G4 ölkələri BMT Təhlükəsizlik Şurasında islahatlara çağırıb- ÖZƏL
10:48 SiyasətHindistan, Braziliya, Almaniya və Yaponiya BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasının zəruri olduğunu bildiriblər.
Olaylar.az xəbər verir ki, bu barədə G4 ölkələrinin xarici işlər nazirləri BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Nyu-Yorkda keçirilən görüşdən sonra birgə bəyanat yayıblar.
Bəyanatda qeyd olunub ki, mürəkkəbləşən geosiyasi vəziyyət Təhlükəsizlik Şurasında islahatları əvvəlkindən daha zəruri edir. Nazirlər qurumun mövcud strukturunun müasir geosiyasi reallıqları tam əks etdirmədiyini və onun beynəlxalq sülh və təhlükəsizliyin qorunması üzrə fəaliyyətinə mane olduğunu bildiriblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31