin rəisi Əli Əl-Əli yeni açıqlma verib. General ABŞ-ı Suriyadakı terrorçuları silahla təmin etməkdə ittiham edib. Açıqlamada deyilir: "Biz bilirik ki, ABŞ Suriyadakı terrorçulara 5 iyun-15 sentyabr tarixləri arsında 1421 qutu hərbi sursat və silah verib. Bu silahlar guya terrorçular qarşı mübarizə üçün nəzərdə tutulmuşdu. Amma nəticədə bu silah-sursat İŞİD terrorçularının əlinə keçib. Eyni zamanda Nusra Cəbhəsi qruplaşması da bu silahdan istifadə edir".
Aygün Kazımova Türkiyənin məşhur mükafatından imtina etdi
Aygün Kazımova "Altın Kelebek Ödülleri 2017"də iştirakdən imtina edib. Bunu açıqlamasında Xalq artistinin prodüseri Şahin Qurbanov bildirib. Onun sözlərinə görə, mükafatlandırma mərasimindən imtinanın səbəbi yoğun iş qrafikidir: "Aygün Kazımovanın bu il təşkil olunacaq "Altın Kelebek" mükafatlandırma mərasimində iştirak etməyə vaxtı yoxdur.
Oğruların digər əməlləri üzə çıxdı
Oğurluqda şübhəli bilinən şəxslər yaxalanıblar. DİN-dən “Olaylar”a verilən məlumata görə, oktyabrın 8-nə keçən gecə Sumqayıt şəhəri 11-ci mikrorayon ərazisində şəhər sakini Oqtay İbrahimova məxsus “VAZ-2106” markalı avtomobildən akkumulyator oğurlanıb.ŞPİ əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Siyəzən rayon sakini, əvvəllər məhkum olunmuş Azər Güləliyev, şəhər sakinləri Rasim Talıbov və əvvəllər məhkum olunmuş Elxan Sultanov tutulublar.
Ev sahibinə zor tətbiq edərək qızılları aparan maskalılar ələ keçiblər
Soyğunçuluqda şübhəli bilinən Zaqatala rayon sakinləri tutulublar. DİN-dən “Olaylar”a verilən məlumata görə, oktyabrın 8-də Zaqatala Rayon Polis Şöbəsinə rayonun Muxax kəndindəki evlərdən birindən soyğunçuluq edilməsi ilə bağlı məlumat daxil olub. Məlumatla əlaqədar Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşlarından ibarət əməliyyat qrupu hadisə baş verən ünvana gəlib. Polis əməkdaşları tərəfindən mənzilə baxış keçirilib, təxirəsalınmaz tədbirlər görülüb.
Avtomobil piyadanı vurub öldürdü
Sumqayıt şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən “Olaylar”a verilən məlumata görə, oktyabrın 9-da saat 2 radələrində Sumqayıt şəhəri Sülh küçəsində şəhər sakini Orxan Məmmədov idarə etdiyi “Volkwagen” markalı avtomobili yolun kənarındakı işıq dirəyinə vurub. Nəticədə sürücü və 2 sərnişini xəstəxanaya yerləşdirilib, onlardan İ.Babayev orada ölüb. Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.
Metroda cibgirlik edən şəxslər ələ keçdi
Bakı metrosunda cibgirlik edən dəstə zərərsizləşdirilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a daxil olan məlumata görə, Bakı şəhər sakini Ruhanə Quliyeva metronun “28 May” stansiyasında “Samsung J5” markalı telefonunun oğurlanması ilə bağlı polisə müraciət edib. Həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkumluq həyatı yaşayan, paytaxtın Nizami rayon sakini Kənan İsmayılov saxlanılıb. Ətrafında aparılmış araşdırmalar zamanı məlum olub K. İsmayılov bu əməli bir neçə nəfərlə həyata keçirib.
Xaçmaz sakinindən 3,5 kq marixuana götürülüb
Xaçmaz rayon sakinində narkotok maddə aşkar edilib. DİN-dən “Olaylar”a verilən məlumata görə, Saatlı RPŞ-nin əməkdaşları tərəfindən Xaçmaz rayon sakini, əvvəllər məhkum olunmuş Orucağa Mirzalıyevdən 3 kiloqram 495 qram marixuana götürülüb. Araşdırma aparılır.
ABŞ Türkiyəyə təzyiqləri artıracaq
ABŞ-ın Türkiyə vətəndaşlarına qarşı viza verilməsini dayandırması, Vaşinqtonun Yaxın Şərqdə toqüuşan maraqları və bir başa prezident R.T. Ərdoğana qarşı siyasətinin nəticəsidir. Məhz Ərdoğan ABŞ-la çox ciddi ziddiyyətə getmək, Türkiyənin ənənəvi Qərb siyasətini 180 dərəcə döndərməklə, NATO-da müttəfiqlik əlaqələrini ciddi şəkildə zədələyib.
Avropa İttifaqının sülh prosesinə siyasi təsir etmək imkanı böyükdür
«Ermənistan ciddi cəhdlə çalışırdı ki, danışıqlar prosesi pozulsun və bundan sonra baş tutmasın. Ermənistanın belə mövqeyi ilk növbədə ağılsızlıqdır. Hazırda Ermənistanın danışıqlar prosesinə qayıtması tendensiyasını müşahidə edirik». “OLAYLAR”-ın xəbərinə görə, bu fikirləri yap.org.az saytına Milli Məclisin deputatı Elman Nəsirov deyib. O, bildirib ki, Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində birbaşa iştirakçı olmasa belə, dünyanın ən mühüm güc mərkəzlərindən biri olaraq prosesə siyasi təsir etmək imkanı böyükdür. Eyni zamanda, Aİ bunu edə bilər ki, münaqişə ilə bağlı proseslərə obyektiv qiymət verilsin.
Zakir Həsənov Minsk şəhərindəki Qələbə abidəsini ziyarət edib
General-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Belarusda rəsmi səfərdə olan Müdafiə Nazirliyinin nümayəndə heyəti oktyabrın 9-da Minsk şəhərindəki Qələbə meydanını ziyarət edib.
Ermənistanda vəzifəli şəxs jurnalisti döyüb
Ermənistanda jurnalistlərin döyülməsinə dair daha bir fakt qeydə alınıb. Vayots Dzor vilayətinin Karaqlux icmasının rəhbəri Artur Stepanyan və Şadin icmasının tibb mərkəzinin direktoru Zoya Martirosyan Armday.am saytının əməkdaşı Paylak Fahradyana qarşı zor tətbiq edib. Hadisə Şatin icmasının tibb mərkəzində baş verib.
Atambayev Putinlə görüşdən imtina etdi
Qırğızıstan prezidenti Almazbek Atambayev Soçidə MDB ölkələrinin başçılarının iclasında iştirak etməyəcək. Bu haqda prezidentin mətbuat xidmətindən bildirilib.
Ordu hərəkətə keçdi, müharibə başladı - CİA-nın bölgədə ŞOK PLANI
Türkiyə “Fərat qalxanı” hərəkatından sonra Azad Suriya Ordusu (ASO) ilə birlikdə İdlibdə ikinci əməliyyata başladı. Əməliyyat Rusiya və İranla birlikdə Astanada razılaşdırılan “atəşkəs bölgələri” planı çərçivəsində aparılır.














