ABŞ Türkiyəyə təzyiqləri artıracaq
ABŞ-ın Türkiyə vətəndaşlarına qarşı viza verilməsini dayandırması, Vaşinqtonun Yaxın Şərqdə toqüuşan maraqları və bir başa prezident R.T. Ərdoğana qarşı siyasətinin nəticəsidir. Məhz Ərdoğan ABŞ-la çox ciddi ziddiyyətə getmək, Türkiyənin ənənəvi Qərb siyasətini 180 dərəcə döndərməklə, NATO-da müttəfiqlik əlaqələrini ciddi şəkildə zədələyib.
9 Oktyabr 2017 14:38 DünyaABŞ-ın Türkiyə vətəndaşlarına qarşı viza verilməsini dayandırması, Vaşinqtonun Yaxın Şərqdə toqüuşan maraqları və bir başa prezident R.T. Ərdoğana qarşı siyasətinin nəticəsidir. Məhz Ərdoğan ABŞ-la çox ciddi ziddiyyətə getmək, Türkiyənin ənənəvi Qərb siyasətini 180 dərəcə döndərməklə, NATO-da müttəfiqlik əlaqələrini ciddi şəkildə zədələyib. "OLAYLAR"-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən politoloq Məhəmməd Əsədullazadə deyib ki, Türkiyə rəhbərliyinin hazırkı kursu kənardan müstəqil adlandırılsa da, hazırda Rusiyanın orbitinə keçib: "Ərdoğan Putinsiz Yaxın Şərqdə müstəqil siyasət apara bilmir. R.T.Ərdoğanın Rusiya ilə strateji tərəfdaşlığı, Putinin Türkiyəyə səfəri "S-400" hava hücumundan müdafiə sistemlərinin alışı barədə iki ölkə arasında müqavilə, Türk axını qaz kəmərinin çəkilişi, Suriyada Rusiya ilə birgə hətbi-siyasi fəaliyyət ABŞ-ın Türkiyəyə qarşı viza siyasəti tətbiq etməsinə səbəb olan amillərdir. Türkiyə prezidentinin İrana ötən həftə səfəri çərçivəsində Ərdoğanın İran tərəfdaşı ilə iki ölkə arasında ticarət dövriyyəsində dollardan imtina edilməsi, görünür Ağ Evi ciddi şəkildə pərişan edib . Qeyd edim ki, Türkiyə ilə İran arasında dollardan imtina razılığı əldə olunanda ABŞ-ın bunu Ərdoğana bağışlamayacağını gözləyirdim. Türkiyə rəhbərliyi ABŞ-ın əzəli rəqibləri ilə ittifaqı dərin geosiyasi qarşıdurmaya gətirir. Bundan Türkiyə ciddi şəkildə zərbə alacaq. Hazırda Türkiyə prezidenti ABŞ-ın Yaxın Şərqdə strateji planlarına qarşı Rusiya və İranla razılaşma əldə edib. Təbii ki, ABŞ ənənəvi müttəfiqi olan Türkiyəyə PKK və Kürd kartı ilə təzyiqləri artıracaq".